Qırmızı dodaq boyası ilə ağılları başdan alan müğənnimiz - FOTO

09:26 / 18.02.2015


Dilarə Kazımova həyatdan zövq alaraq yaşamağa çalışır. Elə buna görə də efirdə çox az-az  görünür. İstedadlı xanım şəxsi həyatı və qalmaqalları ilə deyil, yaradıcılığı ilə gündəmdə qalmağa çalışır.  

"Qarderob" layihəsində geyimini təhlil etdiyim digər məşhurlardan fərqli olaraq efirdə çox az göründüyü üçün, düzü, haqqında yazmağa çətinlik çəkirəm. Qrup təzə yarananda gənc ifaçı dəlisov mahnılarının ruhuna uyğun geyinirdi. Əlbəttə ki, burada ölməz klassikadan və zəriflikdən söz gedə bilməzdi. Hətta deyərdim ki, dələduz qızcığaz üslubunda geyinirdi. Lakin böyüdükcə Dilarə Kazımova stilində də dəyişiklik etməyə başladı. Onu daha çəkici göstərən geyim modellərinə meyl edir. Dilarə Kazımovanın stili əslində olduqca sadədir. Başa düşülməz heç nə yoxdur.

Dilarə Kazımovanın stilində ən çox diqqətimi çəkən məqam qara rəngə və cinslərə olan ehtirasıdır. O, çox az qızın cəsarət edib geyinə bilmədiyi cins şalvar modellərini geyinir. Dilarənin tez-tez istifadə etdiyi rənglər  ağ, qırmızı, bej çalarlarıdır. Çox nadir hallarda naxışlı, qaşlı, bərbəzəkli libaslar geyinir. Əsasən klassik, amma müasir, sadə kəsimlərə üstünlük verir. Belinin incəliyini vurğulayan, uzun, midi və eleqant modellər seçir. Əyninə kip oturan sadə paltarlarda çox zərif görünür.

Parlaq rənglərə müraciət etdiyi zaman modelin kəsiminin sadə, düz olmasına diqqət edir. Sarı, qırmızı və çəhrayı rəngin müxtəlif çalarlarına da müraciət edir. Kürəürəyini açıqda qoyan geyimlərə üstünlük verir. Qısa libaslar da onun qarderobunda yer alır. İdeal və zərif bədən quruluşu da müğənniyə istənilən paltarı geyinməyə icazə verir.

Dilarə Kazımovanın paltarları kimi aksessuarları da sahibinin incə zövqündən xəbər verir. İfaçı sadə, amma bahalı aksessuar taxmağa  daha çox üstünlük verir. Təbii gözəlliyə sahib olan gənc müğənni kiçik və sadə aksessuarları xoşlayır. Kiçik sırğalar və zövqlə seçilmiş saç aksessuarları onun kübar obrazını tamamlamağa kömək edir.

Dilarə Kazımovanın ötən il ən çox yaddaqalan obrazı gəlinlik libası oldu. O, toy günü də dalğalı saçlarını açıq qoyaraq öz tərzinə sadiqliyini qoruyub saxlamışdı.

Dilarənin gündəlik  stili də diqqətəlayiqdir. Rahatlığını heç nə ilə əvəz etməyən ifaçı gündəlik stilində idman üslubunda geyimlərə üstünlük verir. Yaz aylarında onu adətən qısa şortik və idman ayaqqabılarında görmək olar. Maykalarla qısa cins şortları birləşdirməyi çox xoşlayır. Qış geyimləri arasında isə uzun pencəklər, bürüncəklər, uzunboğaz çəkmələr xüsusi yer tutur. Hündür bel şalvarlar da ifaçının sevimli geyimləri arasında nümunə göstərmək olar.

Boynuna və başına fərqli üsullarla bağladığı yaylıq, kəlağayı və şərflər onun zərifliyini vurğulayan əsas detallardan biridir. Dilarə zərif boynunu rəngli  yaylıqlarla vurğulamağı çox xoşlayır.

Gənc ifaçı həm də geniş və rəngarəng qarderob sahibidir. Onun qarderobunda bahalı geyimlərdən başqa, demokratik brendlərə də rast gəlmək olar. Lakin modapərəst xanımın şkafında bir dənə də olsun xəz geyimlərə rast gələ bilmərsiniz. Belə ki, Dilarə heyvanları sevdiyi üçün prinsipial olaraq xəz geyinmədiyini etiraf edir. Ayaqqabı və çanta tandemi də hər zaman uğurlu alınır. Libaslarında naxış, çiçək, krujeva detalları daha çox diqqət çəkir.

Dilarə Kazımovanın yerli həmkarlarından həm ifa, həm də geyim tərzi ilə kəskin sürətdə fərqlənir. Məsələn, nə saç rəngini, nə saç stilini dəyişdirməyi sevir. Təbii qıvırcıq saçlarını çox zaman yana daramaqla kifayətlənir. Hətta son zamanlar dəbdə olan ombre dəbinə də əməl etməyə cürət etmir. Ancaq tünd-qəhvəyi və qara rəng üzərində dayanır.

Makiyaja gəldikdə isə ifaçı maksimum dərəcədə sadəliyini qoruyub saxlayır. Gözlərinin üstünə neytral göz kölgələri, incə layner çəkib, kirpiklərini tuşla vurğulayır. Geyimdə öz minimalist tərzinə sadiq qalan ifaçı makiyajda da ağır rənglərdən qaçır. Yanaqlarını çox xəfif şəkildə ənliklə vurğulayır.

Daha çox qırmızı dodaq boyasına üstünlük verir. Bu dodaq boyasını dumanlı göz makiyajı ilə tamamlayır. Gözləri xırda olduğu üçün dumanlı göz makiyajı gözlərini böyük göstərir, həm də baxışlarını daha nüfuzedici edir.

Sonda Dilarə Kazımovanın ümumi stili haqqında onu deyə bilərəm ki, o, nə istədiyini bilən xanımdır. Üzünü və bədən quruluşunu, ona nəyin yaraşıb-yaraşmadığını çox yaxşı tanıyır. Qüsurlarını da bilir. Bu xüsusiyyətləri isə ulduzun stilinin mükəmməl olmasına gətirib çıxarır.




Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM