Fotoda "yaxşı düşməyin" fəndləri

15:15 / 25.11.2014

Bəs bununla niyə razılaşa bilmirik?
Sosial şəbəkələrdə, poçtada şəkil yerləşdirmək dəb halını aldıqdan sonra, xüsusilə də, gənclər üçün şəkil çəkdirmək sevimli məşğuliyyətə çevrilib. Həm gündəlik, həm də həyatlarında baş verən əlamətdar hadisələri əks etdirən fotolara şərhlər yazılır və "like"lar qoyulur.

Artıq foto yalnız şəxsi və foto albomda yerləşdirilən bir xatirə deyil, özünü təqdim və təsdiq etmə, bəyənilmək üçün bir vasitədir. Amma hər adam, xarici görünüşü yaraşıqlı olsa belə, fotoda yaxşı düşmür və ya öz əksini qəbul edə bilmir.

Bəziləri fotonun nə dərəcədə yaxşı alınmasını fotoaparatın, mobil telefonun keyfiyyəti, bəziləri isə şəxsin özünün şəkildə yaxşı düşməsi ilə əlaqələndirirlər. Bir çox məşhur model agentlikləri isə modelin fotolarda yaxşı düşməsini onun bacarığı ilə izah edirlər. Onların fikrincə, fotoda baxış, modelin üz ifadəsi, çatdırdığı hisslər və fikirlər, bədən dili önəmlidir.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, çox vaxt insanlar "mən fotoda yaxşı düşmürəm" ifadəsini işlədirlər: "Bu gün sosial şəbəkələr dövrüdür və özümüz haqqında ilk informasiyanı foto ilə ötürürük. Bu səbəbdən də foto bu qədər vacib olub", - deyən psixoloq izah edir ki, hər birimiz öz fotomuza baxanda qəribə hisslər keçiririk: "Çoxu bu zaman hiss etdiyi narahatlığı şəkildə yaxşı düşməməsi ilə bağlayır. Əsl səbəb isə öz həqiqi portretini görmək istəməməsidir. Hər birimizi görünüşümüzdə nəsə qane etmir. Onu fotoda görməkdən qorxuruq".

Qurbanova bildirib ki, hər kəsin öz görünüşü haqqında müəyyən obrazı var: "Əksər hallarda bu obraz gerçəklikdəkindən daha yaxşı olur. Foto isə bizə həqiqi düzgün olmayan sifətimizi göstərir və məyus edir. Nə qədər qəribə olsa da, insan özünü daha cavan təsəvvür edir, fotodakı gerçək yaşını göstərən sima onu çaşdırır. Fotodakı əksimiz bizə yad insan kimi gəlir".

Fotoya baxanda insan özünü öyrənməyə çalışır. Ona bir sual əziyyət verir: "Əslində mən necəyəm?" Fotolar sayəsində biz özümüzü kənardan görməyi öyrənirik. Lakin çəkilən çoxsaylı şəkillərdən bəlkə yalnız bir-ikisi xoşumuza gəlir. Bəyəndiyimiz fotolarımız da əsasən uşaqlıq fotolarıdır. Psixoloq izah edir ki, əgər fotolarda özünüzü heç vaxt bəyənmirsizsə, özünüzə necə qiymət verdiyiniz barədə düşünün. Əslində yaşadığımız problemləri, sıxıntılarımızı və qorxularımızı öz görünüşümüzə keçiririk. Bu, narahatlığı azaltmağa kömək edir. Misal üçün, "mən kökəlmişəm" və ya "mən yaşlanıram" sözləri münasibətlərə və tənha qalmağa görə qorxulara işarə edir. Bəzənsə fotodakı görüntümüz bizə unutmağa çalışdığımız nəyisə xatırlatdığı üçün bəyənmirik və baxanda qıcıqlanırıq. Elə də olur ki, qadınlar öz fotolarını analarının eyni yaşda olan fotoları ilə müqayisə edir və özlərini bəyənmirlər. Düşünürlər ki, anaları onlara nisbətən daha gözəl idi və fotoları da uğurlu alınıb. Onlar isə fotoda çox pis düşürlər. Bu ona görə baş verir ki, ana obrazı bizə çox böyük təsir göstərir. "Fotoda özümüzü bəyənməməyimiz heç də xarici görünüşümüzlə bağlı deyil. Belə ki, xasiyyətimizin və görünüşümüzün necə olmasından asılı olmayaraq, təsəvvür etdiyimiz kimi görünmürük".

Müsahibimiz fotoda yaxşı düşmək üçün bəzi məsləhətlərini də verib: "Özünüzü nəyə görə bəyənmədiyinizi müəyyənləşdirin. Xarici görünüşünüzü, şəxsiyyətinizi, özünüzə olan qiymətimi bəyənmirsiz? Özünüzə güzgüdə baxıb "Mən nə görürəm", "Məni nə narahat edir", "Nəyə görə narahat edir" suallarına cavab verin".

Ən əsası özünüz haqqında olan təəssüratla gerçək görünüşünüz arasında fərqin olması ilə barışın. Bu fərq hamı üçün eynidir. Özünüzə tez-tez başqalarının sizin özünüzdə gördüyünüz qüsurları görmədiyini xatırladın.

Başqa insanlar sizə baxanda özünüzü rahat hiss etməyə çalışın. Bu fotosessiya zamanı üzün gərgin vəziyyətə düşməsinin qarşısını alacaq.

Fotoqraf Rüfət Abdullayev isə bildirir ki, fotoda yaxşı düşməyin əsas sirri necə baxmağımızdır. "Obyektiv qarşısında gözlərinizi açın. Foto səssizdir. Lakin fotoda əks olunan insan baxışla fotonu danışdıra bilər. Öz istəyinizi baxışla bildirin. Gözlər kameraya düz baxmalıdır. Fotosessiya zamanı fotoqrafa etibar edin. Kameraya baxmaqdan çəkinsəniz, şəkil uğursuz alınacaq".

Ekspress.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM