Strategiya.az AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun bəyanatını təqdim edir
Bakcell ölkəmizdə pis qazanmır, və həmin vəsaitin bir hissəsi Azərbaycanın əleyhinə yox, xeyrinə sərf etməlidi
Ölkədə, həmçinin dünyada, "Azərbaycan: səmadan baxış" adlı yüksək poligrafiya səviyyəsində çap olunmuş və Azərbaycan və ingilis dillərində olan kitab yayılır. Kitabın bir nüsxəsi AMEA-nın A.Bakıxanov adına Tarix İnstituna təqdim olunub. Bakcell şirkətinin dəstəyi ilə həyata keçirilmiş bu layihə, ArtGroup Istanbul şirkəti və alban fotoqrafçı Alket İslami tərəfindən hazırlanıb.102 fotoşəkilli kitabın əvvəlində oxuculara Albaniyadan cəlb edilmiş fotoqrafçı Alket Islami və giriş sözü ilə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer müraciət edir. Lakin, kitabda, yumşaq desək, bir qeyri-dəqiqliyə yol verilib ki, və bu Azərbaycan tarixinə təxribat səviyyəsindədir. Məsələ ilə əlaqədar olaraq AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov mətbuat üçün bəyanatla çıxış edib. Alim deyib ki, “"Azərbaycan: səmadan baxış" adlı kitabla tanışlıq məndə dərin təəssüf hissinə səbəb olub, çünki Bakcell şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkənin ən nüfuzlu biznes strukturlarından biridir. Mən şübhə etmirəm ki, şirkət ölkəmizdə yaxşı qazanır. Əvvəlcə kitabı vərəqləyərkən sevindim ki, şirkət bu şəkildə Azərbaycanı təbliğ edir. Həqiqətən də, Bakcell-in baş direktoru Riçard Şirer öz giriş sözündə bildirib ki, bu kitab oxuculara Azərbaycanı yenidən kəşf etmək imkanı verir. Ən ciddi təəccüb doğuran odur ki, Azərbaycanda fəaliyyət göstərən bu şirkət ölkəmizin bir tarixi abidəsini Gürcüstan abidəsi kimi təqdim edib. Söhbət kitabın iki yerində "Gürcüstan kilsəsi" kimi təqdim olunan Kürmük məbədindən gedir. Hesab edirəm ki, bu Azərbaycan tarixinə, bizim abidələrimizə, ölkənin ərazisinə qarşı düşünülmüş bir təxribatdır. Düşünürəm ki, bu təxribat iki strateji müttəfiq - Azərbaycanla Gürcüstan arasında olan mehriban qonşuluq münasibətlərini pozmaq üçün nəzərdə tutulub. Gürcüstanla sərhəddən kifayət qədər uzaqda yerləşən bu məşhur alban məbədinə belə bir münasibət başqa nə ilə izah etmək olar?
Bakcell tərəfindən Azərbaycanı yenidən kəşf etməyə ehtiyac yoxdur, tariximizə belə bir "töhfə" etmək lazım deyil. Kürmük məbədi qədim alban monastırıdır, həm müsəlmanların, həm də xristianların ziyarət yeridir. Buraya ildə iki dəfə qonşu rayonlardan, həmçinin xaricdən, bayram etməyə zəvvarlar, əsasən müsəlmanlar, axışırlar. Bayramlar yazda, əkin başlamazdan əvvəl, və payızda, məhsul yığımınından sonra keçirilir. Burada monastır Azərbaycan dövlətçiliyinin Alban dövründə inşa edilib. Ərazinin işğalı zamanı Rusiya Car-Balakən camaatı, Şəki xanlarının, İlisu sultanlarının şiddətli müqaviməti ilə üzləşib. Böyük çətinliklərlə Danyal sultanı məğlub edərək, Rusiya İlisu sultanlığını ləğv edib, və 19-cu əsrin ikinci yarısında bu torpaqlarda xristian kilsələrini tikməyə başlayıb. Bu pravoslav kilsələrindən biridə "Azərbaycan: səmadan baxış" kitabında “Gürcüstan kilsəsi" kimi təqdim olunan Kürmük məbədidir. Bu kilsə qədim alban monastırının xarabalıqları üzərində 1892-1894-ci illərdə tikilib. Bu faktı Azərbaycan, Rusiya, Gürcüstan arxivlərinda olan sənədlər təsdiq edir. Kürmük məbədi Rusiya imperiyasının Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti hesabına və xristianlığı qəbul etmiş ingiloyların ianələri ilə inşa edilib. Xristianlığı Əlibəyli və Kötüklü ingiloy kəndlərinin əhalisi qəbul edib. Butün bunları nəzərə alaraq, demək olar ki, Bakcell şirkətinin Azərbaycanın bu cür "yenidən kəşf" etməsi Azərbaycan xalqına, dövlətimizə, dövlətçiliyimizə, Azərbaycan-Gürcüstan münasibətlərinə qarşı böyük bir təxribatdır. Belə şey yolverilməzdir, çünki bu şirkət vətəndaşlarımızın hesabına yaxşı qazanc əldə edir və bu vəsaitin bir qismi Azərbaycan xalqına, bizm milli oyanışımıza, dirçəlişimızə, humanitar problemlərin həllinə sərf olunmalıdır, bizib əleyhimizə yönəlməlı deyil”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM