İlhamə Quliyeva: Elədiyim yaxşılıqlar Faiqin haramı olsun

21:10 / 27.11.2014

İlhamə Quliyeva: Faiq anamın pensiya kartını götürüb, bankomatdan onun adına olan pulları çəkib

“Onu mən işə düzəltmişəm”.

Dünən ATV telekanalının aparıcısı Zaur Baxşəliyev canlı efirdən xalq artisti İlhamə Quliyevaya keçmiş mətbuat katibi Faiq Ələkbərov haqda mesaj göndərib.

Oxu.Az xəbər verir ki, Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, mesajda Z. Baxşəliyev ona təşəkkür edib:

“Mənim Zaura məsləhət gördüyüm keçmiş mətbuat katibim, yəni Faiq yaxşı işçidir. Əladır, onu təriflədi də. Zaur bəy bilir, bilməyənlər də bilsin ki, 10 il bundan qabaq Faiq Ələkbərovu ATV-də mən işə düzəltmişəm”.

 İlhamə Quliyevanın sözlərinə görə, sonralar isə həmin telekanalın keçmiş rəhbərliyi Faiqi işdən uzaqlaşdırıb:

“Murdar əməllərinə görə, onu işdən çıxartmışdılar. Əl-ayağıma düşdü, ağladı, yalvardı ki, qurban olum, məni işə qaytarın. Ürəyim dözmədi, rəhbərlikdən xahiş elədim, onu yenidən işə bərpa etsinlər. Onu yenidən ATV-yə işə düzəltdirdim.

O, 106.3 FM-də işləyirdi. Yenidən işə bərpa edəndə isə, o, radioda işləmək istəmədiyini dedi. Biz də yönləndirdik Zaurun verilişinə. Dostum Zaur Faiqin kimliyini çox yaxşı bilir. Bilməyənlər üçün deyirəm ki, Faiq 10 il mənim çörəyimi yeyib, süfrəmdə otura-otura barəmdə yan-yörəyə məlumat ötürüb.

Mənim əleyhimə mesajlar verib. Üzümü o tərəfə çevirən kimi, dalımca etikadan kənar çox sözlər danışıb. Bir sözlə mənə çox xəyanət edib. Mən bu yaxında ANS telekanalına, ATV-nin “Onlar” verilişində  və digər maqazin proqramlarında müsahibə verdim. Amma ad çəkmədim. İndi ad çəkirəm. Həmin adam Faiq Ələkbərovdur”.

Xalq artisti onu da deyir ki, keçmiş mətbuat katibi Tükəzban xanımın vəfatından sonra onun pensiya pullarını da mənimsəyib:

“Məsələ buradadır ki, mənim anam dünyasını dəyişdikdən sonra Faiq anamın pensiya kartını götürüb və bankomatdan onun adına olan pulları çəkib. Onun murdar, çirkin işləri çoxdur. Xətrini çox istədiyim müğənni Kərimin belə bir mahnısı var: “Dostum, mənə bir az ondan danış”.

Dostum Zaur bəy, mən sənə ondan o qədər danışaram ki, qulaqların ağrıyar. Amma mən deyirəm, canım dostum, sən çox yaxşı bilirsən ki, onun əxlaqında əskikliklər var. Hansını deyim? Gecə polis idarələrindən xəbərlərini deyim, mənim pullarımı mənimsəməsini deyim, yoxsa dəfələrlə mənim cibimə xəyanətlərinimi? Bu mesajı mənə göndərməsəydin, əzizim, hörmətli dostum Zaur, mən bunları açıqlamazdım”.

Xalq artisti İlhamə xanım Quliyevə deyir ki, dünən Z. Baxşəliyev ona zəng edib:

“Çox mehriban söhbət elədi. Amma verilişindən mənə mesaj göndərməklə Faiqin kimliyinin açıqlamasının özülünü qoydu. Oturdub Faiqi kamera qarşısında bazar arvadları kimi həyasızcasına, dərdi olan, problemləri olan insanlar haqqında “şok-şok xəbərlər” deyir.

Qoy, Faiq o şok-şok xəbərləri özü haqqında versin efirə və hörmətli Zaur, səni o gördüyün o xeyirxah işləri, problemləri olan insanlara göstərdiyin o köməyi əsnasında Faiq Ələkbərovun özünü kamera qarşısında çox layiqsiz aparmağı və zəhmətinin üzərinə kölgə salması deməkdir. Mən Faiqi özümdən lap çoxdan uzaqlaşdırmışam. İndi yanımda çox sağlam bir komandam var. Dostum Zaur, indi sənə demək istəyirəm ki, ehtiyatlı ol. Mən və sən uşaq deyilik.

Biz çörəyi ağzımıza yeyirik, burnumuza yox. Əgər belə mesajlar davamlı olsa, bilirsən ki, sənin yanında məndən sənə qalmış hansısa kəslər var. Onu da deyim ki, Faiq barəsində hələ çox şeyləri açıqlamamışam. Zamanla açıqlayacağam. Heç kim çaşıb, yolunu azmasın. Mən sənətkaram, özü də çox illərin sənətkarı. Heç vaxt mənim yanımda ikisifətli insanlar ola bilməz. Gec də olsa, onun yanımda olmasının səhv olduğunu anlayıb, uzaqlaşdırdım. Əzizim Zaur, Allah xeyir versin sənə. Faiq Ələkbərov əlində, ovcunda qalsın. Amma onda elə bir sifət var ki, adama işi düşən kimi, diz çökür, qadın kimi ağlayır. Onun ağlamalarını, yalvarmaqlarını dəfələrlə görmüşəm. Elədiyim yaxşılıqlar Faiqin haramı olsun”.

Xalq artisti İlhamə xanım həyatda baş vermiş olaydan danışdı:

“Demək bir qadın vəkil olur, o, iş prosesi ilə əlaqədar bir məhbusun yanına gedib-gəlir. Sonda da o məhbusa deyir ki, mən səndən hamiləyəm... Yəni demək istəyirəm ki, belə insanlar da var həyatda. İlhamə bu həyatda çox insan görüb, amma Faiq Ələkbərov kimisini görməyib. O, xain olub, cibimi kəsib, pulumu yeyib, xəyanət edib, onun vasitəsi ilə mənə göndərilən hədiyyələri mənimsəyib. Əzizim Zaura demək istəyirəm ki, Faiqin çörəyi dizinin üstündədir. İşlərindən və cibindən muğayat ol.  Dostum Zaurun mənə canlı efirdən mesaj göndərməyi çox xətrimə dəydi. Ona görə də, mən məcbur qalıb bu açıqlamaları verdim. Hələ ardı da var. Kim çaşsa, deyiləsi olmuş əhvalatları açıqlamağa hazıram. Dediyim fikirlərə də cavabdehəm, sübutum, dəlilim var”.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM