Meksika Konqresinin Deputatlar Palatasında Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

10:21 / 18.02.2015

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Meksika Konqresinin Deputatlar Palatasında konfrans keçirilib.

 

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən APA-ya verilən məlumata görə, “İnsan Oğurluğu və Soyqırım Əleyhinə Beynəlxalq Gündəm,Xocalıda Soyqırım Hadisəsi” adlı konfransda Meksika Konqresi Deputatlar Palatasının üzvləri, Amerika İnstitutunun rektoru Ruben Salas, Meskika Xatirə və Dözümlülük Muzeyinin nümayəndəsi Alan Qarsia, Ukrayna, Gürcüstan, Pakistan, Bolqarıstan və Slovakiya respublikalarının Meksikadakı səfirləri, Meksika ictimaiyyətinin nümayəndələri, elm xadimləri, aparıcı universitetlərin müəllim-tələbə heyəti iştirak ediblər.

 

Meksika Sülh, Ədalət və Ətraf Mühit Birgə Fondunun koordinatorluğu ilə keçirilmiş tədbirə Fondun baş direktoru Alfredo Roxas aparıcılıq edib. Konfransı giriş sözü ilə açan hüquq müdafiəçisi Alfredo Roxas tədbirin əsas məqsədinin insan oğurluğu və soyqırım cinayətləri barədə yeni nəslin məlumatlandırılması, belə halların qarşısının alınması üçün müvafiq maarifləndirmə işinin aparılmasından ibarət olduğunu söyləyib.

 

Konfransın Xocalıdakı soyqırımın təhlilinə həsr edildiyini qeyd edən Konqresin Deputatlar Palatasının üzvü, Palatanın İdarə Şurasının katibi Maqdalena del Sokorro Nunyez bunun dünyada müxtəlif soyqırım hadisələrinin təhlili və bu sahədə Meksikada qanunun aliliyinin təmin edilməsi üçün zəruri təşəbbüslərin zənginləşdirilməsi yolunda əhəmiyyətini vurğulayıb.

 

Daha sonra çıxış edən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Xocalının da daxil olduğu Azərbaycanın Dağlıq Qarabağ regionunun artıq 23 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bildirib. Xocalının yer üzündən silindiyini qeyd edən səfir burada insanlıq əleyhinə soyqırımın törədildiyini, mülki əhalinin etnik təmizləmə siyasətinin qurbanı olduğunu diqqətə çatdırıb, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söyləyib. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən söz açan diplomat məsələyə dair Meksika, Kolumbiya, Panama, Peru, Honduras, Pakistan və digər ölkələrin parlamentlərinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların qərarları barədə məlumat verərək, bunun Azərbaycan xalqı və dövlətinə, münaqişənin ədalətli həlli prosesinə böyük siyasi və mənəvi dəstək olduğunu diqqətə çatdırıb.

 

Daha sonra konfrans iştirakçıları Xocalı soyqırımına dair səfirlik tərəfindən ispan dilində hazırlanmış sənədli filmə baxıb. Soyqırımın canlı şahidlərinin ifadələri, hadisə yerinin video-çəkilişləri əsasında hazırlanmış film tamaşaçılara dərin təsir bağışlayıb.

 

Filmin nümayişindən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın o zaman erməni silahlı qruplaşmalarının başında olduğunu qeyd edən səfir İ.Muxtarov onun Xocalı soyqırımı və digər hərbi cinayətlərdə iştirak etdiyini söyləyib, hazırkı Ermənistan rəhbərliyinin əlinin Azərbaycan xalqının qanına batdığını diqqətə çatdırıb.

 

Konfransda həmçinin səfirlik tərəfindən Azərbaycanın tarixi torpaqları, sərhədləri, coğrafiyası, ermənilərin Azərbaycana köç tarixi, xalqımızın üzləşdiyi işğal və etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda prezentasiya edilmişdir.

 

Tədbirdə söz alan Ukrayna səfiri Ruslan Spirin postsovet məkanında mövcud münaqişələr kontekstində Ermənistan-Azərbaycan münaqişəsi ilə bu gün ölkəsinin üzləşdiyi hərbi işğal və separatizm arasında paralellər gətirib, bu mövzuda dinləyicilərə geniş məruzə edib. Bununla yanaşı, bu yaxınlarda BMT-də müzakirəyə çıxarılmış və qəbul edilmiş Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin Azərbaycan tərəfindən dəstəkləndiyini, Ermənistanın isə qətnamənin əleyhinə səs verdiyini söyləyib.

 

Mərasim zamanı tədbir iştirakçılarına Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ispan dilində hazırlanmış “Xocalıda soyqırım” jurnalı paylanıb.

 

Mərasimin yekununda səfir İ.Muxtarov tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbir Meksika Konqresinin telekanalı (Canal de Congreso) tərəfindən işıqlandırılıb.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM