Bakıda nəinki yolda hərəkət edərkən, eyni zamanda, svetoforun qırmızı işığında dayanarkən də qəza törədənlər var.
Strategiya.az xəbər verir ki, Avtosfer.az-ın təqdim etdiyi növbəti videoda məhz svetoforun qırmızı işığında dayanan maşınların sürət həddini aşanlar tərəfindən vurulması əksini tapıb.
Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan birinci yol qəzası Nərimanov rayonu ərazisində – 5 nömrəli xəstəxananın qarşısında baş verib.
“VAZ-2107” markalı avtomobil svetoforun qırmızı işığında dayandığı halda arxadan yüksək sürətlə hərəkət edən “Mercedes” tərəfindən vurulur. Zərbə o qədər güclü olur ki, “07”nin baqajı yoxa çıxır. Göründüyü kimi, “Mercedes”in sürücüsü uzaqdan svetoforun qadağanedici işığının yandığını gördüyü halda yenə də sürəti azaltmır və hərəkəti davam etdirərək ağır qəza törədir.
Növbəti yol qəzası isə Babək prospektində baş verib. “İnfiniti” markalı avtomobil svetoforun qırmızı işığında dayandığı halda arxadan sürətlə hərəkət edən “Toyota” onu vurur. Sürücü qəzadan o qədər şok keçirir ki, bir neçə dəqiqə maşından düşmür.
Növbəti yol qəzası Səbail rayonu ərazisində – Zərifə Əliyeva küçəsində qeydə alınıb. Göründüyü kimi, svetoforun qırmızı işığı yanır. “Mercedes” markalı avtomobil dayanıb gözləmək üçün tormozladıqda arxadan yüksək sürətlə hərəkət edən “Mitsubishi-Pajero” onu vurur. Zərbənin təsirindən bir neçə metr irəli atılan “Mercedes”dən düşən sərnişin müvazinətini itirərək yıxılır.
Hər üç qəzanın başvermə səbəbi bəllidir; sürət həddi. Həmçinin, sürücülərin svetofora kobud yanaşması və qırmızı işıqdan keçməyə cəhd etməsi də açıq-aydın göz qabağındadır. Yəni, doğrudanmı bu sürücülər anlamırlar ki, svetoforun sarı işığı yanıb-sönürsə, bu, “dayanmağa hazırlaş” deməkdir. Sarı işıq yanırsa, deməli, dayanmaq lazımdır. O ki qala qırmızı işıqdan keçməyə çalışmaq, gəldiyi sürətlə də qarşıdakı maşınların üstünə çıxmaq cəmiyyətə və qanunlara qarşı əməlli-başlı saymamazlıqdır. Diqqətlə baxdıqda məlum olur ki, hər üç qəzaya səbəb olan sürücülər svetofora ya fikir vermirlər, ya da qırmızı işığın yandığını görə-görə sürəti azaltmadan keçib getməyə çalışırlar. Bir suala cavab tapmaq istərdim; doğrudanmı 30-40 saniyə dayanıb gözləmək bu cür ağır qəzaya dəyərdi?
Gəlin, unutmayaq ki, yolda hər saniyənin öz hökmü var. Sadəcə, diqqətli olmaq və qaydalara əməl etmək lazımdır. Bu üç qəzadan aydın oldu ki, sürət həddini aşmaq və ara məsafəsi saxlamamaq təhlükəlidir.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM