Məlum olub ki, o, Tərtər rayon sakini 25 yaşlı Pərvin Tağızadəni və Bərdə rayon sakini Vəfa Qocayevanı öz evində gəlir əldə etmək məqsədi ilə müəyyən məbləğ qarşılığında kişilərə təklif edib. Aparılan əməliyyat tədbirləri zamanı İzahət Axundovanın evində qızlarla bərabər Anar Hüseynov və Tofiq Həsənov adlı şəxslər də yaxalanıb. Tərtər rayon Polis Şöbəsində aparılan dindirilmələr zamanı qızlar öz ifadələrində deyiblər ki, oğlanlarla görüşmələri müqabilində hər birinə 50 manat məbləğində pul verilib. Tərtər rayon Polis Şöbəsindən isə bildirilib ki, İzahət Axundova Anar Hüseynov və Tofiq Həsənovdan 250 manat pul alıb. Həmin puldan qızlardan hər birinə 50 manat verib. Qalanını özünə götürüb. Araşdırmalar zamanı o da məlum olub ki, evində əxlaqsız yuvası təşkil edən İzahət Axundova rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinin müdiridir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (ELTV).