ODLAR YURDUNUN İNTİHARI

10:11 / 31.01.2014

Bu adı səyyahlar tapmış. Hər gəldiklərində Bakı ətrafında qurudan çıxan ərazilərdə neftin necə yandığını görərək Odlar Yurdu deyə bu ölkəni tərif etmişlər. Biz də buradan götürmüşük, xoşlamışıq və Azərbaycan adının ekvivalenti olaraq bir brendə çevirmişik. Əvvər bu deyimə qarşı bəlkə də təhlil etmədiyimə görə biganə olmuşam. Ancaq deyəsən uzun illərdir ki, bu tanıtımı içimə sindirə bilmirəm. Odlar Yurdu demək bir ölkəni insanın deyil, təbii sərvətin xarakteri ilə tanıtmaqdır. Samuray Yaponiyası deyəndə, basmaçı Özbəkistan deyəndə, Taliban Əfqanıstan deyəndə vahiməli görünsə də ölkəyə bir insan xarakterindən giriş kartı ala bilirsən. Bəlkə elə bu da reallıqdır ki, keçmişdən bu günə bu yurdda insan xarakteri təbii sərvətin altında qalıb və günümüzdə də bu deyimlərlə, kəlmələrlə, ifadələrlə öz görünüşünü dəyişməyib. Bu səbəbdəndir ki, bu gün Azərbaycanda dövlət də insan xarakterini öz altında gizlədərək hər şeyin insan naminə edilməsini tamam unutmuş vəziyyətdədir.
Azərbaycanın Odlar Yurdu olması artıq neft amili ilə bağlantılı deyil. Müasir texnologiya çox nadir hallarda quyudan çıxan neftin, qurudakı tullantı mazutun keyfi qaydada istədiyində yanmasına imkan tanıyır. Təsadüfi yanğınlara da müdaxilə edən yanğınsöndürənlər dəstəsi yaxşı-pis öz işlərinin öhdəsindən də gəlirlər.
Artıq Azərbaycanda hər həftə, elə olur hər gün bir insan özünü yandırır və Odlar Yurdu tanıtımının insan üzərindən yürüdülməsinə tam əsas yaranıb. Qarabağ qazisi, sevdiyi oğlanın aldatdığı qız, əsəb xəstəliyinə düçar olmuş insan. İntihar etməyin başqa yollarını da sınaqdan çıxaran insanlar müstəqillikdən bu tərəfə əhəmiyyətli bir rəqəm ifadə etməkdədirlər. Özümüzü aldatmayaq, ən rifah içində yaşayan ABŞ və Avropa cəmiyyətlərindən tutmuş Yaponiyaya qədər, xoşbəxt sandığımız hər yerdə bu baş verir və qarşısını almaq üçün görülən tədbirlərin də ciddi bir effekti olmur. Ona görə də bu özünüyandırma hadisələrini siyasi bir tezis olaraq isitfadə edənlərin bəri başdan tərksilah olacaqları aydındır. Məsələyə İslam dininin intihara münasibəti baxımından da girmək istəməzdim. Heç əksəriyyəti dualist inanc daşıyıcısı olan Azərbaycan cəmiyyətinin yaşamının forması ilə olduğu kimi, ölümünün forması ilə də axirət hesabına necə qatlanacağını düşünmədiyini də arqumentlərə daxil etmirəm. Sadəcə faktın üzərinə gəlirəm. İnsan özünü yandıraraq ölümə qərar verir. Bu təkcə həyatın ilkin sınağından uğursuz çıxan bir gəncəcik qız usagı, bir hərbi həyatın çətinliyinə, əsgər yoldaşlarının tənəsinə psixoloji dözümü olmayan yeniyetmə oğlan deyil, Vətən və Çörək uğrunda savaşın nə olduğunu görmüş orta yaşlı bir insan, ailə dramına tablaşmayan orta yaşlı bir qadındır. Xatırlayıram, 20 yanvar hadisələrindən sonra Neft-Kimya İnstitutunun Ağabəy adında bir tələbəsi intihar etmişdi və arxasınca belə bir məzmunda məktub buraxmışdı: “Azərbaycanın müstəqilliyi üçün mübarizəyə gücüm yetmədi, məni bağılayın.” Yəni motivləri fərqli olan bu intihar hadisələri dərhal hər kəsin üzünü dövlətə, cəmiyyətə tərəf çevirir ki, nə isə edilməlidir ki, bu intiharlar bir ənənə şəklini almasın! Təkliflər də səslənir və içərisində bəlkə də ən absurdu psixoloq ştatlarının ayrı-ayrı qurumlarda yaradılmasıdır. Guya əməlli-başlı təhsilimiz var və böyük bir psixoloq ordusu yetişdirib hər şübhə etdiyimiz vətəndaşın yanında oturdub mühazirə oxutduracağıq. Bu mühazirədən sonra da nə əsgər özünü asacaq, nə də başqa vətəndaş özünü yandıracaq.
Açığı bu mürəkkəb məqamda mənim də bir ağlabatan təklifim yox. Sadəcə kiçik bir təhlilim var. Sosial şərtləri ağır olan minlərlə insan var. İntihar etmək son həddirsə, ümidi hər şeydən üzülən yüzlərlə əlil insan bu addımı atmaqdan çəkinir, həyat eşqini davam etdirərək özünü cəmiyyətə faydalı olmaq üçün mübarizənin içində görür. Sağalmaz xəstəliyə tutulmuş, çözülməz problemlərdən təngə gəlmiş insanlar da az deyil, bunlar da əsasən intihar haqqında düşünmürlər. Demək ki, xarakter zəifliyi, depresiya vəziyyəti, əqli problemlər intihar barədə qərar qəbul etməkdə daha ciddi səbəblərdən sayılmalıdır. Buna dövlətin hansısa müdaxilə etmək yolları tapması xeyli çətindir. Burada daha çox çevrənin, cəmiyyətin insan taleyinə qarşı həssaslığı, yardımlaşma duyğusunun artması nələrisə yüngülləşdirə bilər. Üzərində durmaq istədiyim, ölüm motivinin birbaşa və ya dolayı yolla hüquqla bağlı olmasıdır. Hüquqa son çarə olaraq güvənməyən, baxa bilməyən, hüququn ədaləti ilə qucaqlanmaq əvəzinə, yumruğu ilə geri püskürtülən insan intihara əl atırsa, burada yalnız və yalnız dövlətin birbaşa məsuliyyəti yaranır. Hansısa problemin həllinin hüquqi yolu qapalıdır, məhkəmə ədalətsizliyinə dirənir, məmur küstahlığını aşa bilmir, polis zorakılığından keçə bilmir, dövlət tərəfindən təhlükəsizliyini təminat altına ala bilmir və son çarə olaraq vətəndaş intihar edirsə, həyəcan təbili burada çalınmalıdır. İnkişaf etmiş ölkələrdə intihar çox nadir hallarda hüquqi təminatın olmamasından qaynaqlanır. Ona görə də insanın hüquqa gedən yolunun bağlanmasından ağır heç bir hüquqsuzluq ola bilməz. Nə yazıq ki, Azərbaycanda mövcud hüquq sistemində dövlət özünə aid hüququn tətbiqində hər cür imtiyaza sahibdir, vətəndaş isə yalnız dövlətin məqbul saydığı hüdudlarda bu hüquqdan yararlana bilir.
İntihar xəbərlərini mətbuatdan oxuyan kimi dərhal təsnifatı dəqiqləşdirməyə başlayıram. Yanan kimdir: xarakteri zəif bir İNSAN, yoxsa insan şəklində görünən HÜQUQ! İnsanı yaxşı-pis yanğınsöndürənlər yarımcan olana qədər söndürə bilirlər. Hüquq isə bir dəfə yanmağa başladısa, onu söndürəcək mexanizm və qurum yox. Hüquqla bərabər ədalət də, insanlıq da, və insanın təsəvvüründəki sevdiyi dövlət də yanır.
İntihar pis addımdır. Ancaq niyəsə istərdim ki, bu Odlar Yurdu intihar etsin və yerində bir Azərbaycan adının ekvivalenti kimi Hüquq Yurdu doğulsun. Bu doğuşdan sonra əminəm ki, Azərbaycan insanının intiharından deyil, intibahından danışacağıq.

Fazil Mustafa,

Milli Məclisin deputatı

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM