Müharibə həm də dəyərlərin arasında gedir.Köklü ideologiyalardan kənarda da min illər davam edən savaşlar zamanı düşmənin malik olduğu inancları-sığındığı mənəvi qalaları dağıtmaq həmişə hərbi taktikanın mühüm şərtlərindən biri olub.Lakin Quranla döyüşənlərin qazandıqları “qələbə”lər onları həqiqi məqsədlərinə-sülhə çatdırıbmı,şərə və terrora qalib gəlmək şanslarını artırıbmı?
Bir neçə gün öncə kütləvi informasiya vasitələri növbəti Amerika əskərinin müqəddəs kitabla davranışını tirajlayanda nədənsə ilk ağlıma gələn o oldu ki,belə əməlləri törədənlərə iradəcə zəif biriləri ,yaxud bəlli siyasi sifariş icraçılarıtək yanaşmaqdan daha çox onların içərilərində islam etiqadına, onun Peyğəmbərinə məğlub olanlar kimi qiymət vermək daha doğru olardı.Çünki illərlə Əfqanıstan çöllərində yaraqlı axtaran və on minlərlə insanın itkisinə məruz qalan bir koalsiya ordusunda hərbçilər bəzən isteriya içərisində,psixoz bir şəraitdə düşünürlər ki,onlar deyəsən ilğımla, gözəgörünməzliklə vuruşurlar.Nə qədər ağırdır, deyilmi?Əsli sizif əzabıdır.Hər gün dərədən-dağdan qarşına çıxan canlı varlıqların heç birinə aman vermədən onları silahdan keçirirsən,lakin sonu görünməyən bir labirintdən də şıxış yolu tapa bilmirsən.
2012-ci ildə əfqanların Qəndəhər vilayətində bir əskər dini kitablara od vurur və onu sosial mediada yayımlayır.Cavab reaksiyası özünü çox gözlətmir.Taliblərlə həmrəylik nəinki hər bir müsəlman ölkəlsindən gəlir,eləcə də Barak Obama islama etiqad edən yüz milyonlardan üzr istəməli olur.11 sentayabra Birləşmiş Ştatlardan verilən qəzəbli cavab tədbirləri zamanı da oxşar səhnələr yaşanır.Bütün pislikləri və fundamentalizmi dinin təbiətində axtarıb,onun qaranlıq dünyalara işığını boğmağa çalışan kütlələr də öz məqsədlərinə çata bilmir.Kitabla savaşdıqca onun ilahi gücü,qüdrəti və təsir dairəsi atır,genişlənir.
Məsələ təkcə onda deyil ki,azad və demokratik dəyərləri daşıyanlar Quranın kölə etdiklərinə həqarət yaparaq əsli dinlərarası savaşı aparmaq istəyirlər.Belə təqdimat hədsiz populyardır və əsil molla təfəkkürünün məhsludur.Çünki naşı adamlara belə bəllidir ki,böyük oyunlarda strateji plan quranların səlib yürüşü niyyətlərində elə bir qeyri-adilik yoxdur.Ancaq konkret situasiyada həmin asi hərəkətin müəllifi öz üstünlüyünü,gücünü və yandırdığı,tapdadığı, yaxud güllələdiyi kitabı yer üzündən silə bilirmi?Aydın məsələdir ki,antiAmerika dairələri,islami etiketli şər və totalitar quruluşları tam bir Qərb dünyasının müsəlmanlara münasibətini bu idbar hərəkətlə eyniləşdirməkdə maraqlı olacaqlar.Nəticə isə.dəyişmir. Çünki Quran yanmır.Ona qorumağa qalxan mücahidlərin,radikalların və ya mötədillərin üsyankar etirazları olmasa belə,
15 əsrdir ki,O müqəddəs kitab həqiqi iman sahiblərinin yoluna işıq salmaqda davam edir.Elə isə sizə elə gəlmirmi ki,təfəkkür döyüşünü məğlub olanlar hər nə qədər keçmişin,Peyğəmbərlərin üzərinə gəlsələr də bundan din zərrə qədər də əhəmiyyətini,elmi,ruhani mahiyyətini itirmir.
Kor inam sahibləri və özünü yer üzündə Allahın hakimiyyətini bərqərar etməyə tapşırmış cihadçı,şəhidist fədailəri müqəddəs kitabı yerə atan Amerika əskərindən heç nəylə fərqlənmir.Çünki onların həyat fəlsəfəsində oturuşmuş şəriət qanunları və hamını düşmən elan etmək epidemiyası həqiqi islamın mənasına ziddir.Nə Hizbullah,nə Əl-Qaidə,nə Həmas və nə də başqa silahlı dünyəvi döyüşçülər hələ heç yerdə- hətta kiçik bir adada belə Allahın ədalət bayrağını ucaldıb oraya sülh,hüquq,bərabərlik gətirə bilməyiblər.İslama imperiya olmaq gərək deyil.Kimsə özünün missiyasını belə anlayırsa,onların məscidlərdə kollektiv ibadət zamanı Yaradanı qarşısında əyilib-qalxmasının heç bir faydası yoxdur.
Dinc cihad Quranı öpməklə,onu yüksəklikdən asmaqla və doqmatik təmrinlərlə deyil,əsil mömin sifətində olmaqla da ölçülməz.Ən yaxşı islam əskəri başqasının yaşamaq haqqını tanıyan,dünyəvi baxışlara meydan verən,əqidə xoşgörülü və mədəniyyət körpüsü geniş olan birisidir.
Nadan və savadsız kütlə Quranın silahlı düşmənlərindən heç nə ilə geri qalmırlar.Ona görə Konfutsi deyirdi:bötün ömrü boyu qaranlıqla döyüşmək də olar,kiçik bir şam yandırmaq da”!
Milli Məclisin deputatı,
Zahid Oruc
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM