Sergey Markedonov: “Qərblə Rusiya arasındakı ziddiyyət və gərginlik Dağlıq Qarabağda konfliktin yenidən alovlanmasına şərait yaradır”

13:46 / 26.11.2014

“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması bu Birliyi MDB-yə çevirəcək”

 “Qərblə Rusiya arasında hökm sürən ziddiyyət və gərginlik Dağlıq Qarabağda konfliktin yenidən alovlanmasına şərait yaradır. Ən qorxulusu da elə budur".

 Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi ekspert Sergey Markedonov deyib.

 Onun sözlərinə görə, Qərblə Rusiya arasında münasibətlər son 25 ildə ən gərgin dövrünü yaşayır: “Heç 2008-ci ilin avqustunda Gürcüstanda baş verən müharibə zaman Qərblə Rusiya arasında belə gərginlik yaşanmamışdı. Nəzərə alsaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə uzun illərdir, ATƏT-in Minsk qrupunun tərkibində ABŞ və Fransa ilə birlikdə məşğul olur, o zaman belə sual yaranır: Dağlıq Qarabağda müharibə təhlükəsi yaranan zaman Rusiya, ABŞ və Fransa birgə hansısa qərara gələ, müharibənin qarşısını almaq üçün birlikdə nəsə edə biləcəklərmi? Qoşunların təmas xəttində beynəlxalq qanunlar pozulanda, dinc sakinlər qətlə yetiriləndə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri birlikdə hansısa qabaqlayıcı tədbirlər görməsi mümkün olacaqmı? Yoxsa, hərə tərəfləri öz tərəfinə çəkməyə çalışacaq? Belə olacaqsa, o zaman qarşıda bir çox təxribatların şahidi olacağıq”.

 

Politoloq Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi vertolyotun Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ağdam səmasında vurulmasını da şərh edib: “Qoşunların təmas xəttində baş verən son insident ümumilikdə atəşkəs qaydaları zəncirinin bir halqasıdır. Təəssüflər olsun ki, atəşkəs qaydaları bu və ya digər səbəbdən tez-tez pozulur. Mənim nöqteyi-nəzərimdən Dağlıq Qarabağ konfliktinin tənzimlənməsinə dair danışıqlar prosesi daha çox sülhün əldə olunmasına istiqamətlənib. Amma bu prosesdə atəşkəs qaydalarına əməl olunmasına dair iş aparılsa, daha yaxşı olardı. Çünki atəşkəsin pozulması zamanı nəyinki hərbçilərin, dinc sakinlərin də həyatlarını itirdiyinin şahidi oluruq. ATƏT bununla məşğul olsa da, cəhdlər yeterli deyil. Hamımız atəşkəsin pozulması nəticəsində həyatlarını itirən insanların - fərqi yoxdur, hərbçi, yaxud mülki vətəndaş olsun - sayının ildən-ilə artığının şahidi oluruq”.

 

S. Markedonov rəsmi Moskvanın vertolyotun vurulmasına ermənilər tərəfindən gözlənilən reaksiyanı verməməsini belə izah edib: “Kreml Azərbaycan və Ermənistana münasibətdə siyasətini balanslaşdıraraq həyata keçirir. Çünki yekun seçim etmək Moskvanın regionda manevr imkanlarını azaldır. 2008-ci ildə Gürcüstandakı hadisələrdən sonra Rusiyanın bu ölkəyə təsiri olduqca azalıb. Ona görə də, Kreml belə hallarda olduqca ehtiyatlı mövqe sərgiləyir”.

 

Rusiyalı ekspertin Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlasa, Rusiyanın mövqeyi necə olacaq sualına cavabı isə belə olub: “Dağlıq Qarabağda müharibə başlasa, toqquşmalar həm də Azərbaycan-Ermənistan sərhədində baş verəcək və belə insidentlər bu gün də baş verir. Bu zaman Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanı müdafiə etməlidir. Ona görə də Rusiya konfliktə hərbi müdaxilədən qaçır, bundan sonra da qaçacaq. Moskva daha çox konfliktin tənzimlənməsində moderator rolunu oynayacaq".

 

Azərbaycanın Avrasiya İqtisadi Birliyi layihəsinə qoşulma ehtimalını da şərh edən politoloqun fikrincə, Azərbaycan Avrasiya İqtisadi Birliyi layihəsinə üzv olmayacaq: “Söhbət bu layihədə kimin yaxşı, kimin pis olmasından getmir. Məsələ ondadır ki, Azərbaycan bu layihəyə qoşulsa, Avrasiya İqtisadi Birliyi MDB-yə çevriləcək. Çünki bu layihədə Ermənistan da iştirak edir. Azərbaycanla Ermənistanın eyni layihədə iştirakı isə mümkün deyil. Bu baş versə, o zaman Avrasiya Birliyi də MDB kimi qurum olacaq. İki düşmən ölkənin bir təşkilatda təmsil olunması həmin təşkilatın hər hansı layihəni həyata keçirməsini əngəlləyəcək. Necə ki, hazırda MDB bir təşkilat olaraq heç nə edə bilmir. Çox güman ki, Rusiya Azərbaycanla ikitərəfli münasibətlərə daha çox önəm verəcək", - deyə rusiyalı siyasi ekspert qeyd edib.   


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM