Virtualaz.org saytı xəbər verir ki, ”əl-Ərəbiyyə” telekanalı hava zərbələrinin hədəfinin İŞİD liderləri olduğunu xəbər verir. Hava zərbələri nəticəsində azı 10 İŞİD lideri öldürülüb, onların arasında terror təşkilatının ən yüksək rütbəli şəxsləri də yer alır.
Xəbər verilir ki, aviazərbələr nəticəsində İŞİD liderlərindən Əbu Müslüm Türkmani, Əbu Müslüm Çeçeni,Əbu Ubayda əl-Azaui və Tamer Muhammed məhv edilib. İsrail kəşfiyyatındakı mənbələrə əsasən əməliyyata məlumatları bombardman zamanı İŞİD lideri “xəlifə” Əbu Bəkr əl-Bağdadinin də həmin obyektlərdən birində olduğunu göstərir. Onun da öldüyü istisna deyil, lakin hələlik bu məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
Hava zərbələrindən sonra Suriya ərazisindən əl-Kaim rayonuna İŞİD yaraqlıları göndərilib. Beynəlxalq koalisiya qüvvələri yerli əhaliyə xəbərdarlıq edib ki, yaxın vaxtlarda evlərini tərk etməsinlər. Bu da yeni hava zərbələrinin olacağını göstərir.
Əl-Bağdadinin ölümü haqda bundan əvvəl də bir neçə dəfə məlumat yayılıb, lakin hər dəfə təkzib olunub. Bildirilir ki, bu, beynəlxalq koalisiyanın İŞİD liderlərini məhv etməyə yönəlmiş ən uğurlu əməliyyatı hesab oluna bilər.