Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edildi.
Söhbət zamanı əməkdaşlığımızın iqtisadi, enerji, nəqliyyat, insan hüquqları, demokratiya və digər sahələrdə vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.