Virtualaz.org saytı xəbər verir ki, Bakı-Sumqayıt yolunda bu gün də səhər saatlarından etibarən uzun tıxaclar yaranıb.
İşə gecikən, dərsə gedən yüzlərlə insan avtobuslardan düşərək Bakı-Sumqayıt yolunu piyada gəlmək məcburiyyətində qalıblar. Təqdim etdiyimiz fotolara ilk baxanda bu insanların hansısa bir şəhərdən köç etdiyini düşünmək olar. Amma bu, belə deyil. Onlar sadəcə olaraq Sumqayıtdan Bakıa gəlirlər. İş üçün, dərs üçün və ya başqa işləri üçün. Yəni Sumqayıtdan Bakıya köç etmirlər...
“Azəryolservis” ASC-dən verilən məlumatda bildirilib ki, tıxacın yaranmasına səbəb asfalt örtüyünün dəyişdirilməsidir.