Bu maraqlı videonu səhər saatlarında Xeberle.com portalının əməkdaşları Sumqayıtın Sülh küçəsində, Nizamı parkında çəkiblər.
Əməkdaşımız alınacaq məzəli mənzərəyə xələl gətirməmək üçün sözügedən videonu çox çətinliklə çəkib. Yaxınlıqdakı disk satışı dükanında Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialı səsləndirilərkən bu videoda görüntülənən şəxs sanki filmdəki səs və hadisələrə uyğun hərəkət edir, özünü filmin qəhrəmanlarından biri, bəlkə də birincisi olan Polad Alemdar kimi hiss edirdi. Yaxşı olardı ki videonu özünüz izləyib nəticə çıxarasınız.