Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, fevralın 18-də cinayət axtarış polisinin əməliyyatçıları xüsusi təyinatlı SOBR dəstəsinin döyüşçüləri ilə birlikdə banda üzvlərini yaxalayıblar.
Əməliyyatçılar iri məbləğdə pul daşıyanlara qarşı quldur hücumlarını araşdırarkən bandanın izinə çoxdan düşübmüş.
Quldur qruplaşmasının tərkibində olan informatordan alınan məlumat əsasında əməliyyatçılar müəyyən ediblər ki, quldurlar növbəti basqın əməliyyatına hazırlaşırlar. Polislər potensial qurbanla əlaqə yaradıblar və ayaqqabı satışı ilə məşğul olan biznesmenə quldurları yaxlamaq üçün tələ rolunu oynamağı təklif ediblər.
Əməliyyat planı hazırlanıb və fevralın 18-də Moskva vaxtı ilə saat 17:10-da biznesmen öz “Lexus”unda Mayakovsk küçəsinin kəsişməsində hərəkətə başlayıb. Ancaq məlum olub ki, “QAZel” markalı maşın yolu kəsib.
“QAZel”in salonundan üç silahlı quldur çıxaraq onun maşınına hücum çəkib, onlardan biri çəkiclə “Lexus”un yan şüşəsini sındırıb və salondan içində 10 milyon rubla yaxın pul olan çantanı götürməyə çalışıb. Digərləri isə travmatik tapançadan sürücüyə atəş açıblar, ancaq hədəfdən yayınıblar. Çanta artıq quldurların əlində olanda qəfildən küçədə SOBR əməkdaşları və əməliyyatçılar görünüb.
Moskva polisinin rəsmisi Svetlana Kokotova “Moskovskiy komsomolets”ə bildirib ki, saxlanılarkən cinayətkarlar polisə silahlı müqavimət göstəriblər, bir neçə dəfə SOBR əməkdaşlarına tərəf atəş açıblar və onlardan birinin şlemini armaturla dağıdıblar. Cavab olaraq polis tabel silahından istifadə edib və hücum edənlərdən birini yaralayıb.
Daha sonfra bandanın digər üzvləri yaxalanıb. Bandanın 8 nəfərdən ibarət olduğu, üzvlərinin yaşlarının 26-28 arasında dəyişdiyi bildirilir. Onlar əvvəllər dəfələrlə biznesmenlərə qarşı silahlı hücumlar həyata keçiriblər və iri məbləğlərdə pulları qəsb ediblər.
Göründüyü kimi, Azərbaycanla Ermənistanın müharibə vəziyyətində olması, iki ölkə və xalq arasında qatı düşmənçilik banda üzvlərinə əlbir olaraq bu cür “sanballı” cinayətlər törətməkdə mane olmayıb. Birinci dəfə deyil ki, Rusiyada azərbaycanlılar və ermənilər əlbir olaraq müxtəlif cinayətlər törədirlər.