BEŞİNCİ KOLONNA

11:08 / 25.01.2014


Ukraynada hakimiyyət uğrunda mübarizənin həlledici zərbəsini kim vuracaq?Bu suala cavab vermək o qədər də çətin deyil.Dövlət orqanlarının administrativ binalarının üsyançılar tərəfindən ələ keçirilməsi,yaxud Maydanda qətlə yetirilən 5 nəfərin Yanukoviç iqtidarına qarşı ümumxalq qəzəbinin simvoluna çevrilməsi avtomatik güc nisbətini inqilabçı kütlənin xeyrinə dəyişmir.İndi Kiyev səmasını bürümüş qara tüstü bütün siyasi qüvvələrə odla oynamağın necə təhlükəli olduğunu göstərir.Lakin qoy olmasın 100,yaxud min nəfər.Onların qanını batırmağa nə var ki.Uzağı diktatura rejimi deyib hazırki hakimiyyəti sonradan xalqın mühakiməsinə vermək və öldürülənlərin ailəsinə müəyyən dövlət yardımları təyin etmək də olar.Ukraynaya sahiblənməyin müqabilində bunlar çox kiçik xərclərdir.İndiki mübarizənin qiyməti çox bahadır.

Baxmayaraq ki,ölkə məcmu halda 135 milyard dollar borcun altında inildəyir və hətta Kliçko meydan raundunu qələbə ilə başa vurub millətin çiyinlərinə çıxsa belə,qeyri-adi nəsə baş verməyəcək.O əlcəkləri ilə adamları yedizdirə bilməz.46 milyonluq xalqı saxlamaq üçün peşəkar komanda və ağıllı siyasət lazımdır.

Yaxşı,Yanukoviç son qanunlarla ola bilsin ki,ikinci Putinə çevrilərək etirazçılarla sərt dildə danışmağa qərar vermişdi,axı mitinqçi kütlənin liderləri də konsensus tonunda danışmırdılar.İndi birinci gülləni kimin atması o qədər də önəmli deyil.Ukraynanı Suriyanın aqibəti gözləyə bilər.Vətəndaş müharibəsinin simptomları ortadadır. Rusiyadan səslər eşidilir ki,verilmiş 3 milyard dollardan sonrakı partiya kəsilə bilər.Çünki onların qayıdacağına və hazırki qüvvənin duruş gətiricəyinə ümidlər xeyli öləziyib.Əgər xarici yardımlar kəsilsə,ac kütllə qılınca çapacaq.Avrointeqrasiya tələbi ilə küçəyə çıxıb indi “istefa” qışqıranlar sonradan bolşeviklər kimi sərvət və mülk sahiblərinə qarşı diversiyalara,sabotaja əl atacaqlar.Yaşamaq uğrunda keçmişdəki Qolodomor faciəsi 21-ci əsrin Ukraynasının da qapsını kəsdirib.Onda sovet rejimini qınayırdılar,indi məsuliyyəti kimin üstünə atacaqlar?

Digər tərəfdən Amerika da fəal müdaxiləsini işə salıb.Mitinqi səfərbər edən agentura mərkəzləri və təsir qrupları içərisində peşəkar casus kadrları var.Ukrayna parlamentarisi onların konkret adlarını mediaya çıxarıb.Oyun kifayət qədər açıq gedir.Soçi Olimpiadasının təhükəsizliyi adı ilə Qara dənizə Birləşmiş Ştatların iki hərbi gəmisi gətirlir.Onsuz da orada Qərbin nüfuz dairəsi kifayət qədər yüksək idi,indi üstünə yeniləri əlavə olunur.Belə görünür ki,silahlı qarşıdurma perspektivi istisna edilmir.

Lakin hazırki anda fəal xarici müdaxilə baş verməyibsə, vasitəçilik missiyasında bulunacaq obyektiv beynəlxalq arbitr yoxdursa,bu fonda mövqe savaşları hələ bir müddət davam edəcək.

Biznes-liderlərin və şərqi Ukraynanın sükut mövqeyi isə deyəsən pozulmaq ərəfəsindədir.Avropada bir sıra məmurlara tətbiq olunan sanksiya rejimi işə düşən kimi Rusiya 5-ci kolonu hərəkətə keçirib.”Əgər rəsmi orqanlar ölkədə sabitlik yarada bilmirsə,xalq özü irəliyə çıxıb kütləvi iğtişaşların qarşısını almalıdır.Biz artıq könüllü özünümüdafiə batalyonları formalaşdırmağa başlamışıq” deyən “Rus bloku” partiyasının başçısı Gennadi Basov antimaydan əleyhinə ən təsirli tədbir kimi fövqəladə vəziyyətin elan olunmasını və komendant saatına keçilməsini tələb edir.Müxalifətə düşmən münasibəti bəsləyən və “bander əclafları”nı cəzalnadırmağı tələb edən siyasi qruplar müdafiəsi hər cür vasitələrlə təşkil olunmuşKiyev meydanlarının üzərinə Berkutla birgə getməyə hazırlığını ifadə edir.

Şübhə yoxdur ki,artıq qərbi Ukrayna bölgələrində inqilabçıların tərəfinə keçən xalqı görən Yanukoviç son silahına əl atacaq.Coğrafi toqquşma və parçalanma hamının qorxulu röyası kimi reallığa çevriləcəkdir.
Xatırladaq ki,”5-ci kolonna” termini ilk dəfə tarixdə general Frankonun zamanında işlənməyə başlayıb.Vətəndaş müharibəsi dövründə provokatorlardan,casuslardan,şayiə yayanlardan və diversantlardan ibarət təşkil olunmuş ordunu öz sərəncamında hiss edən frankoçu hərbçi döyüşən dörd silahlı birləşmə ilə yanaşı,ehtiyatında daha bir qüvvənin olduğunu xalqa bəyan etmişdi.O vaxtdan dünyada arxa cəbhənin təxribatçıları bu adla cağrılır.İndi Ukrayna ikinci cahan savaşından öncəki İspaniyanın durumunda.

Yanvar ukraynalıların da həyatında qanlı rol oynayaraq tarixə düşdü.İndi qaynar qar altında “kiçik Rusiya” uğrunda döyüşlər gedir.Putin Stalinin rəşadətini təkrar edə biləcəkmi?

Milli Məclisin deputatı,
Zahid Oruc




Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM