Oğuzda ovçunu öldərənin adı açıqlandı

11:35 / 30.01.2014

   Baş prokurorluqdan Strategiya.az-a verilən məlumata görə, yanvarın 26-da Oğuz rayon prokurorluğuna 1981-ci il təvəllüdlü Seydəliyev Məmmədbağır Aydın oğlunun rayonun Xaçmaz kəndi ərazisində meşə massivində qayadan yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

M.Seydəliyevin meyitinin xarici müayinəsi zamanı bədəni üzərində odlu silahla yetirilməyə xarakterik xəsarətlər aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 258.3.2-ci (qanunsuz ov etmə) maddələri ilə cinayət işi başlanmış, iş üzrə zəruri ekspertizalar təyin edilib.

İstintaqla müəyyən edilmişdir ki, Xalid Həsrətov qeyd edilən tarixdə saat 10 radələrində tanışları - Oğuz rayon sakinləri Məmmədbağır Seydəliyev, Maarif Lətifov və Oğuz rayon Meşələrin bərpası və mühafizəsi müəssisəsinin meşə gözətçisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edən Arif Salehovla müvafiq icazə olmadan, qadagan edilmiş vaxtda qanunsuz ov etmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, hər biri yivsiz ov tüfəngləri ilə silahlanaraq “Qırmızı kitabı”a daxil edilməklə ovlanması tamamilə qadağan edilmiş maral cinsinə aid heyvanları ovlamaq niyyəti ilə rayonun Xaçmaz kəndi ərazisində yerləşən “Böyuk Daş” deyilən əraziyə gediblər.

Həmin gün saat 13.00 radələrində ov prosesində onlar istifadələrində olan ov tufənglərindən qarşılarına çıxmış marala atəşlər açaraq onu ovlayıblar. Bu zaman Xalid Həsrətovun açdığı atəşlərin ondan nisbətən aralıda dayanıb ov gözləyən Məmmədbağır Seydəliyevin bədəninin müxtəlif nahiyələrinə dəyib xəsarət yetirməklə ehtiyatsızlıqdan onu öldürməsində əsaslı şübhələr olduğundan o, Cinayət Məcəlləsinin 124.1 və 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə Arif Salehov Cinayət Məcəlləsinin 258.3.1 və 258.3.2-ci, Maarif Lətifov isə 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM