ANS PRESS xatırladır ki, Xalq təqvimində qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.
Məlumata görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.
Xalq inanclarına görə, Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə fevralın 20-də başa çatır. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir.
Beləliklə, 20 fevralda kiçik çilləni yola salır, boz ayı qarşılayırıq. Bundan sonra havalar tədricən isinməyə doğru gedəcək. Boz ay 20 martda başa çatacaq.
Onu da qeyd edək ki, dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...