Tsung Chih-Hsien tərəfindən inkişaf etdirilən və Red Dot dizayn mükafatlarının sahibi olan Mini Power adlı cihaz, iPhone sahibləri üçün dərman kimi olacaq. Mini Power, iPhone batareyaları ilə telefonunuza iki, dörd və altı saat əlavə müddət qazandıracaq.
Yəni 2HR olan cihazı telefona taxdığınızda 2 saat ərzində şarj saxladığı halda, 4HR - 4 saat, 6HR olan modeli taxdığınızda isə bu müddət 6 saata çıxacaq. Dizayn mərhələsində olan cihazların nə zaman istifadəçilərin əlinə keçəcəyi isə indidən maraq mövzusu oldu. /moderator.az/