Fransa Konstitusiya Şurasının üzvü: “Erməni soyqırımı heç vaxt hansısa məhkəmə qərarının predmeti olmayıb”

12:06 / 31.01.2014

“Biz belə qərara gəldik ki, bu hadisənin baş verdiyi tarixi kontekst kifayət qədər aydınlaşdırılmayıb və müxtəlif tarixi nöqteyi-nəzərdən onu mübahisə mövzusuna çevirmək mümkündür”

 “Fransa Konstitusiya Şurası hesab edib ki, erməni soyqırımının inkarının kriminallaşdırılması haqda qanun tarixçilər arasındakı müzakirələri məhdudlaşdırdığı üçün ölkə Konstitusiyasına ziddir”. Bu sözləri APA-ya açıqlamasında Fransa Konstitusiya Şurasının üzvü Gi Kanive (Guy Canivet) deyib. O bildirib ki, Fransa tarixində bir neçə dəfə “memorial qanun” deyilən qanunlar qəbul olunub, bu qanunlar Fransada məskunlaşmış xalqların və icmaların yaşadığı hansısa travmatik olaylar haqda necə danışmaq və düşünmək lazım olduğunu müəyyənləşdirir: “Məsələn, yəhudi soyqırımı ilə bağlı belə bir qanun qəbul edilib. Bu qanun Konstitusiya Şurasının yoxlamasından keçməyib, çünki sənəddən şikayət verən olmayıb. Fransa parlamenti tərəfindən qəbul edilən və erməni soyqırımının yazılı şəkildə inkar edilməsinə qarşı yüngül cinayət məsuliyyəti nəzərdə tutan qanun Konstitusiyadakı ifadə azadlığı prinsipinə zidd olduğu üçün Konstitusiya Şurası tərəfindən rədd edilib. Biz düşündük ki, hansısa tarixi faktın azad ictimai müzakirəsi niyə qadağan olunsun? Bu, tarixçilər arasında debatları məhdudlaşdırır”.  

 G. Kanive yəhudi soyqırımı ilə uydurma “erməni soyqırımı” iddiası arasındakı fərqi də izah edib. Onun sözlərinə görə, yəhudi soyqırımı məhkəmə instansiyası tərəfindən tanınmış tarixi faktdır və Nürnberq məhkəməsinin qərarında öz əksini tapıb: “Biz müəyyən etdik ki, erməni soyqırımı heç vaxt məhkəmə qərarının predmeti olmayıb, hansısa daxili və beynəlxalq məhkəmə instansiyası tərəfindən araşdırılmayıb. Bu, o demək deyil ki, məhkəmə baxışı olmayıbsa, belə bir fakt baş verməyib. Lakin biz məsələni nəzərdən keçirib belə qərara gəldik ki, bu hadisənin baş verdiyi tarixi kontekst kifayət qədər aydınlaşdırılmayıb, yəni, müxtəlif tarixi nöqteyi-nəzərdən onu hələlik mübahisə mövzusuna çevirmək mümkündür. Hamı tərəfindən tanınan vahid, dəqiq, aydın bir qərar yoxdur. Ona görə də biz qərara gəldik ki, bu məsələ ilə bağlı tarixçiləri, o cümlədən soyqırım tezislərinə uyğun gəlməməsi mümkün olan tarixi axtarışları, sənədləşmələri, təhqiqatları və nəşrləri tam sərbəst buraxmaq daha yaxşıdır”.   

 Konstitusiya Şurasının üzvü qeyd edib ki, qanun vaxtilə cəmiyyətdə və parlamentdə gərgin debatlara səbəb olub: “Ona görə də biz qərara gəldik ki, bu məsələni qapatmaq olmaz, məsələ sona qədər aydınlaşdırılmayıb”.

 Fransa parlamenti tərəfindən bu məsələnin təkrar müzakirəsi və bənzər qanunun qəbulunun mümkünlüyünə toxunan G. Kanive parlamentdə bu barədə yeni qətnamənin qəbulu ehtimalını istisna etməyib: “Konstitusiya Şurası öz qərarında parlament üçün açıq qapı buraxıb. Əgər parlament müzakirə nəticəsində qərara gəlsə ki, belə bir qanunu qəbul etmək lazımdır, ona heç kim mane olmur. Parlament təkcə qanunlar yox, qətnamələr də qəbul etmək hüququna malikdir. Lakin qətnamə normativ akt deyil, bəyanat kimi bir şeydir. Biz qeyd etdik ki, onlar belə bir qətnamə qəbul edə bilər, amma bu qətnamə ilə razılaşmayan insanlara bunu qanun norması kimi tətbiq etmək və kimisə cinayət məsuliyyətinə cəlb etmək olmaz”.

 Xatırladaq ki, uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanunun müəllifi olan deputat Valerie Buaye (Valerie Boyer) bu barədə yeni bir qanun layihəsi hazırlayaraq parlamentə təqdim edəcəyini açıqlayıb. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM