Azvision.az-ın məlumatına görə, Türkiyənin Kilis şəhərindən gizli yolla Suriyaya keçib İraq Şam İslam Dövlətinə (İŞİD) qoşulmaq istəyən 4 azərbaycanlı tutulub.
İlkin məlumatlara görə, tutulan şəxslər İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istədiklərini etiraf ediblər.
Həmin şəxslərlə bağlı artıq Kilis Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.