Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Qallacov Amrulla Şaxmir oğlunun məhkəmə istintaqı yekunlaşıb.
Strategiya.az bildirir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
İstintaqla müəyyən edilib ki, Rusiya vətəndaşı Amrulla Qallacov Mahaçqala şəhərində istintaqa məlum olmayan mənbədən külli miqdarda əldə etdiyi markotik vasitəni - 4 kiloqrama yaxın marixuananı özünə məxsus “VAZ-21043” markalı, H 755 KX 05 RUS dövlət nömrə nişanlı avtomobilin saxlanc yerində gizlədib. 2013-cü il, noyabrın 23-də Xudat gömrük postundan sözügedən narkotik vasitəni gizli yolla keçirmək istəyib.
Gömrük postunda avtomobilə kinoloji xidmət itini tətbiq etməklə baxış keçirilib. Gömrük baxışı zamanı avtomobildə olan xalis çəkisi 3 kiloqram 480 qram marixuana aşkar olunaraq götürülüb.
Bu cinayət əməlinə görə A.Qallacov Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) və 234.4.3-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub.
Təqsirləndirilən şəxs qismində dindirilən A.Qallacov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində avtomobil təmiri sexində dəmirçi işlədiyini, ayda 700-800 dollar qazandığını, son vaxtlar böyrəklərində problem olduğundan işləyə bilmədiyini, işsiz qaldığını göstərib: “Maddi vəziyyətim çox pis idi. Asan yolla pul qazanmaq üçün narkotik vasitə satmaq qərarına gəldim. Çünki maddi vəxziyyətimi yaxşılaşdırmaq üçün bundan başqa çıxış yolum yox idi. Milliyyətcə ləzgi olan, üzdən tanıdığım Rusiya vətəndaşına müraciət edib ağrılarım olduğunu, narkotik lazım olduğunu dedim. O da mənə ucuz qiymətə marixuana təşkil edəcəyinə söz verdi. Ondan narkotik vasitənin qiyməti barədə maraqlananda 3-4 kiloqramı 4000 dollara satacağını söylədi. Bu məbləğ bazar qiymətindən çox aşağı olduğundan narkotik vasitəni ondan almaq qərarına gəldim. Borc pul tapıb verdim, marixuananı satandan sonra borcumu qaytaracağımı düşündüm”.
A.Qallacov əldə etdiyi marixuananı 9 ədəd sellofan bağlamaya qablaşdıraraq yapışqan lentlə bağlayıb. Əvvəlcə malı Mahaçqalada satmaq istəsə də sonra fikrindən daşınıb: “Çünki ailə üzvlərim bu şəhərdə yaşayırdılar. Ona görə narkotiki Mahaçqalada deyil, Azərbaycanda satmağı planlaşdırdım. Gömrük postundan gizli yolla keçirəcəyimi düşündüm. 23 noyabr, 2013-cü ildə səhər tezdən evdən çıxıb Azərbaycana yola düşdüm. Saat təxminən 11:30 radələrində Xudat gömrük postuna daxil oldum. Gömrük əməkdaşı mənə yaxınlaşıb üzərimdə qadağan olunmuş əşya, narkotik vasitə, psixotrop maddə olub-olmadığını soruşdu. Suallara narahat cavab verdiyimə görə üzərimə və avtomobilə baxış keçirdilər. Narkotik vasitə maşından aşkarlanaraq götürüldü. Törətdiyim cinayətdən peşmanam”.
Məhkəmənin hökmü ilə Amrulla Qallacov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM