Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI - Fərman

22:25 / 17.11.2014

Azərbaycan Respublikasэ Prezidentinin 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 97.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir.
1.2. Tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir.
1.3. Bu Qaydaların müddəaları, Məcəllənin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də şamil olunur.
1.4. Tikinti fəaliyyətinin bütün subyektləri, mülkiyyət formasından asılı olmayaraq, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tikinti obyektlərinə (xüsusi rejimli obyektlərə - müvafiq qaydada razılıq alındıqdan sonra) maneəsiz daxil olmasını, dövlət nəzarətinin həyata keçirilməsi üçün onlara müvafiq şəraitin yaradılmasını, tikintiyə aid tələb olunan sənədlərin təqdim edilməsini və tikintidə aşkarlanmış pozuntuların Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını təmin etməlidirlər.
1.5. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirilir.
1.6. Agentlik və Müfəttişlik tikinti obyektinin sökülməsi zamanı söküntü işlərinin texniki təhlükəsizlik və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarəti həyata keçirir.
1.7. Bu Qaydaların tələbləri tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir.

2. Tikintiyə dövlət nəzarətinin təşkili

2.1. Mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir.
2.2. Tikintiyə icazə verən mьvafiq yerli icra hakimiyyəti orqanэ icazə barədə qərarэ və xьsusi niюanэ sifariюзiyə təqdim etdikdən sonra 3 (ьз) iє gьnь mьddətində həmin obyektin tikintisinə dцvlət nəzarətinin həyata keзirilməsini təmin etmək ьзьn bu barədə Agentliyə məlumat verməlidir.
2.3. Məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 3 (üç) ay müddətində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə irad olmadıqda və ya belə irad olduğu təqdirdə, həmin irad aradan qaldırıldığı hallarda, müvafiq yerli icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 (üç) iş günü müddətində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında Müfəttişliyə məlumat verməlidir.
2.4. Tikintiyə dövlət nəzarəti (bundan sonra – dövlət nəzarəti) tikinti-quraşdırma işlərinə başlanılması barədə Agentliyə məlumat verildiyi tarixdən tikinti-quraşdırma işləri tam başa çatdığı və bu Qaydaların 2.21-ci bəndinə əsasən istismara hazırlıq aktının (tikinti-quraşdırma işlərinə dair) tərtib olunduğu tarixə qədər olan müddətdə Müfəttişlik tərəfindən bu Qaydalara uyрun olaraq həyata keçirilir. Dövlət nəzarətinin həyata keçirilməsi prosesində hər bir tikinti obyektinə aid olan sənədlərin bir nüsxəsi Müfəttişlikdə saxlanılır.
2.5. Barəsində məlumatlandırma icraatının tətbiq olunduğu mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən* və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə dövlət nəzarəti yalnız həmin tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsi istiqamətində həyata keçirilir.
2.6. Dövlət nəzarəti prosesində aşağıdakılar müəyyən edilməlidir:
2.6.1. tikinti obyektinin inşası zamanı tikinti ərazisinin mühafizəsi, torpaq-qazma işlərinin yerinə yetirilməsindən başlayaraq, obyektin özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin (xarici və daxili xətlərin), mühəndis sistemləri və avadanlıqlarının quraşdırılması, tikinti sahəsinin abadlaşdırılması və infrastruktur obyektləri üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması;
2.6.2. tikinti obyektinin yenidən qurulması, bərpası və əsaslı təmiri zamanı obyektdə hazırlıq işlərinin aparılması, onun yükdaşıyan konstruksiya elementlərinin (özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının) gücləndirilməsi və (və ya) yenisi ilə əvəz edilməsi, obyektin (onun hissələrinin) parametrlərinin (əlavə tikililər daxil olmaqla) dəyişdirilməsi, eləcə də mühəndis-kommunikasiya və texnoloji avadanlıqların dəyişdirilməsi yolu ilə onların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması.

* Qeyd. Binaların ümumi hündürlüyü 0 (sıfır) səviyyəsindən sonuncu mərtəbənin örtüyünün altına qədər olan məsafə kimi qəbul edilir.

2.7. Tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğunun müəyyən edilməsi üçün dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən aşağıdakılar araşdırılır:
2.7.1. bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması;
2.7.2. podratçı tərəfindən aparılan tikinti-quraşdırma işlərinin xüsusi razılığın (lisenziyanın) əlavəsində göstərilən işlərə uyğunluğu, tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətlərinin həyata keçirilməsi, yerinə yetirilmiş işlərə dair ümumi və xüsusi iş jurnallarının aparılması, eləcə də sonradan üstü örtülən işlərin, məsul konstruksiyaların, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin müayinəsi və ya sınaq aktlarının tərtib edilməsinə əməl olunması;
2.7.3. tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması və bununla bağlı görülmüş işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu.
2.8. Dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. Tikinti məmulatının və (və ya) tikinti hissələrinin sınaq nümunələrinin yoxlanılması ilə bağlı xərclər Məcəllənin 102.3-cü maddəsində müəyyən edilmiş qaydada ödənilir. Dövlət nəzarəti zamanı peşə sahələrinə aid işlərin müvafiq peşəkarlıq sertifikatına malik şəxslər tərəfindən yerinə yetirilməsi yoxlanılır.
2.9. Dцvlət nəzarətini həyata keзirən vəzifəli єəxs tərəfindən tikintiyə dцvlət nəzarəti həyata keзirilərkən tikinti məqsədləri ьзьn ayrэlmamэю dцvlət və ya bələdiyyə mьlkiyyətində olan torpaq sahəsində Məcəllə qьvvəyə mindikdən sonra baюlanэlmэю və tikinti mərhələsində olan hər hansэ tikinti-quraюdэrma iюlərinin aparэlmasэ aюkar edildikdə, həmin obyektin sцkьlməsi barədə Agentlik tərəfindən Məcəllənin 95-ci maddəsində mьəyyənləєdirilmiє qaydada mьvafiq qərar qəbul edilir.
2.10. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi, habelə barəsində məlumatlandэrma icraatэ tətbiq edilən tikinti obyektləri ilə baрlэ Məcəllənin 80.4-cь maddəsinin tələblərinə riayət edilmədən yaюayэю evinin tikildiyi müəyyən edildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Agentlik tərəfindən Məcəllənin 92-ci maddəsində mьəyyənləєdirilmiє qaydada qərar qəbul edilir.
2.11. Tikintisinə icazə verilmiş obyektlərə dövlət nəzarəti hər bir tikinti obyekti üçün Müfəttişlik tərəfindən “Tikintidə Dövlət Nəzarəti Jurnalı” (Əlavə) açılmaqla aparılır. “Tikintidə Dövlət Nəzarəti Jurnalı” bu Qaydaların 2.2-ci bəndində göstərilən məlumata və obyektin sifarişçisinin tikinti-quraşdırma işlərinə başlamazdan 10 (on) gün əvvəl Müfəttişliyə təqdim etdiyi aşağıdakı sənədlərə əsasən açılır:
2.11.1. tikintiyə icazənin surəti;
2.11.2. sifarişçi ilə podratçı arasında bağlanılmış müqavilənin surəti (Məcəllənin 47.2-ci maddəsinə uyğun olaraq sifarişçi podratçının funksiyalarını tam öz üzərinə götürdüyü hallar istisna olmaqla);
2.11.3. podratçının və (və ya) Məcəllənin 47.2-ci maddəsinə uyğun olaraq, sifarişçi podratçının funksiyalarını tam və ya qismən öz üzərinə götürdüyü hallarda isə podratçı kimi sifarişçinin xüsusi razılığının (lisenziyasının) surəti;
2.11.4. sifarişçi ilə layihəçi arasında müəllif nəzarətinin aparılması üçün bağlanılmış müqavilənin surəti (Məcəllənin 47.2-ci maddəsinə uyğun olaraq sifarişçi layihəçinin funksiyalarını tam öz üzərinə götürdüyü hallar istisna olmaqla);
2.11.5. müəllif nəzarətinin aparılması üçün məsul şəxslərin təyin edilməsi barədə əmrin surəti;
2.11.6. texniki nəzarətin aparılması üçün məsul şəxslərin təyin edilməsi barədə əmrin surəti;
2.11.7. iş icraçısının (sahə rəisinin) peşəkarlıq sertifikatının (diplomunun), müvafiq əmrin və əmək müqaviləsinin surəti;
2.11.8. daxili əməliyyat nəzarətinin aparılması üçün məsul şəxslərin təyin edilməsi barədə əmrin surəti;
2.11.9. tikintidə istifadə olunan materialların keyfiyyətini yoxlayacaq akkreditasiya olunmuş laboratoriyalar haqqında məlumat.
2.12. Tikintisinə icazə tələb olunan, sahəsi və həcmi kiçik (bir mərtəbəsinin sahəsi 150 kvadratmetrdən, tikintinin ümumi həcmi isə 1200 kubmetrdən artıq olmayan), aşırımlarının uzunluğu 6 metrdən böyük olmayan birmərtəbəli və ikimərtəbəli iaşə, ticarət, sosial, təsərrüfat təyinatlı obyektlərin, eləcə də məhəllədaxili yolların, kommunikasiya (elektrik, qaz, su, kanalizasiya və rabitə) xətlərinin tikintisi üçün “Tikintidə Dövlət Nəzarəti Jurnalı” açılmır.
2.13. “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda tikinti ərazisinin mühafizəsi və torpaq-qazma işlərindən başlayaraq son abadlaşdırma işlərinədək obyektin tikintisinin ayrı-ayrı mərhələlərinin texnoloji proseslərə bölünməklə ardıcıllığı müəyyən edilir. Sifarişçi (podratçı) tərəfindən tikinti-quraşdırma işləri “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilməlidir. Müfəttişliyin rəhbərliyi tərəfindən bu ardıcıllığa uyğun olaraq, birinci mərhələnin icrası təsdiq olunduqdan sonra tikinti-quraşdırma işlərinə başlanıla bilər.
2.14. Tikinti obyektində tikintiyə aid sənədləşmənin yerinə yetirilməsinə və görülən işlərə dövlət nəzarəti fərdi qaydada, “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda bu barədə müvafiq qeydlər aparılmaqla həyata keçirilir.
2.15. Tikintinin hər bir növbəti mərhələsi üzrə yerinə yetirilmiş inşaat işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərə və tikinti layihəsinə uyğunluğu barədə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs obyektdə işin gedişatını ləngitməmək məqsədi ilə hər bir mərhələ üzrə işlər başa çatan zaman tikinti obyektinə çağırış almadan vaxtlı-vaxtında dövlət nəzarətini həyata keçirir, bu mərhələlər üzrə işlərin başa çatmasını nəzarətdə saxlayır, ona görə cavabdehlik daşıyır və “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müvafiq qeydlər aparır. Obyektdə növbəti mərhələ üzrə tikinti-quraşdırma işlərinin davam etdirilməsinə razılığın verilməsi Agentliyin əmri ilə regionlar üzrə təyin olunmuş vəzifəli şəxslər tərəfindən həyata keçirilir.
2.16. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs obyektdə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yol verilmiş hər hansı pozuntu və çatışmazlıqlar aşkar etdikdə, “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müvafiq qeydlər aparmaqla həmin pozuntuların və çatışmazlıqların aradan qaldırılmasını sifarişçidən (podratçıdan) tələb edir.
2.17. Hər mərhələ üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yol verilmiş pozuntu və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sifarişçi Müfəttişliyə bu barədə yazılı məlumat verməlidir. Yükdaşıyan konstruksiyalarında aşkar olunmuş pozuntular gücləndirilmə, bərpa və digər üsullarla aradan qaldırıldıqda həmin işlər aktla təsdiq olunmalı və yuxarıda qeyd olunan yazılı məlumata əlavə edilməlidir.
2.18. Bu Qaydaların 2.17-ci bəndində nəzərdə tutulmuş məlumatın daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən pozuntuların aradan qaldırılması ilə bağlı yerinə yetirilmiş işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu müəyyən edilir. Bu tədbirlərin nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən edildikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən bu barədə “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müvafiq qeydlər aparılır və bundan sonra bu Qaydaların 2.15-ci bəndinə uyğun olaraq obyektdə növbəti mərhələ üzrə tikinti-quraşdırma işləri davam etdirilə bilər.
2.19. Dövlət nəzarəti prosesində hər hansı obyektdə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı Məcəllənin 92.1.1-92.1.4-cü maddələrinə əsasən tikinti-quraşdırma işlərini dayandırmadan aradan qaldırılması mümkün olan pozuntular aşkar edildikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən həmin pozuntular barədə “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müvafiq qeydlər aparılmaqla, onların təxirə salınmadan aradan qaldırılması sifarişçidən (podratçıdan) tələb olunur. Həmin pozuntular aradan qaldırılmadıqda, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin tərtib etdiyi texniki baxış aktına əsasən Müfəttişlik Məcəllənin 92.1-ci və 92.2-ci maddələrində nəzərdə tutulmuş qaydada icrası məcburi olan yazılı “Göstəriş”in verilməsi barədə Agentlik qarşısında məsələ qaldırır.
2.20. Tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı Məcəllənin 92.4.1-92.4.5-ci maddələrində göstərilən pozuntular aşkarlandıqda, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin hər bir pozuntu ayrıca təsvir olunmaqla tərtib etdiyi müvafiq akt əsasında Müfəttişlik tərəfindən müvafiq tədbirin görülməsi üçün Agentliyə müraciət edilir və Agentlik Məcəllənin 92.4-cü və 92.5-ci maddələrində nəzərdə tutulmuş qaydada həmin obyektdə tikinti-quraşdırma işlərinin dayandırılması barədə müvafiq qərar qəbul edir. Həmin qərarın surəti icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün müvafiq yerli icra hakimiyyəti və yerli polis orqanlarına göndərilir.
2.21. Obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunur. Həmin akt sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, müvafiq yerli icra hakimiyyəti orqanına təqdim edilir. “İstismara hazırlıq aktı”nın forması Nazirlik tərəfindən təsdiq edilir.

3. Dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətləri

3.1. Dövlət nəzarətini həyata keçirən orqan öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı səlahiyyətlərə malikdir:
3.1.1. tikinti obyektinə və tikinti ərazisinə maneəsiz daxil olmaq;
3.1.2. obyektin xaricdən görünən hissəsində onun əsas göstəricilərini əks etdirən məlumat lövhəsinin və xüsusi nişanın olmasını yoxlamaq;
3.1.3. tikinti ilə bağlı zəruri məlumatları, tikinti sənədlərini (şəhadətnamələr, sertifikatlar, aktlar və s.) tələb etmək;
3.1.4. tikinti fəaliyyətinin subyektləri tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, tikinti layihəsinə əməl edilməsinə nəzarət etmək, o cümlədən tikintidə aşkarlanmış pozuntuların Məcəllədə və bu Qaydalarda nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını tələb etmək;
3.1.5. tikintidə sifarişçi tərəfindən texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin və podratçı tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasına nəzarət etmək;
3.1.6. tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti-quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi, habelə lisenziya fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq;
3.1.7. tikintidə istifadə olunan inşaat materiallarının, məmulatların və konstruksiyaların normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatların olmasına nəzarət etmək, habelə inşaat materiallarından, hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq;
3.1.8. Məcəllədə nəzərdə tutulmuş peşə sahələrinə aid işləri yerinə yetirən şəxslərin müvafiq peşəkarlıq sertifikatına malik olmasını yoxlamaq;
3.1.9. tikinti obyektində inzibati məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə, həmin pozuntulara yol vermiş şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək və müvafiq qərarın çıxarılması üçün Agentlik qarşısında məsələ qaldırmaq;
3.1.10. tikinti və ya tikinti materialları və məmulatı ilə bağlı təhlükə barədə ictimaiyyəti məlumatlandırmaq;
3.1.11. tikintidə baş verən qəzaların səbəblərini araşdırmaq.\presidennt.az\

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM