“Azərsu” ASC ilə Bakı Dövlət Universiteti arasında Memorandum imzalanıb
Strategiya.az ”Azərsu”ASC-nin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 24-də “Azərsu” ASC ilə BDU arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum imzalanıb. Sənəd “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycanda ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin milli təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb, bu təhsil ocağında tədrisin keyfiyyətinin artırılması, kadr hazırlığı sahəsində qazanılan uğurlardan bəhs edib. Ölkə rəhbərliyi tərəfindən təhsil və istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin prioritet elan edildiyini xatırladan rektor “Azərsu” ASC ilə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirib: “Son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması, eləcə də kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində böyük işlər görülür və “Azərsu” ASC layihələrin icrasında ən son texnologiyaların tətbiqinə üstünlük verir. Bunların nəticəsidir ki, ötən il keçirilmiş birinci Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgi və Konfransına maraq böyük olub və dünyanın 23 ölkəsinin alim və şirkətləri bu tədbirə qatılıblar. Konfransın işində universitetimizin əməkdaşları da yüksək səviyyədə təmsil olunublar və Bakı Dövlət Universiteti olaraq biz də bu işlərə öz töhfəmizi vermək niyyətindəyik. Universitetimizdə “Azərsu” ASC-nin fəaliyyətinə uyğun bir sıra ixtisaslar vardır və hesab edirəm ki, bu əməkdaşlıq elmi və praktiki baxımdan hər iki tərəf üçün faydalı olacaqdır”. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərək bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində, 38 şəhər və rayon mərkəzi, həmçinin 350-ə yaxın kənddə layihələr icra olunur: “Bu layihələrin icrası nəticəsində cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycan vətəndaşları dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Bu işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac vardır. “Azərsu” ASC yüksək ixtisaslı kadrların hazırlanmasında Bakı Dövlət Universitetinin imkanlarından maksimum istifadə etmək niyyətindədir. Hesab edirəm ki, “Azərsu” ASC üçün yüksək ixtisaslı kadrların hazırlanmasında universitetin imkanlarından yararlanmaq bizim üçün çox faydalı olacaqdır. Gələcəkdə universitetin professor və müəllimlərinin köməyi ilə bizim mütəxəssislər üçün treninq, seminar və təlim kurslarının təşkili də planlaşdırılır. Ümid edirəm ki, bu əməkdaşlıq qısa müddətdə öz bəhrəsini verəcəkdir”.
“Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma əsasən universitetin hidrologiya, geologiya, ekologiya, biologiya, kimya və digər ixtisasları üzrə təhsil alan tələbə və magistrlər “Azərsu” ASC-nin idarə və müəssisələrində təcrübə keçməklə “Yay məktəbi” proqramına cəlb olunacaqlar. Proqram müddətində təcrübə keçən tələbələr müvəqqəti işlə təmin ediləcəklər. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar Səhmdar Cəmiyyətin tələbatına uyğun olaraq müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.
Daha sonra “Azərsu” ASC ilə Bakı Dövlət Universiteti arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandumun imzalanması mərasimi keçirilib. Sənədi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov imzalayıblar.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov “Universitetin dostu” mükafatına layiq görülüb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM