Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.
Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus ŞVAB dedi:
- Cənab Prezident İlham Əliyev.
Komissar Ottinger.
Xanımlar və cənablar.
Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr olunmuş xüsusi axşam təşkil edilmişdir. Sizin Davosda şəxsi iştirakınız sayəsində regiona maraq artır. Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız və siyasətinizlə bağlı ətraflı məlumat aldım. Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar artıq Sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust ayında biz yenidən Sizinlə görüşüb əlavə məlumatlar təqdim edəcəyik. Yekun təqdimat bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki, biz əminik, ən müsbət ssenari reallaşacaqdır. Bununla da Sizə xoş axşam və fəal müzakirə arzu edirəm.
Qəbulda çıxış edən Prezident İlham ƏLİYEV dedi:
- Sağ olun. Əvvəlcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə professor Şvaba minnətdarlığımı bildirirəm. Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi. Həqiqətən, regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır. Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır.
Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq. Bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir. Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan “Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan “XXI əsrin müqaviləsi” adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir.
Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni “İpək Yolu”dur və ümid edirəm ki, artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir.
Təbii ki, siyasət sahəsi də mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olmuşdur. Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir.
Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür.
Azərbaycana gəldikdə, biz bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcəkdir.
Onu da qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39–cu yerə layiq görüb. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub.
Bir daha regionumuza göstərilən maraq və dəstəyə görə professor Şvaba və Davos İqtisadi Forumuna təşəkkürümü bildirərəm. Bu, mənim Davosa səkkizinci səfərimdir və bu, Azərbaycanın təbliği və təmasların qurulmasında çox faydalı olub. Ötən illər ərzində qurduğumuz təmaslar bu gün kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının və indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin inkişafına xidmət edib.
Bir daha Sizə təşəkkür edirəm və bu mövzunun bundan sonra da diqqət mərkəzində olacağına ümidvaram.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM