Kiçik yaşlarımdan sərbəst olaraq təbiət hadisələrini öyrənməklə məşğul olmuşam. Məni bu işlərə vadar edən orta məktəb dərslikləri vasitəsi ilə məcburən təbliğ olunan təbiət hadisələri haqqındakı ağılasığmaz uydurmalar və doğulub boya-başa çatdığım ərazinin zəngin təbiəti olub.
İnsan qədim zamanlardan bəri tez-tez qarşılaşdığı külək, yağış, şimşək, zəlzələ, vulkan və s. kimi təbiət hadisələrini öyrənməyə cəhdlər göstərmişdir. Aristotelin “Fizika” adlandırdığı elm də məhz təbiət hadisələrinin öyrənilməsi məqsədi ilə yaranmışdır (e.ə.384-322-ci illər). Paralel olaraq dinin inkişafı, dində insanın hiss edib, dərk edə bilmədiyi hər nə varsa, uyğun olaraq allah və ya şeytanın adı ilə bağlanması, təbiət hadisələrinin allah tərəfindən idarə olunması kimi iddialar “Fizika” ilə qarşılıqlı ziddiyətlər yaratmaya bilməzdi. Ona görə də dinin hakim mövqeyindən asılı olmayaraq “Fizika”nın bir elm kimi inkişafı yalniz onun real nailiyyətləri hesabına mümkün idi. Odur ki, ”Fizika” eramızın XVIII əsrinə qədər fəaliyyətsiz qalmışdır.
Avropada texniki tərəqqiyə (mexanikaya) meylin güclənməsi ”Fizika”nın dirçəlməsinə səbəb olur. Texniki nailiyyətləri mənimsəməklə məqsədindən yayındırılmış “Fizika” “fundamental elm” adlandırılaraq ümumbəşər təfəkkürünə hakim kəsilir (elm tarixində bu dövr Fransa Elmlər Akademiyasının “çiçəkləmə dövrü” adlanır).
XX əsrin sonu -“Ufologiya” adlı elm yaradılmaqla ümumbəşər diqqəti “Planetimizə paralel, naməlum “AS”-lar (“ali sivilizasiyalılar”) dünyasına yönəldilir, maddi aləmdə insanin dərk edə biləcəyi elə bir şey qalmayıbmış kimi, kəşflər haqqında dövlət qanunları kütləvi olaraq ləğv etdirilir (Kubadan başqa), ümumbəşər şuuru qandallanır; Mövcud “Fundamental elmlərin” toxunulmazlığı kortəbii olaraq qanuni əsaslarla təmin olunur. Əlbəttə, bütün bunlar məqsədyönlü insan fəaliyyətinin nəticəsidir. Lakin,belə məkirli əməllərin ümumbəşər mənafeləri xatirinə, yetişmiş bir hal kimi qəbul edilməsi sadəlövhlük olardı.
Təbii haldır ki, hər bir kəşf aidiyyəti üzrə mövcud cəfəngiyyatların ifşa olunmaq təhlükəsi yaradir. Bu isə aidiyyətli “elm” xadimlərinin şəxsi mənafelərinə xələl gətirilməsi deməkdir!
Astronomiya, kimya, coğrafiya, botanika, zoologiya və. s kimi elmlər maddi aləmin müəyyən sahələrini öyrənir; hərəkət və hərəkət törədici qüvvələrdən bəhs edən elm Mexanika adlanır.Vulkan, zəlzələ kimi təbiət hadisələrini ”öyrənmək istəyən” “elmciklər” də mövcuddur. Bəs “Fizika” nədir?
- “Fundamental elm” sayılan “Fizika” “təbiət haqqında elm” adı altında kütləvi tədris olunur. Təbiətdə mümkün olmayan izoxorik, izobarik, izotermik və “normal” şəraitlər daxilində mümkünlüyü guman edilmiş fərdi iddialar (fizika qanunları) kor-təbii olaraq”təbiət qanunları” kimi qəbul etdirilir. Belə “fundamental əsaslar” əsasında uydurulmuş, təbiətlə heç bir əlaqəsi olmayan “elmi nəzəriyyələrin” cəfəng fərziyələrin, elmi anlayışlarin kütləvi təbliği təbiət və təbiət hadisələri haqqında yanlış təfəkkür formalaşdirir. Təfəkkürün əsarəti altına alınmış şüur dərk etmək imkanından məhrum olur.
Din belə halları İblisin adı ilə baglayır. İblis-olmayan şeylərə inam yaradan.
Texniki tərəqqi paralel olaraq elmin müxtəlif sahələrində mövcud qaranlıq məsələlərin araşdırılmasına imkan yaradır. Son 50-60 il ərzində ixtira olunmuş texniki vasitələrin imkanlarına uyğun olaraq “elmin” təbiətə kor-təbii müdaxilələri artıq öz nəticələrini biruzə verməkdədir. Son illər Atlantik okeanında fırtınaların (“qasırğa”) uzun müddət davam edib tez-tez baş verməsi, Nefteqorski zəlzələsi, 1999-cu il Turkiyə zəlzələsi, Antarktida əbədi buzlaqlarının əriməsi və son nəticədə canlı aləm üçün ən dəhşətli təhlükə mənbəyinə çevrilə biləcək tam ərimə etimalı, Planetimizin müxtəlif ərazilərində qeyri-xarakterik təbiət hadisələrinə (“iqlim dəyişmələri”) tez-tez təsaduf olunması, 2008-ci il Çin zəlzələsi kimi hadisələrin təbii hal kimi qəbul edilib, biganə yanaşılması təbiət haqqında formalaşmış qeyri-sağlam təfəkkürün məntiqi mühakimələrinə əsaslandığından “elm” xadimləri dərk etmədən törətdikləri bu kimi cinayətlərə görə məsuliyyət belə hiss etmirlər.
Heç kəs bilərəkdən başına qaynar su tökməz! Odur ki,”Fizika”nın “Təbiət haqqında elm” adı altında kütləvi təbliği nadanlıq əlaməti olub, təbiətin məhvinə yönəlmiş ümumbəşəri cinayətdir.
Etiraf etmək lazımdır ki, hegemonluq iddiasında olan şovinizm meyilli qüvvələrin və alət kimi istifadə olunan “elm” xadimlərinin şəxsi maraqları heç də ümumbəşəri maraqlarla üst-üstə düşmür.
Kütləvi informasiya vasitələrinin bəşəriyyət qarşısındakı xidməti əvəzolunmazdır. Yalnız jurnalistlərin canfəşanlığı sayəsində bəşəriyyət dünyada baş verən hadisələrdən xəbərdar olmaq imkanı qazanır.
Təbii fəlakətlər; Yer səthinin müxtəlıf ərazilərində müşahidə olunan qeyri-mövsümi və ya bəzi ərazilər üçün xarakterik olmayan təbiət hadısələri haqqında yaxud “Demokratiya kabusu”, “Terrorizm dalğası”, “Millətlərarası münaqişələr”, ”Hərb maşını”, “Müharibələr”, “Milli, irqi, dini ayrıseçkiliklər”, “Quş qripi” və.s. kimi məlumatlar bəşəriyyəti narahat etməyə bilməz. Lakin təəssüflər olsun ki, bu və ya digər ümumbəşəri problemlərin həllındə həlledici mövqe nümayiş etdirməli bəşəriyyət, əksər hallarda göz yaşı axıtmaq, yaxud məyusluq hissi keçirməkdən başqa, ayrı bir şeyə qadir deyil. Hər şeyi “mütəxəssislər” “həll” edir.
Savadsız əcdadlarımızdan miras qalmış Planetimiz savadlı varislərinin əməlləri qarşısında aciz qalmayacağını təmkinlə anlatmağa çalışır! Baxmayaraq ki, artıq Kainat da insan əməlləri qarşısında acizdir! Yalnız təbiət hadisələrinin dərki (mütləq həqiqətlər) maddi aləmi düçar olduğu bu bəlalardan xilas edə bilər.
Təbiətdə mövcud elmi anlayışlar baxımından mümkünlüyü güman edilməyən proseslər mövcuddur. Məqsədyönlü təcrübələr zamanı müşahidə olunan hadisələrə təbiətdə külək, şimşək, ildırım, tornado, fırtına, sunami dalğaları, palçıq püskürmələri, zəlzələ, isti su bulaqları, palçıq bulaqları, qeyzerlər, turş su bulaqları, əbədi buzlaqlar, vulkanlar və.s. kimi təbiət hadisələri şəklində təsadüf olunması bu proseslərin təbii proseslər olması haqqında aydın təsəvvür yaradır.
Maddi aləmi təşkil edən ayrı-ayrı maddi varlıqların təbii xassələrindən törəyən bu proseslərin hər biri uyğun olaraq, bir və ya bir neçə təbiət hadisəsinin çox dəqiqliklə dərk olunması ilə yanaşı, işçi tsikl olaraq, geniş tətbiq sahələrinə malik yeni növ maşın-mexanizmlər, texnoloji qurğu və texniki sistemlər yaratmaq imkanı verir. Ümumilikdə isə, təbiət hadisələrinin insan tərəfindən idarə olunacağı reallığını aşkarlayan yeni fundamental bir elmin özülünü təşkil edirlər.
Təbii mexanika
Təbii mexanika təbiət hadisələrini öyrədir. Təcrübi olaraq aşkar olunmuş təbii proseslər zamanı yaranan təbii qüvvələrin təbiətdə törətdiyi hərəkətlər təbiət hadisələri şəklində özlərini biruzə verir. Bu proseslərin hər birini işci tsikl kimi texnikaya tətbiq etməklə, geniş tətbiq sahələrinə malik yeni növ maşın-mexanizmlər yaratmaq mümkündür. Məsələn: 7-ci prosesin atmosferdə törətdiyi hadisələr şəraitdən asılı olaraq şimşək, ildırım, “UNO” və qütb işıqlanmaları kimi təbiət hadisələri şəklində özlərini biruzə verir. Yaxud, palcıq püskürmələri, zəlzələ, sunami dalğaları və qəflət dəniz (okean) qabarmaları kimi təbiət hadisələrini törədən 4-cü təbii prosesdən işci tsikl kimi istifadə etməklə tıxac yaranmış neft quyularını təmizləmək (sunami), dəmir-beton məmulatları istehsalı ücün silkələyici qurğular (zəlzələ) və.s yaratmaq mümkündür.
Şüurun dərk edə biləcyi hər nə varsa insan zəkası qarşısında acizdir!
Təbiət və təbiət hadisələri haqqındakı klassik nəzəriyyələr və bu əsaslı kütləvi təbliğatlar açıqdan-açığa onu göstərir ki, bəşəriyyətə dahi kimi təqdim olunan fərziyyəçilər nəinki təbiəti dərk etmək, hətta təbiət hadisələrini əlamətlərinə görə bir-birindən fərqləndirmək qabiliyyətinə də malık olmayıblar. Odur ki, bu günə qədər heç bir təbiət hadisəsi düzgün elmi izahını tapmamışdır. Yaxud təbiətdə həm əlamətlərinə, həm də, yaranma mexanizmlərinə görə bir-birindən kəskin surətdə fərqlənən palçıq bulaqları və palçıq püskürmələri kimi təbiət hadisələrinə təsadüf olunur. “Elm” bu hadisələr haqqında uydurulmuş cəfəngiyatları “palçıq vulkanları” adı altında təbliğ edir və hətta ali məktəblərdə də tədris olunur. Yaxud, 2004-cü il 26 dekabr tarixdə Hind okeanında qəflət qabarma baş verdi. Lakin elm xadimləri bu hadisəni “Sunami” adı altında bəşəriyyətə bəyan etdilər. Halbuki, savadsız əcdadlarımız sonrakı əvvəlkindən böyük dalbadal bir neçə istiqamətlənmiş dalğaları Sunami adlandırmışlar. Sunami dalğalarından sonra sualtı relyefdə dəyişiklik yaranmır.
Hind okeanında baş vermiş hadisə isə 4-cü təbii prosesin çox nadir hallarda törətdiyi “qəflət dəniz (okean) qabarması” təbiət hadisəsidir ki, savadlı insanların “mif” hesab etdikləri “Dünya üzünü su basması” ”Nuhun tufanı” “Atlantidanın məhfi” kimi hadisələrin baş verməsınə səbəb olmuşdur. Sadəcə, belə hadisələrdən sonra salamat qalmış sadə insan, şahidi olduqlarını başqa cürə yoza bilməzdi.
Yaxın gələcəkdə “Qəflət okean qabarması” təbiət hadisəsinin atlantik okeanında növbəti dəfə baş vermə etimalı cox böyükdür (artıq 4-cü prosesin özünəməxsus başvermə əlamətləri özünü biruzə verir) Əgər vaxtında lazımi tədbirlər görülməzsə, okeanda və okean hövzəsi ərazilərdə canlı aləmin əzablı məhfi ilə nəticələnə bilər (təbii fəlakət+təbiətə zidd Elmi Texniki Tərəqqi). Inkişaf etmiş ölkələrdən təkcə Fransanın sahilboyu ərazilərində 57 AES-dən bir neçəsinin dağılma ehtimalını təsəvvürünüzdə canlandırın.
Əksər hallarda 4-cü təbii prosesin baş verməsi ərazidə təbii şəraitə uygun, yeraltı maddi varlıqların xassələrindən asılı olaraq, relyef dəyişmələri və yer tərpənməsi (zəlzələ) yaradır. Sunami dalğalarından fərqli olaraq ,”Qəflət qabarma” zamanı böyük dalğa mənbəədən mənbəənin perimetri boyu ani olaraq itələnir və hadisədən sonra sualtı relyefdə kəskin dəyişiklər yaranır. Bu mənşəli relyef dəyişmələri Yerin quru səthində göllərin, şəlalərin, vadilərin (kanyonlar), çökəkliklərin (Qazaxıstanda Manqışlaq çökəkliyi) yaranmasına səbəb olur. Xəzər yarandıqdan sonra “Qəflət qabarma” hadisəsinin Xəzərdə iki dəfə baş verməsi Xəzərdibi relyefdə açıq-açığına özünü göstərir. Xəzərsahili ərazilərdə də hadisənin özünəməxsus əlamətlərinə təsadüf olunur..
Ümumbəşər marağına səbəb ola biləcək problemlərin həlli məqsədi ilə müxtəlif elmlər yaranmışdır və hər bir elm ətrafında şüurlu insan dəstələri cəmləşir. Təbii haldır ki, belə problemlərdən hər hansı birinin tam həlli, həmin elmin şərəfli sonu ilə nəticələnməlidir (sənətə çevrilməlidir). Lakin “çox müəmmalı” haldır ki, Elmi kommunizmdən başqa belə “elmlərə” təsadüf olunmur.
“Zəlzələnin başlıca səbəbi daim gərginlik altında olan yer qabığının ayrı-ayrı hissələrində tarazlığın pozulmasıdır” kimi söz yığımı arxasında Seysmologiya adlı “elmcik” dayanır. Heç də təsadüfi deyildır ki, Seysmoloqlar zəlzələdən sonra zəlzələnin gücünü, hiposentr və episentrlərin koordinatlarını təyin etmək, baş vermiş fəlakətlər haqqında statistik məlumatlar toplamaqla Seysmologiyanı “zənginləşdirir”, daim gərginlik altında olan yazıq Yer qabığını əsarətdən xilas etməyə cəhd göstərən hər bir yeni zəlzələ isə öz növbəsində seysmoloqların əbədi fəaliyyətinə təminat yaradır.
Seysmoloqlarla zəlzələlərin qarşılıqlı fəaliyyəti “təbii fəlakət” adlandırıldığından heç kəs bəşəriyyət qarşısında məsuliyyət daşımır!?
Halbuki, Zəlzələ ən aciz təbiət hadisələrindən biri olub, heyvanların-hətta qoyunların hiss edə bildiyi əlamətlərdən sonra baş verir.
4-cü təbii prosesin törətdiyi təbiət hadisələri ani olaraq gözlənilmədən baş vermələrinə baxmayaraq prosesin əmələ gəlməsi (yetişməsi) üçün uzunmüddətli zaman (hazırlıq dövrü) tələb olunur. İlkin mənbəənin yarandığı yaxud ana mənbəələrin ayıldığı ilk andan başlayaraq qeyri-stabil 2-ci təbii proseslə müşayət olunan “hazırlıq dövrünün” özünə məxsus əlamətləri bu mənşəli təbiət hadisələrini, xüsusən də zəlzələləri (yerin quru səthi) cox asanlıqla idarə etmək imkanı yaradır, yəni zəlzələnin labüdlüyünü göstərən təbii əlamətlər ilk andan dəqiqliklə müşahidə olunmaqla mənbəənin və həmlə ötürücü sinirlərin koordinatları təyin olunur, lazımi texniki tədbirlər görüldükdən sonra mənbəə neytrallşdırılır.
Əlbəttə, əgər insanın zəlzələ haqqında cüzi anlayışı olsaydı, bununlada zəlzələ vəlvələsi çoxdan öz aktuallıgını itirmiş olardı. Təəssüflər olsun ki, başqa təbiət hadisələri kimi zəlzələlər də hələ ki, insana tamamilə qaranlıqdır. Odur ki, zəlzələlərlə əlaqəli bütün problemlərin aşkarlanması gərəkdir:
Bu problemlər və onların həlli bəşəriyyətə açıqlanmadığından,dünyanın müxtəlif yerlərində baş verən zəlzələlər acınacaqlı nəticələr törədir. Odur ki, ilkin olaraq, insan tələfatına yol verməmək məqsədilə:
a) Bəşəriyyətə, xüsusən də kənd əhalisinə (şəhər mühiti insanı təbiətdən təcrid edir) zəlzələdən qabaq ərazidə baş verməli təbii hadisələr barədə əsaslı, dəqiq məlumatlar aşkarlanmalı;
b) “Əhalidən informasiya” agentlikləri yaradılmalı (pulsuz)
Əhalidən alınacaq məlumatlara ciddi münasibətlər göstərilməlidir.
Ərazidən gözlənilən müşahidə olunmalı məlumatlar əldə olunduqdan sonra,əhaliyə ciddi xəbərdarlıqlar olunmalıdır. Bu zaman cüzi xərclərlə zəlzələnin ərazidə törədə biləcəyi maddi zərərləri də minimuma endirmək xüsusi qabiliyyət tələb etmir.
Əgər ilkin həmlələr baş veribsə: - ərazidə sonrakı həmlələrin olub olmayacağını təyin etmək ücün təcili olaraq lazımi texniki tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər eyni zamanda baş verə biləcək həmlələri zəiflədir, həmlələrin uzaq məsafələrə ötürülməsinin qarşısını alır, gələcəkdə isə, zəlzələnin qabaqcadan hiss edən qurğunun yerləşdirilməsi ücün ən münasib “yuva” kimi əbədi olaraq istifadə olunur.
Elmin, texnikanın, mədəniyyətin, ədəbiyyatın, incəsənətin, iqtisadiyyatın inkişafında, təfəkkürün və mənəviyyatın formalaşmasında hakimiyyətin rolunu inkar etmək sadəlövhlük olardı. Dünyada sərbəst düşüncə qabiliyyətinə malik sadə insanlar da az deyil. Hələki müdrik insanlara da təsadüf olunur.
Artıq hər şeyin alınıb satıla bilindiyi bir zəmanədə yaşayırıq. Dünyanı bölüşdürmək, ayı ulduzu mənimsəmək iddiasında olanlar da yetişib.
Bəşər təfəkküründə əsaslı dönüş yarada biləcək, əvvəllər bəlli olmayan hər hansı təbii qanunauyğunluğun (təbii asılılıq), təbii hadisənin və materiyanın təbii xassəsinin aşkar olunması kəşf adlanır. Hər bir real təbii prosesin dərki isə neçə-neçə kəşfin aşkarlanmasına səbəb olur və yüzlərlə ixtiranın icad olunmasına imkan yaradır. Lakin ”elm aləminə” məxsus xüsusi ənənələr (“elm” xadimləri aidiyyatı üzrə kəşf sözü eşidəndə qırmızı əski görmüş ispan öküzlərinə cevrilirlər); ”Alim” adına ümumbəşər münasibətlərdən sui istifadə: mövcud biganəlik, mühafizəkarlıq, saxtakarlıq və məsuliyyətsizliklərə qarşı nəzarətsizlik və s; və ən nəhayət, kəşflər haqqında dövlət qanunlarının olmaması, hər hansı bir kəşfin potensial imkanlarını ümumbəşər xidmətinə yönəltməyə imkan vermir.
Odur ki, kəşflərin süni maneələrsiz (“mütəxəssiz rəyi”) patent qeydiyyatına alınmasını təmin edə biləcək mükəmməl dövlət qanunlarına zərurət yaranıb. Əks halda... !
Tək əldən səs cıxmaz! - söyləmiş ulularımız!
Nəbi Həmidov
19.07.2008
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM