ANS TV-nin məlumatına görə, Bakının Sabunçu rayonu, Sabunçi qəsəbəsi, 26 Bakı komissarı küçəsində torpaq sürüşməsi baş verib. Təşvişə düşən sakinlər dərhal evlərini tərk etməyə məcbur olub.
Sakinlər deyirlər ki, bu cür hadisə artıq dəflərlə baş verir. Baş vermiş sürüşmə zamanı İradə Məmmədovaya məxsus fərdi evin yataq otağının divarı uçub. Ancaq bu uçquna səbəb kimi sakinlər burda dəmiryol xəttinin dəyişdirilməsilə əlaqədar yeni qazıntı işlərinin aparıldığını əsas gətirirlər. Evlərin yerləşdiyi ərazidə isə heç bir bəndbərkitmə işləri görülməyib.
Şikayətçi İradə Məmmədova, bir müddət əvvəl qonşunun divarının uçduğunu, indi isə öz yataq otağının divarının uçduğunu deyir.
Torpaq sürüşməsi zamanı bir neçə sakin məcbur olub yaşadaıqları evdən köçüb. Bəzi evlərin isə tamamilə uçaraq yerlə yeksan olduğunun şahidi olduq.
Problemlə əlaqədar üz tutduq Sabunçu Rayon İcra Hakimiyyətinə. Qurumun qəsəbə nümayəndəliyinin baş mühəndisi Arif Əmrahovla ilə əlaqə saxlaya bildik. O dedi ki, bununla bağlı quruma sakinlər tərəfindən müraciət olunmayıb. Amma həmin ərazidə yerləşən evlərin kanalzasiya xətti olmadığından çirkab suları evlərin arxasına yığılır və nəticədə torpaq sürüşməsi daha da aktivləşlir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə 82-ci ildə oranı qazaraq xətt çəkmək istiyiblər.
Elə biz də deyilənə uyğun olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov dedi ki, problemdən xəbardardırlar. Və bu ilk sürüşmə hadisəsi deyil. Yaxın vaxtlarda həmin ərazinin bərkidilməsi planlaşdırılır.(ANS TV)