Yaqub Mahmudov: ermənilər azərbaycanlılarla ləzgilərin arasını vura bilməyəcəklər

13:37 / 24.02.2015

  Ermənilər azərbaycanlılarla ləzgilərin arasını vurmaq cəhdlərini davam etdirirlər. Strategiya.az bildirir ki, bu yaxınlarda Ermənistan saytlarından biri  - www.panorama.am və daha sonra bu ölkənin digər saytları  A.Bakıxanov adına AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun dilindən bir "xəbər" yayıblar. Güya alim bildirib ki, "hesab edirəm ki, ləzgilər tərifə layiq deyil, çünki İkinci Dünya Müharibəsi zamanı ləzgilərdən bir çoxları faşistlərin tərəfinə keçiblər". Sırtıq erməni saytı yazıb ki, Yaqub Mahmudovun bu fikirləri Azərbaycan informasiya agentliyi "APA"-ya verdiyi müsahibəsində səsləndirib. Bu çirkin təxribatla əlaqədar A.Bakıxanov adına AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov mətbuat üçün bəyanatla çıxış edib. Alimin sözlərinə görə,  "Təəsuflənirəm ki, Yerevan ölkəmizdə qarşıdurma meylləri yaratmaq strateji xəttini tutmuş Azərbaycana qarşı xüsusi təxribat mərkəzinə çevrilib. Yerevanda 2013-cü ilin 1-2 noyabr tarixində "Şirvan, Arran və Azərbaycan" konfransı keçirilib, və təəsüf ki, bəzi "sadvalçılar", Azərbaycan daxilində nifaq səpmək üçün çalışan bəzi etnosların satqın nümayəndələri bu tədbirdə iştirak ediblər. Bu insanlar Azərbaycana qarşı, o cümlədən AMEA-nın Tarix İnstitutuna qarşı ağlasığmaz təxribatlarla məşğuldurlar. Cavabında demək istəyirəm ki, mən Azərbaycan əhalisinə 1001 güldən ibarət 1001 rayihəli, insanı bihuş edən, son dərəcə təravətli bir gül dəstəsinə kimi baxıram. O güllərdən təkcə biri ölkənini tarixi əks etdirə biməz. Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynayan Azərbaycan türk etnosu ilə yanaşı Azərbaycanda yaşayan digər etnoslar - avarlar, ləzgilər, talışlar, tatlar, qrızlar, buduqlar və digərləri Azərbaycan xalqının şanlı tarixində şərəfli rol oynayıblar və həmişə ölkənin titullu millətinin yanında olublar. Bu etnosların əcdadları Azərbaycan müsəlmanlarına qarşı erməni cəlladlarının soyqırımına qarşı mübarizədə iştirak ediblər. Bir tarixçi olaraq çox yaxşı bilirəm ki, Qusar və Quba arasında yerləşən Digah kəndinin yaxınlığındakı "Qanlı dərə"də Amazaspın quldur dəstəsinin qabaqını məhz bizim ləzgi qardaşlarımız alıb, və ermənilərə divan tutublar. “Qanlı dərə" aydın sübut edir ki, erməni millətçiləri yalnız azərbaycanlılarin yox, həm də ləzgilərin və digər müsəlman xalqların düşmənidir. Həmçinin xatırladım ki, Hacı Zeynalabdin Tağıyevin fəal iştirakı ilə Dağıstanın xalq hərəkatının liderlərindən biri - imam Gaysinski 300-500 döyüşçüsü ilə Bakıdakı müsəlman qardaşlarına - Azərbaycan türklərinə, eləcə də ləzgilərə kömək üçün at çaparaq Biləcəriyə kimi gəlib çıxıb. Yeri gəlmişkən, Hacı Zeynalabdin Tağıyevin toxuculuq kombinatında çalışan bir çox ləzgi ermənilər tərəfindən öldürülüb. Ermənilər tatları da, tatarlarıda, avarları da, Lənkəran regionunda talışları da qətlə yetirirdilər,  cəlladlar öldürülən müsəlmanların pasportunu soruşmurdular, milli kimliyi ilə maraqlanmırdılar,  zira onlara sakinlərindən azad edilmiş torpaq  lazım idi.                                                                                                                                 Ermənilərdən soruşuram: İrevan və ona bitişik ərazilərin əhalisinin 98% təşkil edən  azərbaycanlılar, eləcə də kürdlər nəcə oldular? Ermənistanı monoetnik ölkəyə çevirmisiniz. Biz ölkəmizin ayrı-ayrı regionlarında ermənilərin barbarlıq aktlarını ətraflı tədqiqat etmişik, onların cinayətlərini göstərmişik. Buna görə də öz cinayətlərini ört-basdır etmək üçün ermənilər hər zaman bir şey axtarırlar. Mən heç bir zaman böhtan erməni saytları yazdığı kimi sərsəm mövqedən  çıxış etməmişəm. Belə sərsəm mövqedən yalnız ermənilərin və onların əlaltıları  çıxış edə bilərlər. Biz, Azərbaycan müsəlman xalqları, bir yerdə olmalıyıq, Allahın dini islam həmişə Qafqaz xalqlarını birləşdirib. Biz həmişə birlikdə mübarizə aparmışıq, necə ki şeyx Şamilin dövründə. Biz ölkəmizin bütün regionlarında müvafiq elmi konfranslar keçirmişik, institutun Elmi Şurasının üzvlərini Qusarın özünda də, Həzrə kəndində də, Ənixdə də, Şahdağın ətəyində sevgi, məhhəbətlə qarşılayıblar. Balakəndə yaşayan avar qardaşlarımız da bizi çox xoş qarşılayıb. Ermənilər ucuz təxribatlarla azərbaycanlılarla ləzgilərin arasını vura bilməyəcəklər".

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM