Deyingən qaynana kürəkəni o qədər bezdirdi ki...

12:13 / 23.02.2015

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər sakini,1987-ci il təvəllüdlü Məsmalıyev Urfan Mobil oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Elbəy Allahverdiyev sədrlik edir.

İstintaq yolu ilə müəyyən edilib ki, Urfan Məsmalıyev 2014-cü il, avqust ayının 17-də qaynanası, 1962-ci il təvəllüdlü Paşayeva Mehparə Rəhim qızını yaşadığı mənzilə gəlib.   Qaynanasının onun ailə işlərinə müdaxilə etməsini bəhanə edərək ona bədəninin müxtəlif nahiyələrindən 13 bıçaq zərbəsi endirib. Ağır dərəcəli bədən xəsarətləri alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.  Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Törətdiyi cinayət əməlinə görə U.Məsmalıyevə qarşı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Urfan Məsmalıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində hadisənin baş verməsinin səbəbkarının məhz qaynanası olduğunu göstərib: “Özü hər şeyi bu həddə çatdırdı. Məni o qədər bezdirmişdi ki... Evlənəndən sonra həyat yoldaşımla birgə atamgildə yaşayırdıq. Ər-arvad ikimiz də çörək sexində işləyirdik. Aldığım pulu qəpiyinə kimi arvadıma verirdim. Çox zaman gecə növbəsində də işləyirdim.

Qaynanam ağır xəstə olduğuna görə arvadım tez-tez onun yanında qalırdı. Öz oğlu gəlib baş çəkmirdi. Bizə deyirdi ki, təkəm, gəlin mənim yanımda qalın. Ona görə ailəmi də götürüb qaynanamgilə köçdüm”.

U.Məsmalıyevin ifadəsinə görə, qaynanası ilə ilk gündən ulduzları barışmayıb, birinin sözü digərinin boğazından keçməyib: “Əvvəllər yaxşı qazanırdım. Son vaxtlar o qədər də pulum olmurdu. Həm də axır vaxtlar özüm pul vermirdim. Qaynanamgil bir neçə bankdan kredit götürmüşdülər. Dəqiqəbaşı məndən pul istəyirdilər. Çox zaman müdirdən alıb verirdim, işə piyada gedib-gəlirdim. Pul verməyəndə isə narazılıq yaradır, dava-dalaş salırdı. Yeri gəldi-gəlmədi ağzına gələni danışır, məni təhqir edirdi. Dəfələrlə söymüşdü, evdən qovmuşdu, polisə də şikayət etmişdi. Məcbur olub evdən çıxmışdım. Hətta bir dəfə məni intihar dərəcəsinə çatdırmışdı. İstəyirdim kimsə vurub öldürsün məni, canım bu arvaddan birdəfəlik qurtarsın.

Neçə vaxt idi atamgildə qalırdım. Arvadım isə yenə də anasının yanında qalır, ona qulluq edirdi. Hadisə baş verən gün yoldaşıma zəng vurub onu 24 saylı məktəbin qarşısına çağırdım. O da gəldi. Dedim ki, Lalə, kirayə ev tutmuşam, gəl gedək bir yerdə yaşayaq. Mənə dedi ki, anam icazə vermir. Onun bu sözündən əsəbiləşdim və əlimlə sifətinə sillə vurdum. Laləni orada qoyub birbaşa qaynanamın yanına gəldim. Dedim ki, niyə imkan vermirsən yaşayaq, neyləyim, səni vurum öldürüm ki, birdəfəlik canım qurtarsın.

Əlimi atıb stolun üstündən bıçaq götürdüm. Elə əsəbiləşmişdim ki, neçə zərbə vurmağımı xatırlamıram. Özümü itirmişdim. Evdən çıxanda arvadımla rastlaşdım. Ona “indi get, bəlkə anan icazə verər” dedim və birbaşa Gəncə Şəhər Polis İdarəsinə getdim. Polis əməkdaşlarına cinayət törətdiyimi bildirdim, bıçağı təqdim etdim. Əməlimdən peşmanam. Cəzamı çəkməyə hazıram”.

Şahid qismində dindirilən Lalə Məsmalıyeva ifadəsində həyat yoldaşı Urfanla anası arasında daim mübahisə yarandığını, buna isə ərinin evə normal qazanc gətirməməsinin səbəb olduğunu göstərib: “Anam xəstə olduğuna görə ona baxırdım. Urfan evə gec gəlirdi, pul gətirmirdi. Ona görə də anamla dalaşırdılar. Bir-birlərini başa düşmürdülər. Ən çox pula görə mübahisələri düşürdü. Anamın dediklərini eləmirdi, anam da üstünə gedirdi”.

L.Məsmalıyeva ifadəsində anasının artıq Urfanı bağışladığını, ondan şikayətçi olmadığını deyib: “Hadisə baş verən gün Urfan mobil telefonuma zəng vurdu, məktəbin həyətinə çağırdı, getdim. Kirayə ev tutduğunu dedi, birlikdə yaşamağı təklif etdi. Razılaşmayacağım təqdirdə ya məni, ya özünü, ya da anamı öldürəcəyini deyirdi. Urfana anamın razı olmadığını söylədim. Bunu demişdim ki, qəflətən məni şillə ilə vurdu, huşumu itirdim. Özümə gəlib evimizə yollandım. Qapıda Urfanla üzbəüz gəldim. Mənə “anan icazə verib, indi gələrsən” dedi. Evə girəndə anamın qan içində uzandığının şahidi oldum. Qışqırıb köməyə adam çağırdım. Anamı xəstəxanaya çatdırdıq. Əgər mən həmin gün Urfanla birlikdə getsəydim, bəlkə də bu hadisə olmazdı. Artıq anam da bağışlayıb onu. Deyir, qoy cəzasını Allah versin”.

Məhkəmə prosesi fevralın 23-də davam edəcək.

İnarə Rafiqqızı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM