Nazarbayevin kürəkəninin ölümü: intihar, yoxsa qətl?

09:31 / 25.02.2015

Rahat Əliyev ömürlük prezident olmaq üçün seçkilərə hazırlaşan Nazarbayevin bir çox sirlərini “Xaç qayınatası” sənədli povestində faş etmişdi, amma bu, onun bildiyi sirlərin hamısı deyildi...

 


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni,   Avstriyadakı sabiq səfir, qalmaqallı “Xaç qayınatası” sənədli povestinin müəllifi Rahat Əliyev Vyana həbsxanasında intihar edib. Virtualaz.org saytı Avstriyanın “Kurier” nəşrinə istinadən xəbər verir ki, R.Əliyev öz kamerasında asılmış vəziyyətdə tapılıb. Bu fakt Vyana Məhkəməsindən də  təsdiq edilib. R.Əliyevin vəkili onun intiharının inandırıcı olmadığını deyib.
 
Xəbərdə o da bildirilir ki, R.Əliyevi bugünlərdə təkadamlıq kameraya köçürülübmüş. İntihardan bir gün əvvəl vəkili R.Əliyevlə görüşüb və onunla cinayət işinə dair bir sıra məsələləri müzakirə edibmiş.
 
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva ilə evli olmuş Rahat Əliyev 2007-ci ilə qədər Qazaxıstanın Avstriyadakı səfiri olub. O, 2008-ci ildə  iki bankirin - Joldas Timraliyev və Aybar Hasenovun qətlində təqsirli bilinirdi. Hər iki bankir 2007-ci ildə müəmmalı şəkildə yoxa çıxmışdı. Onların meyiti 2011-ci ildə tapılmışdı. Qazaxıstan məhkəməsi R.Əliyevi qiyabi olaraq 40 il azadlıqdan məhrum etmişdi. Çünki R.Əliyev 2007-ci ildən bəri xaricdə gizlənirdi. Avstriya sabiq səfiri Qazaxıstana təhvil verməkdən imtina edirdi. Buna səbəb kimi R.Əliyevin ölkəsində ədalətli mühakimə edilməyəcəyi göstərilirdi. 
 
Avstriyanın hüquq-mühafizə orqanları R.Əliyevi 2014-cü il, iyunun 5-də Vyanada həbs etmişdi. 
 
Nazarbayevin böyük qızı Dariqa ilə evli olan R.Əliyev bir vaxtlar Qazaxıstan hakim elitasının ən güclü fiqurlarından hesab olunurdu, ölkənin bütün gəlirli biznes sahələrinə onlar nəzarət edirdilər. Rahat Nazarbayevin varis sayılırdı.
 
2007-ci il fevralın 9-da ölkənin ən iri banklarından olan “Nurbank”ın səhmdarı Rahat Əliyev bankın sədr müavininin müşaviri Vadim Koşlyakla birlikdə “Nurbank”ın təsərrüfat müdiri Aybar Xasenovu və Joldas Timiraliyevi zorla avtomobilə mindirərək naməlum istiqamətdə aparıb. Bundan sonra Xasenovun və Timiraliyevin izi itib.
 
Mayın sonunda R. Əliyev bu iki şəxsin oğurlanması üzrə qaldırılan cinayət işində əsas fiquranta çevrilib. Qazaxıstan Baş Prokurorluğu ona qarşı ittiham irəli sürüb. Nazarbayevin bundan sonra ittihamlara tuş gəlməmək üçün öz kürəkənindən üz döndərib. O, bütün postlardan məhrum edilib. Elə həmin gün yeznə Vyanadan elan edib ki, qayınatasına qarşı müxalifətə keçir.
 
 
 
2008-ci ildən başlayaraq Nazarbayevin sirlərini açan Rahat Əliyevə Qazaxıstanda daha bir neçə maddə üzrə ittiham irəli sürülüb. Bura qanunsuz dinləmələr, dövlət sirlərini yaymaq da daxildir. Rahat Əliyev həmçinin qazax telejurnalisti Anastasiya Novikovanın Livanda qətlə yetirilməsini təşkil etməkdə ittiham olunurdu.
 
1980-ci ildə anadan olmuş Anastasiya Novikova Rahat Əliyevə məxsus KTK kanalında aparıcı işləyirdi. O, həm də Rahat Əliyevin məşuqəsi idi. 2002-ci ildə Rahat Əliyev Qazaxıstanın Avstriyadakı səfiri təyin olunanda qohumu Daniyar Esteyanı da səfirlikdə sürücü kimi işə götürdü. Anastasiya isə Avstriyaya köçüb yerləşmək üçün Estenlə saxta nikaha girdi.
2003-cü ildə Anastasiya formal əri Daniyarla birlikdə Beyruta gedir və orada Rahat Əliyevin livanlı qohumunun evində yaşamağa başlayır. Həmin ilin avqustunda onun Luiza adlı qızı dünyaya gəlir. 2004-cü il iyunun 19-da isə Anastasiyanın cəsədi yaşadığı evin yanında metal hasardan asılı tapılır. Anastasiyanın cəsədi Rahat Əliyevə məxsus hava yolları şirkətinin təyyarəsi ilə  Qazaxıstana aparılıb. Qadının cəsədi gizlicə Cənubi-Qazaxıstan vilayətində kənd qəbiristanlığında dəfn olunur. Luizanı isə Daniyar Estenin qohumlarına verirlər. Daniyar yenidən Qazaxıstanın Avstriyadakı səfirliyinə qayıdır və sürücü işləməkdə davam edir. 2005-ci ildə Daniyar da Vyanada müəmmalı avtomobil qəzasında ölür. Onun ölümü də araşdırılmamış qalır.
 
Anastasiyanın müəmmalı ölümü haqda araşdırma isə ancaq 2008-ci ildə “Nurbankqeyt” qalmaqalından sonra başlayır. Cəsəd eksqumasiya olunur və məlum olur ki, Anastasiyanın bədənində çoxsaylı amansız işgəncə izləri var, bütün sümükləri qırılıb, ölü tapılanda başı keçəl qırxılmış olub. Teleaparıcının qətlinə görə cinayət işi qaldırılır və R.Əliyevə yeni “qətl” ittihamı irəli sürülür. Lakin Avstriya keçmiş kürəkəni təhvil vermir. Maraqlıdır ki, yoxa çıxan bankirlərin çürümüş cəsədi çəlləkdən tapılanda onların da başının keçəl qırxıldığı məlum olmuşdu. Qazaxıstan prokurorluğu bu detala görə qətlin Rahat Əliyev tərəfindən törədildiyinə bir daha əmin olub. Çünki qurbanları işgəncə verib öldürdükdən sonra başlarını keçəl qırxmaq onun dəst-xətti idi.
 
 
Dariqadan boşanandan sonra Rahat Əliyev Elnara Şorazova ilə evlənib və bu nikahdan bir oğlu var. Keçmiş kürəkən ikinci nikahdan sonra təzə arvadının familiyasını götürüb və Rahat Şoraz ad-soyadı ilə yaşayıb.
 
Rəsmi Almatanın bu müəmmalı intiharda əlinin olub-olmaması qaranlıq qalır. Amma aydındır ki, yaxınlarda ömürlük prezident olmaq üçün seçkilərə hazırlaşan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bir çox sirlərini Rahat Əliyev daha yaxşı bilirdi.  O, Qazaxıstanın hakim ailəsində baş verənləri “Xaç qayınatası” sənədli povestində yazmışdı.  Amma bu, təbii ki, R.Əliyevin bildiyi sirlərin hamısı deyildi. Onun varlığı isə daima Nazarbayevləri rahat buraxmırdı... /musavat.com/        

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM