“Xocalı soyqırımı Azərbaycan xalqının tarixində qanla yazılan səhifədir. Azərbaycanın ən gözəl yurdu olan Xocalı bir gecənin içində yerlə-yeksan edildi. 613 nəfər insan həmin gecədə şəhid oldu. Burada zabit və əsgərlər üz-üzə gəlmədi, dinc sakinlər, əksəriyyəti də qadın və uşaqlar olan insanlar qətlə yetirildi. Tarixdə misli görünməmiş qətliam həyata keçirildi”. Strategiya.az xəbər verir ki, bu barədə “Kaspi” liseyində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan tədbirdə çıxışında “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva deyib.
S.Vəliyeva Ulu öndər Heydər Əliyevin soyqırıma hüquqi və siyasi qiymət verilməsinə dair səsləndirdiyi “Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqına qarşı yönələn amansız qətliamdır, eyni zamanda bəşəriyyət tarixində misli görünməmiş üsullarla həyata keçirilən vəhşilik aktıdır” fikirlərini xatırlatdı. S.Vəliyeva məktəbin şagird və müəllimlərinə səslənərək artıq 23-cü ildönümü qeyd olunan faciəni unutmamağı tövsiyə etdi: “Hər başımıza gələn faciənin səbəbi araşdırılarsa növbəti təhlükəsizliyimiz təmin oluna bilər. Hər dəfə bu faciələr doğru-düzgün uşaqlara izah olunarsa, Azərbaycanın yaxın gələcək qurucuları bir də xalqımızın başına bu cür faciələr gətirilməsin deyə ölkəni öz içində təhlükəsizliyini səfərbər edə biləcək bütün imkanları həyata keçirəcək”.
Təsisçi qeyd etdi ki, Xocalı soyqırımı bir gündə hazırlanan və baş verən qətliam deyildi. Belə ki, Xocalı soyqırımının həyata keçirilməsi üçün plan illərlə hazırlanmışdı: “Bir dövlətin, bir xalqın tarixdə duruş gətirməsi üçün onu şərtləndirən bir sıra amillərdən ən əsası onun milli liderinin olmasıdır. 88-ci ildə Ulu öndərin siyasi bürodan getməsilə Azərbaycan xalqının başına gətirilən faciələrin əsası qoyuldu. O zaman Azərbaycan xalqının hakimiyyət rəhbərliyində belə bir rəsmi şəxs yox idi ki, baş verən hadisələrə reaksiya versin. Ulu öndərin yenidən hakimiyyətə gəlişi Azərbaycanı xilas etdi”.
S.Vəliyeva qeyd etdi ki, əgər bu gün böyüyən nəslin yaddaşı nə qədər möhkəm olsa və bu hadisələrdən nəticə çıxarmağı bacarsa, gələcəkdə Azərbaycan xalqı təhlükələrlə üzləşməyəcək: “Onların ruhu qarşısında sizin bir soydaş borcunuz var. Nə vaxt bu borcları qaytarmağın yolunu düzgün müəyyənləşdirəcəksinizsə, Azərbaycan xalqının başına heç vaxt belə faciələr gətirilməyəcək”.
S.Vəliyevanın sözlərinə görə, bu gün dünya mətbuatı Xocalı faciəsi barədə yazsa da, dünyada erməni lobbisi çox güclüdür. Belə ki, bu gün də Azərbaycan həqiqətləri tanınmasın deyə, ermənilər təbliğatın iyrənc formasına əl atırlar: “Biz milli yaddaşımızda erməniyə intiqam hissi ilə yaşamalıyıq. Bu gün Qubada kütləvi məzarlıq var. Bu gün açılan məzarlıq odur. Vaxt gələcək Azərbaycanın hər yerində belə məzarlıqlar tapılacaq. Azərbaycan dövləti bu gün Xocalı soyqırımını dünyaya tanıtmaq üçün təbliğat işləri aparır. Dünyanın 22 ölkəsində Xocalı soyqırımı anılıb. Bir çox ölkələr artıq soyqırımı tanıyır. Ali Baş Komandanın rəhbərliyi ilə bütün dünya ölkələri tərəfindən soyqırımı tanınması üçün təbliğat işləri aparılır”.
Müdafiə Nazirliyinin mənəvi, psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani şagirdlərə ölkəmizin milli qəhrəmanları kimi igid, cəsur, döyüşkən olmağı tövsiyə etdi.
Ermənilərin törətdiyi vəhşiliklərin analoqunun olmadığını bildirən general Dadaş Rzayev “Biz heç vaxt bu faciəni yaddan çıxarmamalıyıq” - deyə səsləndi. “Əgər Ali Baş Komandan əmr versə ki, Azərbaycan torpağı azad olunsun, bu torpaqlar mütləq azad olunacaq. Mən əminəm ki, qüdrətli ordumuzun köməyi ilə biz torpaqlarımızı geri alacağıq”.
Milli Qəhrəman Ramil Səfərov şagirdlərə hər zaman və hər yerdə vətənimizi, ölkəmizi qorumağı, adını uca tutmağı tövsiyə edərək, onları bu yolda bir an olsun belə geri durmamağa səslədi: “Xocalı faciəsi barədə əsərlər yazılıb, filmlər çəkilib. Bu faciəni anlatmaq üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən Xocalı hadisələrini xatırladan, həmçinin vətənpərvərlik ruhunda maraqlı səhnəciklər – “Xocalıda son gün”, “Cənab Leytenant” tamaşaları göstərildi, “Ağlama şəhid balası”, “Çəkin Qarabağdan qara əlləri” şeirləri səsləndi. “Sarı gəlin” rəqsi ifa olundu, “Çırpınırdı Qara dəniz” mahnısı xor şəklində səsləndi.
Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Mahnı və rəqs ansamblı, Zaur Rzayev və Bəyimxanım Vəliyeva tədbirə öz töhfəsini verdi.
Tədbirin sonunda “Kaspi” liseyinin direktoru Tural Əliyev gələn qonaqlara və şagirdlərə öz təşəkkürünü bildirdi və hər kəsi liseyin şagirdləri tərəfindən “Xocalı soyqırımı”na aid çəkilmiş rəsmlərdən ibarət sərgiyə baxmağa dəvət etdi.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM