Çin lideri Si Tszinpinin ölkədə korrupsiyaya qarşı başlatdığı mübarizə çərçivəsində daha bir iri korrupsioner həbs olunub.
Virtualaz.org saytı xəbər verir ki, Britaniyanın “The Financial Times” qəzeti Çin ordusunun ən qüdrətli generallarından biri Syuy Tsayhounun Pekindəki iqamətgahında hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarış zamanı tapılan pulu daşımaq üçün 12 yük maşınının lazım olduğunu yazır.
Qəzetin yazdığına görə, hüquq-mühafizə orqanları generalın evində axtarış apararkən o qədər çox nəğd pul və qiymətli daş-qaş tapıblar ki, onları sənədləşdirmək üçün düz bir həftə vaxt lazım olub. Pulları və qiymətli daş-qaşı evdən 12 yük maşını ilə daşımaq lazım gəlib.
Pullar generalın evində səliqə ilə qutulara qablaşdırılmışdı və onların hər birinin üzərində həmin pulu yeni rütbə almaq üçün generala verən hərbçinin adı yazılmışdı. Araşdırmaya yaxın olan mənbə qəzetə bildirib ki, hərəsində bir neçə milyon yuan olan həmin qutuların çoxunu hələ də açmağa vaxt çatmayıb.
Məlumata görə generalın evində axtarış bu ilin martında aparılıb, ancaq onun evindən ağlasığmaz dərəcədə böyük sərvət çıxdığı indi bəlli olub. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, generalın evindən çıxan nəğd pulların çəkisi bir tondan yuxarı idi.
General Syuy Tsayhou Çin liderinin 2012-ci ilin dekabrında başlatdığı antikorrupsiya kampaniyasında həbs olunan ən yüksək rütbəli məmurlardan biridir. İndiyədək Çin hakimiyyəti korrupsiyaya qarşı mübarizə çərçivəsində 74 min məmuru məsuliyyətə cəlb edib. Çin lideri bildirib ki, onun başlatdığı antikorrupsiya kampaniyası “həm pələngələri, həm milçəkləri” əhatə edəcək.
Generalın evindən çıxan pulların dollar ekvivalenti məlum deyil. Çində iri kupyurlar yoxdur və ən iri kupyur 100 yuandır-təxminən 16 dollara bərabərdir. Bir ton yüzlük yuan təxminən 100 milyon yuan, yəni 16 milyon dollar edir.
General evindən tonlarla pul çıxan yeganə korrupsioner deyil. Bu ilin mayında hüquq-mühafizə orqanları Dövlət energtika komissiyasının yüksək vəzifəli rəsmisi Vey Penyuanın evindən 200 milyon yuan tapmışdı. Bu pulları saymaq üçün 16 pulsayan maşın istifadə olunub, maşınların 4-ü yüklənməyə dözməyərək yanıb.
Həmçinin Çinin dövlət su şirkətinin rəhbəri Ma Çaotsyunun evindən 100 milyon yuandan çox nəğd pul və 37 kiloqram qızıl tapmışdı. Bütün bunlar çinli korrupsionerlərin təkcə evlərindən tapılan nəğd pullar və qızıllardır. Məlumdur ki, Çin məmurları oğurladıqları pulların böyük hissəsini xarici offşor hesablara köçürüblər və ölkədən çıxarıblar.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM