Azərbaycanda həkimlər üçün pis xəbər

22:05 / 17.11.2014

Azərbaycanda dərman preparatları üzrə reseptlərin çıxarışı qaydası avtomatlaşdırılacaq.

Strategiya.az-ın məlumatına görə, bunu Trend-ə "Səhiyyənin intellektual idarəetmə mərkəzi" (SİİM) layihəsinin rəhbəri İlqar Tağıyev bildirib.

SİİM layihəsi Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Dövlət Fondu tərəfindən layihənin reallaşdırılmasına 20 min manat ayrılıb.

İ.Tağıyev deyib ki, SİİM platforması özündə xəstəlik tarixini (elektron kart) ehtiva edir. Burada pasiyentlər tərəfindən qəbul olunan və ya olunacaq preparatların siyahısı ətraflı əks olunacaq. Vətəndaşlar xidmətdən ödənişsiz istifadə edəcəklər. Sistemin praktiki tətbiqi haqqında danışıqlar ölkənin Səhiyyə Nazirliyi səviyyəsində aparılır: "Bəzi pasiyentlərdə həkimə getməklə bağlı müəyyən qorxu var. Təəssüf ki, bu gün bütün dünyadakı xəstəxanalarda baş verən səhvləri nəzərə alsaq, bunu əsassız adlandırmaq çətindir. Hər gün milyonlarla insan sonu ölümlə nəticələnən səhv reseptlər alır. SİİM layihəsi dərman preparatları üzrə reseptlərin yazılışında yol verilən səhvlərin aradan qaldırılmasını nəzərdə tutur".

Onun sözlərinə görə, sistem həkimlərə müalicə dövründə pasiyentlər və daha əvvəl xəstəyə yazılan digər dərman preparatlarının qarşılıqlı təsiri baxımından onlara yazılan dərman preparatları haqqında statistika aparmağa imkan verir. Bu, bir-biri ilə uyuşmayan dərmanların eyni vaxtda tətbiqindən qaçmağa imkan verir: "Praktikada resept unikal kod şəklində SMS-lə xəstəyə göndəriləcək və həmin kodla preparatı aptekdən almaq mümkün olacaq. Əgər əczaçı üzrlü səbəblərdən reseptdə göstərilən preparatın əvəzləyicisini təqdim edərsə, onda həmin informasiya da sistemdə öz əksini tapacaq".

Sistem xatırlatma funksiyasına malik olacaq ki, bu da həkim tərəfindən yazılmış preparatları vaxtında qəbul etməyə imkan verəcək, həmçinin onlayn həkim konsultasiyaları funksiyasına malik olacaq. Pasiyentlər həkimə başçəkmə tarixlərini və onların hansı preparatları qəbul etdiklərini izləyə biləcəklər.

Sistem aptekin işini asanlaşdırmağa imkan verən modullara da malik olacaq: Məsələn, dərmanların yararlılıq müddətinə nəzarət etmək. Apteklərə yararlılıq müddəti üzrə illik audit yoxlamalarını aparmaq lazım gəlməyəcək, çünki sistem bu və ya digər preparatın istifadə müddətinin başa çatması barədə vaxtında xəbərdarlıq etməyə imkan verir. Bunun üçün onların çatdırılması zamanı tarix bazasına yararlılıq müddətinin daxil edilməsi kifayətdir.

İ.Tağıyev qeyd edib ki, hazırda informasiyanın əsaslanacağı veb-interfeysin hazırlanması üzrə işlər başa çatmaqdadır: "Bu istiqamətdə işlərin ilin sonunda tamamlanması planlaşdırılır. İstifadəçilərin həm desktop versiyadan, həm də Android və iOS ƏS mühitində çalışan smartfon və planşet kompüterlər üçün uyğunlaşdırılmış versiyadan istifadə etməsi mümkün olacaq".

Layihə rəhbərinin dediyi kimi, miqyasına görə SİİM iri layihədir və perspektivdə onun genişləndirilməsi üçün əlavə kapital qoyuluşlarının tələb olunacağı istisna edilmir. Söhbət ali tibbi məktəblərin tələbələri üçün təlimlərin keçirilməsi məqsədilə aparat platformalarının alınması, marketinqin təşkilinə xərclər və s. haqqında gedir: "Əsas məsələ bu xidmətin genişləndirilməsi üçün dəyərli platformanın qurulmasıdır. Hazır platformanın mövcudluğu və Azərbaycan Səhiyyə Nazirliyinin razılığı respublikada bu sistemin praktiki tətbiqinin əsas amilidir. Əlbəttə, biz maraqlıyıq ki, sistem ölkə üçün faydalı olsun, amma onun respublika xaricində öz tətbiqini tapa biləcəyi istisna edilmir. Buna səbəb Qazaxıstanda və Dubayda bu sistemə göstərilən böyük maraqdır".



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM