Debaltsovo dəhşəti: Putinlə Poroşenko bir-birinə bağırıb, sonra telefonda söyüşüb - (Yenilənib)

19:59 / 17.02.2015

Donetsk vilayətində Ukraynanın bir neçə minlik hərbi qüvvəsinin mühasirədə olduğu Debaltsovo şəhəri ətrafında vəziyyət getdikcə daha dəhşətli xarakter alır.

Virtualaz.org saytı xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin təmkinli açıqlamalarına baxmayaraq müstəqil mənbələr separatçıların mühasirəsində olan Debaltsovoda acınacaqlı vəziyyət barədə yeni məlumatlar yayıb.

Döyüş əməliyyatlarını izləyən jurnalist, “Novoya vremya” qəzetinin əməkdaşı Anastasiya Beryoza xəbər verib ki, Debaltsovo mühasirədədir və oradan çıxmaq ancaq böyük itkilər hesabına başa gəlir. Şəhərdə humanitar fəlakət yaşanır və evlərini tərk etməyə imkan tapmayan dinc sakinlər artilleriya-raket zərbələrindən yayına bilmir.

Jurnalistin məlumatına görə, Ukrayna tərəfdən hərbi qruplar hələlik şəhərə daxil ola və çıxa bilir, ancaq çox çətinliklə və itkilər verməklə.

“Bu gün vəziyyət dünənkindən daha pisdir. Atışmalar güclənib, güclü raket zərbələri endirilir” - deyə jurnalist bildirib.

KİV-lər xəbər verir ki, mühasirədəki batalyonlardan biri “katyol”dan çıxmaq üçün “yaşıl dəhliz” barədə xahiş edib.

Separatçılara yaxın qaynaqlar isə Debaltsovonun mərkəzinin artıq ələ keçirildiyini xəbər verir. Şəhərdə gedən küçə döyüşləri zamanı qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri  Aleksandr Zaxarçenko yaralanıb. Onun atəş altında olan küçələrin birini keçməyə çalışarkən ayağından güllə yarası aldığını, xəstəxanaya aparıldığı və vəziyyətinin ağır olmadığı bildirilir.

Belə görünür ki, itirilməkdə olan Debaltsovo şəhəri Ukrayna ordusunun ötən ilin mayından etibarən Donbasda Rusiyadan dəstəklənən separatçılarla döyüşlərdə məruz qaldığı ikinci sarsıdıcı məğlubiyyəti olacaq. Ötən ilin yayında separatçılar eyni taktika ilə Ukrayna ordusunun Donetsk ətrafındakı İlovaysk rayonunda bir neçə minlik qruplaşmasını mühasirəyə alıb. Uzun müddət davam edən mühasirənin sonu yüzlərlə hərbçinin həlak olması, Ukrayna ordusunun döyüş qabiliyyətli əsas hissələrinin darmadağın edilməsi ilə nəticələnib.

İndi isə Debaltsovo rayonunda Ukrayna ordusunun, Milli Qvardiyanın, könüllülərin minlərlə döyüşçüdən ibarət hissələri mühasirə həlqəsindədir. Onları mühasirədən çıxarmaq üçün Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Minskdə “Normand dördlüyü” çərçivəsində keçirilən danışıqlar ərəfəsində bütün qüvvələri sərf edib hücum əməliyyatına başlasa da uğursuzluğa düçar oldu.

Ukrayna rəhbərliyi Debaltsovoda mühasirə həlqəsinin qapandığı haqda bütün məlumatları rədd etsə də indi bunu etiraf etməli olub.

“Spiegel” jurnalının yazdığına görə, fevralın 11-də və 12-nə keçən gecə səhərə qədər davam edən atəşkəs danışıqlarında ən ciddi əngəl də məhz Debaltsovo məsələsi olmuşdu. Jurnal yazır ki, Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin Minsk danışıqlarında Debaltsovo mühasirəsini müzakirə edərkən dəfələrlə kəskin mübahisə ediblər. Bir neçə dəfə dövlət başçıları yerlərindən sıçrayıb və bir-birlərinə qışqırmağa başlayıb. Ancaq Angela Merkelin və Fransua Ollandın müdaxiləsindən sonra sakitləşiblər.

Dünən - fevralın 16-da “Normand dördlüyü”nün liderləri atəşkəs razılaşmasına baxmayaraq Debaltsovo ətrafında gedən döyüşləri telefonla müzakirə edərkən Poroşenko ilə Putin yenidən bir-birləri ilə sərt danışıblar, hətta söyüş söyüblər.

Nəticədə Minsk danışıqlarında diplomatik nailiyyət əldə edən və öz şərtlərini diqtə etməyi bacaran Putin Donetsk vilayəti ilə Luqansk vilayətinin inzibati sərhədində yerləşən, dəmiryol qovşağının keçdiyi Debaltsovo şəhərinin də separatçıların nəzarətinə keçməsi məsələsini həll edir.

Debaltsovo olduqca strateji məntəqədir, çünki Donetsk və Luqansk vilayətləri arasında dəmiryol qovşağıdır. Şəhərin ələ keçirilməsi Donetsk və Luqansk vilayətlərinin böyük hissəsinə nəzarət edən separatçılar arasında kommunikasiyaları möhkəmləndirəcək, Donbasın faktiki ilhaqını sürətləndirəcək.

İndi Ukrayna üçün yeganı variant mühasirədəki qüvvələrini mümkün qədər az itki ilə oradan çıxarmaqdır. Debaltsovonun itirilməsi ilə Minsk razılaşmasının qüvvədən düşəcəyi də gözlənilir, bu isə yeni və daha irimiqyaslı müharibə deməkdir.

*      *        * 17:55

Atəşkəsə dair Minsk razılaşmasına baxmayaraq Ukraynanın Donetsk vilayətinin Debaltsovo rayonunda döyüşlər şiddətlənib.

Virtualaz.org saytı xəbər verir ki, qondarma “Luqansk Xalq Respublikası”nın və “Donetsk Xalq Respublikası”nın qüvvələri Debaltsovo “katyolu”na düşmüş 7-8 minlik Ukrayna hərbi birləşməsini darmadağın etmək üçün birgə hücum əməliyyatına başlayıblar.

Günün birinci yarısında separatçıların qüvvələri Debaltsovonun mərkəzinə daxil olub və küçə döyüşləri başlayıb. Onlar elan ediblər ki, şəhərin dəmiryol vağzalını və milis idarəsini tutublar.

Lakin rəsmi Kiyev bu iddianı əvvəlcə təkzib etməyib, daha sonra vağzalın və milis idarəsinin separatçıların nəzarətinə keçdiyini təsdiqləyib.

Ukrayna Müdafiə Nazirliyi Debaltsovodakı hərbi qüvvələrin mühasirəyə alındığına dair deyilənləri israr etməyə çalışsa da bu gün mühasirənin qapandığını etiraf etməli olub.

Mühasirədəki “Kiyevskaya Rus” batalyonunun döyüşçüləri deyiblər ki, əgər kömək gəlməsə, cəmi 12 saat davam gətirə bilərlər. Bu haqda hərbi əməliyyatları izləyən jurnalist Olqa Germanova öz facebook hesabında yazıb.

Antiterror əməliyyatları qərargahının sözçüsü Andrey Lısenko isə deyib ki, Ukrayna hərbçiləri hazırda Loqvinovo şəhərinə nəzarət edir, Debaltsovoya gedən yolu açıb. Ancaq o, Debaltsovoda şiddətli döyüşlərin getdiyini təsdiqləyib.

Mühasirəyə düşən “Krivbass” batalyonu isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından və ATƏT-dən kömək diləyir.

“Situasiya kritik və acınacaqlıdır. Uşaqlar tam mühasirəyə alınıblar. Döyüşlər gedir. Əsirlər var. 200-300 döyüşçünü döyüş mövqeyindən çıxara bilmirik. Yollar minalanıb. Hamı oturub gözləyir ki, batalyonun axırına nə vaxt çıxacaqlar” - deyə batalyonun komandir müavini, polkovnik Yuri Sinkovski telefonla bildirib.

Yuri Sinkovski Debaltsovonun tam mühasirəyə alındığını, qüvvələrin tükəndiyini deyib: “Uşaqlar mərdliklə döyüşürlər, mövqelərini əldən vermirlər. Ancaq döyüş sursatı tükənir, ərzaq praktiki olaraq yoxdur. Heç bir kömək gəlmir. ATƏT nümayəndələri də yoxdur, mənəvi ruh sarsılır. Qüvvələr qeyri-bərabərdir, ancaq hamı bunu ört-basdır edir”.

“Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” Vladimir Kononov isə bildirib ki, Debaltsovo şəhərinin 80 faizi artıq onların nəzarətindədir. Onun sözlərinə görə, mühasirəyə alınmış Ukrayna qüvvələri pərən-pərən düşüb, kiçik qruplar halında bir binadan o birinə qaçır, yaxud dəstələrlə silahlarını atıb təslim olurlar.

“The Wall Street Journal” qəzeti yazır ki, fevralın 11-də və 12-nə keçən gecə Minskdə “Normand dördlüyü” formatında aparılan danışıqlarda Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland atəşkəsin dərhal qüvvəyə minməsində israr ediblər. Lakin Rusiya prezidenti məhz Debaltsovo şəhərinin ələ keçirilməsi üçün vaxt qazanmaq üçün atəşkəskin fevralın 15-dən qüvvəyə minməsinə razılaşıb.

Debaltsovo məsələsi ötən bazar günü “Normand dördlüyü” arasında telefon danşığı zamanı da müzakirə olunub. Vladimir Putin israr edib ki, 7-8 minlik Ukrayna hərbi qüvvələri Debaltsovoda mühasirəyə alınıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə bunu inkar edib və yaraqlıların atəşkəsi pozduğunu deyib.

Dünən - fevralın 16-da gecə dörd ölkə lideri yenidən telekonfransa qatılaraq Debaltsovonu müzakirə ediblər. Bu zaman Ukrayna və Rusiya prezidentləri arasında kəskin mübahisə olub.

“Putin özünü nəhəng dövlətin başçısı kimi göstərərək sakit şəkildə deyib ki, o, Debaltsovo ətrafındakı situasiyadan yaxşı xəbərdardır. Hərçənd ki, o, Rusiyanın bu müharibədə iştirakını inkar etməkdə davam edib. Ukrayna və Rusiya prezidentləri Merkel və Ollandın iştirakı ilə keçirilən dörd saatlıq telefon danışığında kəskin mübahisə ediblər”- deyə qəzet yazır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM