Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi sözçüsü Kiyevdə keçirdiyi brifinqdə Yevgeni Perebiynis bildirib.
Onun sözlərinə görə, 15-17 noyabr tarixlərində Ukrayna ərazisinə daha 100 hərbi texnika daxil olub. Luqansk vilayətinin İzvarino və Donetsk vilayətinin Novoazovsk sərhəd keçid məntəqələrindən keçən hərbi texnikaya tanklar, zirehli avtomobillər, reaktiv yaylım atəş sistemləri və ağır artilleriya daxildir.
Y.Perebiynisin sözlərinə görə, Rusiya separatçılarla birlikdə taktik-zərbə qruplaşmalarını formalaşdırır.
Xatırladaq ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynanın ərazisində hərbi mövcudluğunu gücləndirən Rusiyanı ittiham edib.
//Publika.az