Ailem.az xalq artisti Səməd Səmədovun lent.az-a müsahibəsini təqdim edir.
- Səməd bəy, başlayaq ənənəvi sualdan, yaradıcılıqdan. Nə xəbərlər var?
- Keçmişini unudan, gələcəyini qura bilməz. Bu günə qədər bir çox sənətçilərlə işləmişəm. Hər il ən azı bir “hit” mahnı ifa edirəm. Buna misal olaraq, illər öncə ifa etdiyim “Qızlar”, “Azərbaycan”, “Gözlər-gözlər” “Hər yaşın öz gözəlliyi var”, “Arım balım, pətəyim”, “Nazlı-nazlı yarım” mahnılarını göstərə bilərəm. O ki qaldı yaradıcılığımda olan yeniliyə, təzə mahnılar yazdırmışam. Bilirsiniz, indi yaxşı mahnı tapmaq çox çətindir. Xeyli vaxt idi ki, yeni, fərqli bir bəstə axtarırdım. Nadir Qafarzadə və Ayan Babakişiyevanın ifasında “Sənin üçün” mahnısına qulaq asandan sonra həmin bəstənin müəllifi Samir Vida ilə əlaqə saxladım, mahnı istədim. Onun “Evlənirəm”, “Mənə belə gözəlsən” adlı bəstələrini bəyəndim. Hər ikisinə də klip çəkdirdim. Artıq mahnılar da sevilib. Bundan başqa dostumuz Fərid Kərimli “Sevgi valsı” və “Şirin çay” adlı mahnı yazıb. Onları da təqdim etməyi düşünürəm.
- Duet ortağınız Sevda Əliqızı ilə yollarınızı ayırdınız. Səbəb nə oldu?
- Son günlərin ən çox danışılan mövzusu bizim ayrılmağımızdır. Sevda açıqlama verib ki, “Səməd məni təhqir edərək, “qoca arvadsan” deyib. Amma, vallah, belə bir şey olmayıb. Mən onu təhqir etməmişəm. Kişi qadının arxasınca danışmamalıdır. Mən də etiraf edirəm ki, nə Sevda xanımın, nə də digər insanların arxasınca nəsə demişəm. Heç zaman heç bir qalmaqalda iştirak etməmişəm. Bunu bütün şou-biznes bilir.
- 15 illik duet ortağınızla ayrılmağınızın əsl səbəbi nədir?
- Prodüserim Rövşəndən xahiş etdim, Sevda xanıma desin ki, “ikimizdə yaşlaşmışıq, yeni, cavan səsə ehtiyat var”. Amma “qocalmısan” sözünü deməmişəm. Qoca sözü ilə yaşlı sözü ayrıdır. Onu təhqir etməmişəm. Sadəcə millətə demək istəyirəm ki, Sevda xanıma görə məni qınamayın. Ayrılmağımıza səbəb yeni, cavan səslərə ehtiyac duymağımdır. Mən yeni səs, yeni nəfəs axtarıram. Gənc və yeni səslər axtarıram ki, məndən sonra davamçılar olsun. Bilirsiniz, indi Ruhəngiz, Bəsti deyəndə Səməd Səmədov yada düşür. Duet şəkilində şou-biznesdə iz qoymuşam. Flora Kərimova, Aygün Kazımova kimi müğənnilərlə duetim olub. İndi də Sevda Əliqızının yerinə yeni ifaçı götürmüşəm. İlk dəfə açıqlama verirəm. Sevdə Əliqızının yerinə Şəbnəm Aslanqızı gəlib. Şəbnəm çox cavan, müasir və istedadlı xanımdır. Bundan sonra onunla birgə toylara gedəcəyik. İstədim ki, yeni duet ortağım cavan, istedadlı bir xanım olsun. Və toylara getdiyim zaman onun ifasına baxıb, xalqımız mənə təşəkkür etsin.
- Yeni duet ortağınız Şəbnəm Aslanqızı ilə tanışlığınız necə olub?
- Keçən il bacanağımın qızının toyu idi. Toya öz dəstəmlə getmişdim. Şəbnəmi də özümlə aparmışdım. İfasına bir dəfə qulaq asdım, çox xoşuma gəldi. Beləcə, onu duet ortağım seçdim. Açığını deyim ki, Şəbnəmlə toylara getmək istəyim keçən ildən var.
- Bir çox xanım müğənnilərlə duet ifa etmisiniz. Amma onlarla belə qalmaqal yaşamamışdınız?!
- Yox, onlarla da qalmaqal yaşamışam. Özünüz də bilirsiniz ki, kimisə işdən çıxaranda söz-söhbət olur. Ruhəngiz və Bəsti Bəkirova ilə də qalmaqallı şəkildə ayrılmışıq. Güclü söz-söhbətimiz olub. Amma indi onlarla rastlaşanda qucaqlaşıb, görüşürük. İnanıram ki, nə zamansa Sevda ilə də aramız düzələcək. Çünki Sevda deyəndə Səməd Səmədov yada düşür.
- Şou aləmində barənizdə daim tənqidi fikirlər səsləndirən Əli Mirəliyevdir. Münasibətiniz nə yerdədir?
- Əli Mirəliyev var olsun ki, hər zaman barəmdə danışır. Yoxsa “Toylar kralı” titulunu qazanıb, oturardım rahat yerimdə. Ona dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, tənqid, təhqir olmasa irəli getmək olmaz. Mən 30 il öncə necə var idimsə, indi də eləyəm. Yenə də sevilirəm.
- Qocaldığınızı etiraf etdirsiniz, bəs sənətlə nə zaman vidalaşmağı düşünürsünüz?
- Camaat 80 yaşından sonra qocalır. Mənim bu sənətdən ibrət, nümunə götürdüyüm Mirzə Babayevdir. O, 90 yaşına qədər oxudu. Mən də oxuyacam. Mən idmanla məşğul oluram, istəyirəm ki, o yaşa çatam. Həmin yaşda da gündəmdə olum.
- Müğənni Nadir Qafarzadənin iti ilə öz itinizi evləndirmək istəyirdiniz. Hətta mətbuatda yazılmışdı ki, “İt qudası” olacaqsınız...
- Nadirlə qohum olmağım, sadəcə bir şou idi. Bütün bu şoular Avropadan gəlib.
- Bir müddət öncə doğum gününüzdə yeni yaratdığınız “Qismət qrupu” sizə 10 minlik delfin bağışladığını söyləyib. Doğrudur?
- Müğənnilər gündəmə gəlmək istəyəndə hansısa reklam üsulunu seçir. Etiraf edirəm, mənə delfin bağışlanmayıb. Bu, sadəcə ucuz reklam üsulu idi. Artıq onlar gündəmdədir. Onlara məsləhət görmürəm ki, bu cür ucuz reklam etsinlər.
- Şou-biznesdə baş verən qalmaqallara münasibətiniz?
- Qalmaqalları biz özümüz yaratmamışıq. Biz Avropa ölkələrinə baxıb, onlardan ibrət götürmüşük. Qalmaqal olmasa, camaat özünü asmalıdır. Qalmaqal olmalıdır, tənqid şəklində. Bütün dünyada qalmaqallar tənqid şəklindədir. Amma bizdə bəzən təhqir də olur. Mən bunu məsləhət görmürəm. Çünki el dilində belə bir deyim var: “Döymə taxta qapımı, döyərəm dəmir qapını”.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM