"Trend"-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Moskvada keçirilən Rusiya-Türkiyə hökumətlərarası komissiyanın iclasının protokolunda deyilir.
Tərəflər, həmçinin rubl və lirədə hesablaşmaların artımı yolunda maneələrin üzə çıxarılması üzrə hər iki ölkənin biznes cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə iş aparmaq barədə razılıq əldə ediblər.