“Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurları yüksək qiymətləndirir. Amma regionda gedən proseslər bizə də istər-istəməz təsir göstərir və son aylar, son bir il ərzində MDB məkanında, bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib”.
APA-nın xəbrinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev manatın məzənnəsindəki dəyişikliyə münasibət bildirərkən deyib.
Prezident qeyd edib ki, əsəs məsələ Azərbaycan xalqını mümkün risklərdən qorumaq, ölkədə sabitliyi möhkəmləndirmək və xalqın seçimini müdafiə etməkdir: “Həm Yaxın Şərqdə, həm Avropada, həm də MDB məkanında baş verən xoşagəlməz hadisələr Azərbaycanda gedən işlərə mənfi təsir etməyib, çünki biz artıq özümüzü, öz seçimimizi müdafiə etməyə qadirik”.
Dövlət başçısı qeyd edib ki, 2005-ci ildə verilən qərara əsasən, 2006-cı ilin əvvəlindən Azərbaycanda pul islahatları həyata keçirilib: “O vaxt 1 dollar 5 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 manat 1 dollar oldu. 10 il ərzində manat getdikcə dollara nisbətdə gücləndi. Əslində bu, bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərir. Eyni zamanda qonşuluqda baş verən hadisələr, qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlayıb. Üstəgəl dünyada neftin qiymətinin kəskin aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərib. Eyni zamanda manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdir ki, manat bir az ucuzlaşsın. Bu barədə yanvarda keçirilən regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda mən açıq şəkildə öz fikrimi bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar ki, heç kəs üçün bu sürpriz olmasın. O vaxt da dedim ki, manat həddindən artıq bahalaşıb, bu, iqtisadiyyatımıza mənfi təsir göstərir və regionda baş verən hadisələr, dünyada neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarıb”.
Dövlət başçısı bunun birinci siqnal olduğunu bildirib: “Ondan sonra Mərkəzi Bank açıqlama vermişdi ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı və bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi, əhali valyutadəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə ediblər. Belə olan halda Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmağa başladığını qeyd edib. Sadəcə bir rəqəmi deyə bilərəm: Bir neçə gün ərzində hər gün minimum 500 milyon dollar bazardan alınırdı və əgər belə getsəydi ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində, manat əvvəlki səviyyəyə enib. Yəni islahat başlayanda bir manat bir dollar idisə, bu gün də 1 manat təxminən 1 dollardır”.
Ölkə başçısı süni qiymət artımına yol verilməməsinə dair bütün müvafiq qurumlara göstəriş verildiyini qeyd edib: “Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək. Son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur və belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim süni şəkildə qiymətləri artırırsa dövlət tərəfindən öz cəzasını alacaq”.
Prezident qeyd edib ki, kompleks tədbirlər nəticəsində Azərbaycanda bundan sonra da uğurlu iqtisadi inkişaf prosesi davam edəcək: “İqtisadiyyat sabitdir, ictimai-siyasi vəziyyət möhkəmdir manatın dollara bərabərləşdirilməsi imkan verəcək ki daha çox vəsait sosial məsələlərə xərclənsin, büdcədə problem olmasın və ölkə üçün lazım olan bütün infrastruktur layihələri vaxtı-vaxtında icra edilsin”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM