Strategiya.az-a verilən məlumata görə, toplantıda Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edir
Bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Avropada etimadın bərpa olunması” mövzusunda toplantı öz işinə başlayıb. Bu ilin aprelində Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumuna hazırlıq xarakteri daşıyan görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, keçmiş nazirlər, tanınmış siyasi xadimlər iştirak edir.
Toplantıda dini radikalizm məsələsində əsas prinsiplər, bu istiqamətdə Avropa İttifaqının rolu, qitədə etimadın bərpası və sülhün təşviq edilməsi istiqamətində qlobal liderlərin addımları, bu sahədə qadınlara və gənclərə səlahiyyətlərin verilməsi, sosial media rolu kimi və digər məsələlər müzakirə olunur.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa toplantını giriş sözü ilə açaraq Avropada etimadın bərpa olunması, sülh və sabitliyin qorunması barədə danışıb. O bildirib ki, bu məsələdə bir sıra ölkələr beynəlxalq razılaşmalara hörmətlə yanaşmalıdır, hər bir ölkənin üstünlüyü onun hüquq və normalara göstərdiyi hörmətdir. Daha sonra V.Vike-Frayberqa Avropa ilə Asiyanın əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirilməsi, müştərək cəmiyyətlərin formalaşması məsələlərindən danışıb.
Serbiyanın eks-prezidenti Boris Tadiç də Avropada sülh və sabitlik məsələlərinə toxunaraq qitədə yeni təhlükəsizlik arxitekturasına, yeni şərq tərəfdaşlığı strategiyasına və Avropa ittifaqının genişlənmə siyasətinin tamamlanmasına ehtiyac olduğunu bildirib.
Toplantıda İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini, Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenko və digəriləri Avropa məkanında əməkdaşlığın inkişafı yolları, dünya iqtisadiyyatındakı vəziyyətlə bağlı çıxış edib.
İki gün davam edəcək toplantıda Avropada etimadın bərpa edilməsi üçün beynəlxalq ictimaiyyətin rəy və təkliflərini müzakirə ediləcək, bu ilin aprel ayında Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunun məqsəd və vəzifələri baərəd fikir mübadiləsi aparılacaq, müəyyən tövsiyələr irəli sürüləcək. Toplantıda vurğulanıb ki, Bakı forumu yeni dünya düzənində etimadın bərpası üçün dünya liderlərinə geniş əməkdaşlıq imkanları yaradır.
Qeyd edək ki, təbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov da iştirak edib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM