Qalmaqallı internatın daha bir müəllimi danışdı: “Bəli, uşaqlar tualetdə çimir” - (Video)

20:53 / 22.11.2014

Dünən Sabunçu rayonu, Bilgəh qəsəbəsində  yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində azyaşlıların hamamda yox, soyuq tualetdə çimizdirilməsini əks etdirən videogörüntü yayıldı. Vurtualaz.org saytının yaydığı bu görüntülərdən dərhal sonra Təhsil Nazirliyi jurnalistləri internata apardı.

İnternat məktəbinin direktoru Gülnarə Abdullayeva  isə mətbuat nümayəndələrinə bildirdi ki, görüntü 1-ci sinif müəlliməsi Mülkücahan Əliyeva tərəfindən məktəbin nüfuzuna zərbə vurmaq məqsədilə qəsdən çəkilib.

Hətta tualetdə yuyunan uşaqlar da açıqlama verdilər. Dedilər ki, uşaqlar isti hamamda, özü də hər həftə çimizdirirlər, müəllimə Mülkücahan Əliyeva direktor kreslosuna göz dikdiyindən məktəbə şər atır...

Amma internat məktəbinin riyaziyyat müəllimi Gilman İsmayıl oğlu Hüseynov vurtualaz.org saytına növbəti sensasion məlumatı verib. O, uşaqların hamamda deyil, tualetdə çimizdirilməsini təsdiqləyib.

Məsələnin təfərrüatlarını virtualaz.org saytına danışan G.Hüseynov deyir ki, birinci mərtəbədə yerləşən hamam son bir ildə ümumiyyətlə işlədilməyib: “Jurnalistlərə göstərilən hamamın qapısı qıfıllı idi. Hamam yalnız həmin gün, jurnalistlər gələndə açıldı. Uşaqlar isə neçə vaxtdır ikinci və üçüncü mərtəbədəki tualetlərdə çimirlər. Bunu direktor Gülnarə Abdullayeva da, onun müavini Mirvari Orucova da yaxşı bilir. Lakin uşaqlar çiməndə tərbiyəçilər onlara nəzarət edirlər. Yalnız yuxarı sinif şagirdləri tərbiyəçilərin gəlməsini istəmirlər. Deyirlər ki, sizdən utanırıq. Videogörüntülərdəki faktlar doğrudur. Tualetlərdə qızdırıcılar qoyulub. Bəzən qızdırıcı işləmir, uşaqlar soyuq su ilə yuyunurlar”.

G.Hüseynov da Mülkücahan Əliyeva kimi Mirvari Orucovadan şikayətçidir:“Mirvari Orucovanın oğlu Ermənistandan sığınacaq alsa da o, bizi təhqir edir. “Gedib öz torpaqlarınızın dərdini çəkin” deyir. Mən ona bildirdim ki, mənim qardaşlarım döyüşüb, hətta biri ağır yaralanıb”.

Mirvari Orucova və Ermənistana qaçan oğlunun ailəsi

G.Hüseynov onu da qeyd edir ki, 2011-2012-ci tədris ilində M.Orucova ilə aralarında mübahisə yaranıb: “Mən 11-ci sinifin rəhbəri idim. Mirvari Orucovanın gəlininin yaxın qohumu da bizim məktəbdə müəllimə işləyirdi, onun qızı isə məktəbin 7-ci sinfində oxuyurdu. Dəfələrlə bu qızım oğlanların otağına girdiyinin şahidi olmuşdum. Sonuncu dəfə otağa girib qapını bağlamışdılar. Mən təkidlə qapını açdırdım. Yəni məsələ bir az əxlaqla bağlı olduğundan oğlanlarla özüm danışdım, qız haqqında isə o vaxt baş tərbiyəçi işləyən Mülkücahan müəlliməyə xəbər verdim. Mülkücahan Əliyeva isə bizimlə birgə işləyən qızın anası ilə danışmağımı məsləhət bildi.

Məsələni qızın anasına danışdım. Məktəbin o zamankı direktoru Mehparə Qurbanova da iclas çağıraraq qızı məktəbdən azad etdi. Mirvari Orucova isə qızın məktəbdən çıxarılması ilə razılaşmırdı, oğlanların da məktəbdən qovulmasını tələb edirdi. Amma oğlanlar məktəbdən qovulmadı. Çünki onların dərsi bitirməsinə 2-3 ay qalmışdı, internatdan çıxarılacaqları təqdirdə heç bir məktəbə qəbul edilməyəcəkdilər.

O vaxtdan Mirvari Orucova mənimlə və baş tərbiyəçi Mülkücahan Əliyeva ilə ədavətə başladı. Mənim gəlinimlə həyat yoldaşım bu internat məktəbində tərbiyəçi köməkçisi işləyirdi. Mirvari Orucova direktor təyin edilən kimi hər ikisini eyni gündə işdən çıxardı. Dedi ki, sənə kin bəsləyirəm.

İnternatda olan hadisələr və bizə ailəliklə edilən haqsızlığa görə təhsil naziri Mikayıl Cabbarova müraciət etdim. Amma Təhsil Nazirliyindən mənə cavab yazıb bildirdilər ki, məhkəməyə müraciət etməlisən. Nazirlik heç şikayətimi araşdırmadı. Mən isə Baş Prokurorluq da daxil olmaqla əksər qurumlara müraciət etmişəm”.

G.Hüseynovun sözlərinə görə, direktor verdiyi vədi yerinə yetirmir: “Direktor verdiyi sözə əməl etmir, şikayətləri dinləmir. Mətbuata açıqlama verməyimi əsas gətirərək mənə dərs saatı verilmədi. Direktor və Mirvari Orucova mətbuata şikayət edənləri, məktəbdəki problemləri qabardanları açıq-aşkar sıxışdırırlar”.

Şikayətçi məsələ ilə bağlı araşdırma aparılmasını, internet məktəbində baş verənlərin yoxlanılmasını tələb edir: “Doğrudur, Mikayıl Cabbarov nazir təyin ediləndən sonra internatda yeməyin keyfiyyəti artıb. Amma həll olunmamış problemlər var”.

Qeyd edək ki, dünən internat məktəbinin həmkarlar təşkilatı iclas keçirib. G.Hüseynov da işdən azad edilib. Bu barədə özünün dediklərindən: “Mən Təhsil Nazirliyinin kursundayam, yəni heç işdə də deyiləm. Amma məni də işdən çıxarıblar. Səbəb isə yalnız məktəbdə baş verənlərdən şikayətçi olmağımızdır. Məktəbin həyətindən yüksək gərginlikli elektrik xətti keçir. Bu xətt qırılsa, fəlakət baş verəcək. Bəs bunun məsuliyyətini kim daşıyacaq? Məktəb rəhbərliyinə deyirəm, amma tədbir görmür. Mən də məcbur olub belə laqeydliyi mətbuata söyləyirəm. Mən bundan sonra öz hüquqlarımın bərpası üçün çalışacağam”.

Teymur Rza

Hüquq müdafiəçisi Teymur Rza isə Təhsil Nazirliyinə qarşı iradlar səsləndirib: “Oktyabrın 29-da uşağın yanması xəbərini mətbuata verəndən sonra hadisə ilə bağlı çəkiliş aparmaq istəyən jurnalistlər internata buraxılmadı. İndi Təhsil Nazirliyi tələm-tələsik mətbuat nümayəndələrini toplayıb internata aparır. Onların jurnalistlərə təqdim etdiyi hamam həyətdə yerləşir. Bu cür araşdırma aparmaq, şikayətçiləri dinləmədən yalnız internatın rəhbərliyinin  haqlı olduğunu söyləmək doğru deyil. Biz bu internatla bağlı tədbirlər görülməsinə çalışacağıq”.

Doğrudan da şikayətçilərin heç biri nazirlik tərəfindən dinlənilməyib. Elə isə Təhsil Nazirliyinin internat məktəbinin rəhbərliyinin dedikləri ilə tələsik qərar çıxarması nəyə xidmət edir? Yoxsa nazirliyin hər ay maşınlarla gələn yardımların kəsiləcəyi qorxusu var?

Biz isə məsələnin hüquq müstəvisində həll ediləcəyinə inanırıq. Hadisənin günahkarının kim olmasının fərqi yoxdur, əsas odur ki, tərəflər arasındakı mübahisənin çanağı uşaqların başında çatlamasın...

Sonda isə Təhsil Nazirliyini dünən gecə qəfildən hərəkətə gətirib tələm-tələsik internata aparan videogörüntüləri bir daha təqdim eidirk.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM