Məmmədəmin Rəsulzadədən danışacağam. Onu hər zaman Azərbaycanın bütün mənalarda tamlığını daşıyan insan olaraq görürəm. Tam şəkildə bir Azərbaycanı onun ömür yolunda bütün cizgiləri ilə görə bilərsən. Siyasi mübarizə yolunda, partiya quruculuğunda, mühacirətində, şəxsi həyatının faciəsində Azərbaycanın mövcudluq tarixini sanki yaşaya bilirsən. Bəlkə də buna görə onun heykəlinin qoyulmasını istəmirəm.
Heykəl; siyasi liderləri, tarixi simaları insan təsəvvürlərində donuqlaşdıran, gözlərində daşa çevirən bir subyektiv əsərdir. Təsəvvür edin ki, bir insan eyni hərəkətsizlik obrazında yaddaşlara köçürülür, yaddaşlarda dondurulur. Məmmədəmin bəy dondurulan insan tipi deyil, açılan, ruhlara, qəlblərə yayılan bir insan obrazıdır. Kim nə söylərsə söyləsin, haşıyə çıxım ki, mərhum Əbülfəz Elçibəyin heykəli onun yaddaşlarımızdakı canlı, dinamik obrazını xeyli daşlaşdırdı. Avropada mifik qəhrəmanlara heykəlləri də çox zaman standart üslubdan uzaq şəkildə hazırlayırlar ki, insanların təsəvvürləri dar qəlibin içində donub qalmasın.
Bir az da mistik tərəfdən, bu heykələ necə birləşdirəcəksiniz onun daşıdığı Azərbaycanı? Bəlkə də buna görə onun qəbrinin Ankaradan Bakıya köçürülməsini lüzumsuz bir addım sayıram. Məmmədəmin bəy, dosdoğmaca Vətən torpağımız olan Anadoludakı qəbrinə görə qürbətdə deyil ki?... Dövlətin, cəmiyyətin, ayrıca Azərbaycan insanının ona münasibətinə görə qürbətdə sayıla bilir. İndi o münasibətin ortadan qalxması üçün qımıldanmalar var və doğumunun 130 illiyinin rəsmi qeyd olunması özlüyündə müsbət təmayül olsa da, əsas olan azərbaycanlıların Məmmədəmin bəyin doğru düşüncə sistemini anlamasıdır. Bu vacib amili anlayıb-anlamamaq bəsit bir yanaşma məhsulu olan Rəsulzadə-Elçibəy yolunu gedib-getməmək üzərində siyasi cinahları müəyyən etməklə olmaz. Burada onun düşüncə kodunun doğru açılışından söhbət gedir. Azərbaycanın etnik və dini strukturunun, siyasi gələcəyinin dəqiq təyinatını vermiş Məmmədəmin bəylə bağlı bircə istəyim var: onun Azərbaycan sevgisinin və Azərbaycanı tam anlamıyla tarixdən bu günə dəqiq tanıyan təfəkkürünün, düşüncə tərzinin Azərbaycan insanına, konkret Azərbaycan siyasətçilərinə köçürülməsini istərdim.
Bu köçürülmənin maddiləşmiş izahı necə ola bilər? Onun hər bir hadisəyə, tarixə, etnik sistemimizə, dini düşüncəmizə, xarakterimizə baxışını sadə dillə açaraq məktəblimizə, tələbəmizə, aydınımıza, düşünmək, öyrənmək istəyən hər kəsimizə çatdırmaq vacib bir çağırışdır. Çünki o, haçansa müasirliyini itirməyəcək, onun siyasət əxlaqı hər zaman örnək olacaq, onun ən ağır şərtlərdə belə çalışqanlığına heyran qalınacaq.
Azərbaycan çağdaş siyasi düşüncə sisteminin yaradıcısı və qoruyucusu Məmmədəmin bəy; Azərbaycan xalqının, buradakı Türk etnosunun varlığının qoruyucusu isə Nuri Paşadır. Nə yazıq ki, bur xalq olaraq hər ikisinə verdiyimiz dəyər, halallıq qazanmaq əmsalına uyğun gələcək səviyyədə deyil. Bu iki nəhəng simanı bizlər qoşa qanad kimi həmişə yüksək məqamlarda, qəlbimizin baş köşəsində tutmağa yalnız borclu deyilik, həm də məhkumuq.
Məmmədəmin bəy, Azərbaycan tarixinə ən realist və cəsarətli qiymət verən bir düşünürdür. Azərbaycanın bir coğrafi məkan olaraq türkləşməsi hadisəsini 11-12-ci əsrlərdə Oğuz-Türk kütlələrinin axını faktının üzərində təhlil edərək, tarixə xəyalçı baxışı realist məcraya qaytarmışdır.
Rəsulzadə rus işğalının yaratdığı faciəli məqamların üzərindən başını qaldırıb onun Azərbaycan türklərinin müasir xarakterinin formalaşmasında müsbət rolunu oxuya bilmişdir. O, Türkmənçaya sadəcə mexaniki ayrılma hadisəsi olaraq deyil, xalqın bir hissəsinin çağdaşlığa açılan şansı kimi qiymət verən ilk siyasətçidir.
Rəsulzadə fərqli adlarla adlandırılan, hətta bəzən dini kimliyi ilə tanıdılan xaqlqımıza siyasi və etnik adını qaytara bilmişdir.
Rəsulzadə, qan, vicdan, əməl anlayışlarının sintezini bayrağa köçürə bildi. Bu dövlətin əsas məsuliyyətinin aparıcı etnos olan türklərin üzərində olduğunu, türklərin də digər xalqların hüquq və azadlıqlarının demokratik və unitar dövlət çatısı altında qorunmasında məsuliyyət daşıdığını vurğuladı. Müasirliyə birləşdirici çalar gətirərək, milli obrazda, İslam inanc dəyərləri ilə çağdaş əməllə yaşamağın qaçınılmaz olduğunu söylədi. Imansız bir cəmiyyətin sağlam dövlət düşüncəsini bünyəsində daşıya bilməyəcəyinin üçüncü rəngdə əks etdirdi. Elə bir real sintez yaratdı kı, bununla Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının ideal kimi götürüləcək xarakterinin qalıcı forması müəyyənləşmiş oldu. Bu üç mənanı içində birləşdirməyən kimsənin Azərbaycan təsəvvürlərində bir natamamlıq olacağının işarəsini verdi.
Rəsulzadə bir siyasi lider olaraq on səkkiz ay yaşaması mümkün olan bir milli dövlətin gələcəkdə yenidən yaşaması üçün beynəlxalq sertifikat aldı, mülkiyyət kağızını təsdiqlətdi. Və bu hüdudları nə qədər də kommunist Rusiyası azaltmağa çalışsa da, ümumi sənədi silməyi bacarmadılar.
Rəsulzadə hətta Hitler Almaniyasına işğalçılıq eyforiyası çağında belə Azərbaycanın müstəqillik haqqını masaya yatırmağı bacarmışdı.
Rəsulzadə milli dövlətlə sosial dövlətin vəhdətini Milli təsanüd konsepsiyasında ortaya qoydu. Özünün ideloji baxışlarında çevik dəyişiklik edə bilən, insanı hər cür ideologiyanın üzərində görən siyasət anlayışını təqdim etdi. Azərbaycanın müasir dövlət modelinin milli təsanüd təməlində qurulmasının istiqamətlərini nəzəri baxımdan əsaslandıra bildi.
Məmmədəmin bəyin ədəbi-siyasi düşüncəsinin mühüm əsəri olan “Əsrimizin Siyavuşu”, Turan-İran mədəniyyət dairəsinin bir sintezi kimi Azərbaycanın gələcəyinin dəqiq təyinatını izah etdi.
Azərbaycan legionunu təşkilatlandırdı, Türkiyədə Azərbaycan Kültür Dərnətini qurdu, qəzetlər, jurnallar nəşr edərək Azərbaycan davasını, onun müstəqillik savaşını hər məqamda canlı tutdu.
Bir aydınla praktik siyasətçinin məsuliyyət fərqləri böyük. “Mən yazmışdım” demək, hələ bir fikrin real həyatda gerçəkləşdirilməsi mənasına gəlməz. Praktik siyasətdə yazılanların gerçəkləşdirilməsi yüzlərlə əngəllərlə qarşılaşa bilər. Aydın üçün kəlləni vermək risqi siyasətçidən qat-qat azdır. Yazdığının məsuliyyəti vicdani sərhədlərin içində yekunlaşır. Siyasətçinin hansısa tarixi məqamda etdiyi və ya etmədiyi milyonlarla insanın, bir millətin, bəzən də bəşəriyyətin çöküşünə və ya qalxışına səbəb ola bilir. Ona görə də aydın obrazında təqdim olunan insanları siyasətçilərlə müqayisə edərkən bu məqamları diqqətdən qaçırmamalıyıq. Azərbaycanda son yüzilin ayrıca fikir istehsalçısı olan aydınları olub: Axundov, Seyyid Əzim, Zərdabi, Ağaoğlu, Hüseynzadə, Mirzə Cəlil və daha kimlər. Rəsulzadə ona görə keçmişin və indinin hər bir aydınının və siyasətçisinin fövqündə dayanır ki, həm tarix-indi-gələcək müstəvisində döğru mühakiməsi olan aydın, həm də realist düşünən siyasətçi kimliyini birləşdirən bəlkə də tək bir simadır.
Bu kiçik yazıda mən, Məmmədəmin bəyi necə sevməkdən danışmıram. Insan duyğularının içinə girmək bizim həddimiz deyil. Onu necə anlamaqdan, anlatmaqdan danışıram. Azərbaycanı onun qədər sevmək, doğru düşünmək, düşündüklərini yılmadan, usanmadan yazmaq, hərəkət etmək və bütün bunların axarında da insan dürüstlüyünü itirməmək yetərlidir Rəsulzadəyə bənzəmək üçün.
Hər bir doğru düşünən azərbaycanlının öz Məmmədəmin Rəsulzadəsi olmalıdır. Çünki doğru düşünən azərbaycanlı, həm də Məmmədəmin Rəsulzadəni öz obrazında yaşadan azərbaycanlıdır.
Bu anlatdığım də mənim Rəsulzadəm idi...
Fazil Mustafa,
Milli Məclisin deputatı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM