Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə prosesdə Gülər Əhmədova çıxış edib.
O, bir il 2 aydır şər-böhtan nəticəsində həbsdə olduğunu deyib: "Kişilərə üzümü tutub birinci və axırıncı dəfə açıqlama verirəm. Elşadın iddia elədiyi kimi, bizim mandat alveri söhbətimiz olmayıb. Orada heç bir vəzifəli şəxsin adı çəkilməyib. Vaxt gələcək, görəcəksiniz ki, mən deyənlər düz idi. Elşadın qurbanlarının sayını mətbuata ötürəcəyəm. Mən sizdən xahiş edirəm, haqqımda yalan şeylər yazmayın. O, mühacir adı almaq istəyir. Təəssüf ki, onu buraya gətirə bilmirlər. Mən buradan çıxandan sonra onu Fransada tapıb məhkəməyə verəcəyəm, həbs etdirəcəyəm. Sevincin ailəsini o maliyyələşdirir. Lakin mən onun təhdidlərinə əyilən deyiləm. Mənim haqqımda proqnoz verməyin. Sizə söz verirəm, ölməyəcəyəm. Mən Sevinc deyiləm. Onun maskasını yırtacağam".
Daha sonra prosesdə Sevinc Babayevanın bacısı Vəfa Babayeva ifadə verib. Şahid bildirib ki, bacısı Gülər Əhmədova ilə toyuq kababı yeyib, ondan sonra zəhərləndiyini deyib: "Ondan sonra Sevincin vəziyyəti yaxşılaşmadı. Həkimlər deyirdilər, dərdinin nə olduğunu bilmirlər".
Sonra V.Babayeva sualları cavablandırıb. Bildirib ki, Gülərlə Sevincin rəfiqə olduqları barədə məlumatı olub: "Sevinc zəhərlənən vaxt dedi ki, Elşadla Gülərin pul söhbəti olub, ona görə küsüblər, lakin artıq barışıblar. Türkiyəyə gedəndən sonra isə zəng elədi. Dedim bu, nə məsələdir, niyə bizi biabır elədin? Səni televizorda göstərirlər. O da dedi ki, bir oyundur, düşüb. Dedi ki, mənə heç nə olmaz, Gülər arxamda dayanıb. Bacım Təranə ilə Ayxan Türkiyədən Sevincin yanından gələndə dedilər ki, onun vəziyyəti pisdir, arıqlayıb. Səlcuq adlı bir kişi onun danışıqlarına qulaq asır. Bayıra buraxmır. 2012-ci ildə mən ay yarım bacımın yanında qaldım, onu tək buraxmaq istəmirdik. Sentyabrın əvvəllərində ona zəng gəldi. Sevinc telefonda həmin adama dedi ki, Gülərə deyib, pulu qaytaracaq. Sonra da başladı ağlamağa. Mənə deyirdi ki, Elşadla pul məsələsi var. Gülər pulu qaytarmır. Gülərə də, Elşada da qarğış edirdi. Deyirdi ki, Gülər pulu qaytarsaydı, o da problem yaşamazdı. Bacım deyirdi ki, bu elə məsələdir ki, danışa bilməz. Danışsa, öldürərlər. Sevinc Elşaddan və Gülərdən qorxurdu. Sevinc evdə tək qalanda da qorxurdu, gecələr şam işığında otururdu. Tez-tez mənə deyirdi ki, gözlükdən bax gör, kimsə yoxdur? Sevinc Türkiyədə olanda video haqqında danışmağa və onun adını çəkməyə qoymurdu. Sevinc Türkiyədə olanda anam Gülərə zəng elədi ki, Sevincin axırı necə olacaq? Gülər də dedi ki, Sevinci müalicəyə göndərib, etibarlı əllərdədir".
Proses davam edir.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM