Adı qalmaqalda hallanan internat məktəbin direktoru danışdı

21:38 / 25.11.2014

11 saylı İnteqrasiya təlimli internat müəssisəsinin rəhbəri Gülnarə Abdullayeva: “Bizim məktəbdə uşaqların yataqları heç zəngin ailələrin evlərində də yoxdur”

11 saylı İnteqrasiya təlimli internat məktəbin direktoru Gülnarə Abdullayeva rəhbərlik etdiyi müəssisədə baş verənlərlə bağlı “Yeni Müsavat”ın əməkdaşına açıqlama verib. Direktor sözlərinə Təhsil Nazirliyinin onlara dəstək verdiyini bildirməklə başlayıb: “Bu yaxınlarda müəssisəyə gələn jurnalistlər gördüklərinin tam əksini göstərməyə çalışaraq, haqqımda yalan dolu ittihamlar səsləndiriblər. Ancaq gördüyünüz kimi dünən nazirlik haqqımızda doğru məlumatı mətbuata təqdim etdi. 

 
Gəlib gözlərinizlə görə bilərsiniz ki, uşaqlar necə səliqəli saxlanılır. Sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsinə xüsusi diqqət edilir. Onların təmiz paltarları var, iki qat yataqları var. Hansı ki, zəngin ailələrdə belə yataq yoxdur. Xalçalarımız vaxtaşırı yuyulur. Uşaqlar klassik musiqi konsertlərinə, operaya aparılır”. 
 
Əqli cəhətdən zəif uşaqlar operada...
 
Bu məqamda bir məlumatı qeyd etmək istərdik ki, bu yaxınlarda millət vəkili Elmira Axundova mətbuata çox maraqlı bir fikir bildirmişdi. Onun sözlərinə görə, əqli və fiziki cəhətdən zəif, xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətə inteqrasiya etmək lazımdır. Onları bəzən operaya, klassik musiqilərin səsləndiyi salonlara aparmaq lazımdır. Deputatın sözlərinə görə, bu cür halla hələ ki, cəmiyyətimizdə rastlaşmaq mümkün deyil və yaxud çox azdır. Deməli internat rəhbərliyi bu baxımdan ilkə imza atıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar operada... Bu, çox maraqlı faktdır.

Amansız tərbiyəçi
 
Gülnarə Abdullayeva adı qalmaqallarda hallanan tərbiyəçi Mülkicahan Əliyeva haqda da danışdı. Onun sözlərinə görə, tərbiyəçinin psixoloji problemləri var: “O, həmişə uşaqlara qarşı amansız olub. Sanki nəyinsə intiqamını alır. Fikrimcə bu, onun iddiaları ilə bağlıdır”.
Nazirlik internat rəhbərliyini müdafiə etdi.
 
Qeyd edək ki, dünən Təhsil Nazirliyinin mətbuat xidməti adı qalmaqallarda hallanan 11 saylı İnteqrasiya təlimli internat məktəbinin fəaliyyətini alqışlayaraq, baş verən olayları kollektivdə sağlam ab-havanın yaranmasından məmnun olmayan və əvvəlki rəhbərlikdə təmsil olunan bəzi şəxslərin və özlərini “uşaq müdafiəçiləri” hesab edən himayədarlarının qəzəbi kimi qiymətləndirib: “Bu il müəssisəyə yeni təyin olunan rəhbərlik müəssisənin fəaliyyətini qaydaya salmaq üçün bır sıra tədbirlər həyata keçirib. Lakin bəzi şəxslər tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların məsumluğundan istifadə edilərək, sifarişli və qərəzli xarakter daşıyan materiallar hazırlanıb KİV-ə ötürülür, kollektivdə çalışan müəllim və tərbiyəçilərin fədakar və təmənnasız əməyinə kölgə salınır. Çox təəssüflər olsun ki, istər bu ilin mayında 7 nömrəli, istərsə də bu günlərdə 11 nömrəli internat məktəblərində uşaqların görüntülərindən istifadə edilməklə hazırlanan, heç bir əxlaq və mənəviyyata sığmayan sensasiya xarakterli materiallar eyni ssenari və həftənin eyni günündə təqdim olunur”.
 
Nazirlik Mülkicahan Əliyevanın əməllərini pisləyərək bildirib ki, məsələ ilə bağlı ciddi araşdırmalar aparılır: “Əslində isə nə baş verib? 11 nömrəli internat məktəbində əvvəllər rəhbər vəzifələrdə işləmiş Mülkicahan Əliyeva öz qeyri-sağlam ambisiyaları ilə kollektivdə hərc-mərclik, özbaşınalıq mühiti yaratmağa çalışıb, müəssisənin işgüzar nüfuzuna xələl gətirib. Son hadisədən üç həftə əvvəl həmin şəxs ictimai ajiotaj yaratmaq həvəsi ilə internatda uşağın yüngül yanıq xəsarəti alması faktının süni olaraq şişirdilməsinə çalışmışdır. Həmin vaxt istədiyinə nail olmayan bu xanım noyabrın 20-də sanitar qovşağında məlum çəkilişi təşkil etmişdir. Bu və digər antipedaqoji hərəkətlərinə görə, o, internat məktəbinin pedaqoji şurasının və həmkarlar təşkilatının rəyinə əsasən, 21.11.2014-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilib. Elə həmin gün “sensasiyalı” video portallarda yerləşdirilib və “uşaq müdafiəçiləri” kimi təqdim olunan şəxslər mediada öz etirazlarını bildiriblər.
Lakin, burada bir neçə məqam xüsusi maraq doğurur - əgər internat məktəbində illərlə pozuntular davam edirdisə, onda bu “uşaq əzabkeşləri” harada idilər? İkincisi isə ondan ibarətdir ki, bir çox hallarda “uşaq müdafiəçiləri” uşaqlara valideynlərindən daha çox “can yandırırlar”. Bu həm cari ilin mayında, həm də bu günlərdə baş verən analoji hallarda aydın görünür”.
 
Növbədən kənar monitorinq olacaqmı?
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev problemlə bağlı “Yeni Müsavat”a açıqlama verib: “Vaxtaşırı internat və bu tipli müəssisələrdə monitorinqlər keçiririk. Onların təlim-tərbiyəsi, gündəlik qayğıları ilə bağlı nəzarətlər edilir. Monitorinq zamanı bəzən qaydalara əməl edilmədiyini görürük. Bu yaxınlarda bir baxçada olduq. Baxçada təhlükəsizlik qaydaları gözlənilməmişdi. Apardığımız araşdırmalar zamanı isə məlum oldu ki, baxça qanunsuz olaraq fəaliyyət göstərir. Adı çəkilən internat məktəbi ilə bağlı onu deyə bilərəm ki, hələ ki, olayla bağlı monitorinq keçirilməsi barədə tapşırıq almamışıq. Yaxın ərəfədə növbədən kənar monitorinq keçirilməsi qaçılmazdır”.
Xatırladaq ki, bir neçə gün öncə 11 saylı İnteqrasiya təlimli internat məktəbindən çəkilmiş video material saytlarda yayınlanmışdı. Həmin görüntülərdə uşaqların tualetdə çimdiyi əks olunurdu. Həmçinin məktəbdə əqli cəhətdən qüsurlu uşaqlarla kobud davranıldığı deyilirdi. 
 
Xalidə Gərayeva

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM