Yasin namazını qılıb dostunu çağırdı və öldürdü

19:23 / 03.03.2015

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Yasin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Yasin Hüseynov 25 sentyabr, 2014-cü ildə axşam saat 19 radələrində Araz küçəsi, 1 ünvanında yerləşən toxuculuq kombinatının qarşısında, metronun “Ulduz” stansiyasının yaxınlığında aralarında yaranmış mübahisə zəminində tanışı - Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Əkbərovun bud nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralanan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Mərhumun ölümünə kəskin qanaxma səbəb olub.

Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Yasin Hüseynov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Rahib Əkbərovu 2-3 il öncə tanıdığını, aralarında səmimi münasibət olduğunu, bir yerdə kirayə yaşadıqlarını və fəhləlik etdiklərini göstərib:“Münasibətlərimiz çox yaxşı olub. Bakıya gələndə iki gün Rahibin yanında qaldım. Sonra başqa ev tapmışdım, ora köçmək istəyirdim. Bu barədə Rahibə deyəndə mənə acığı tutdu, “satqınsan” dedi. Onun bu sözü xətrimə dəydi. Həmin gün iş yoldaşımla birlikdə namaz qılandan sonra Rahiblə əlaqə saxladım. Sakit bir yerdə görüşüb söhbət etmək istəyirdim. Onu çağırdım, görüşdük. Niyə onunla bir yerdə qalmamağımın səbəbini soruşdu. Ona arxamca söyüş söydüyünü dedim. Bu zəmində mübahisəmiz düşdü. Söhbətin bu qədər dərinə gedəcəyini fikirləşməzdik. Söyüş söydü, məni itələdi. Rahib fiziki cəhətdən məndən güclü olduğuna görə qorxutmaq üçün bıçaqla ayağından bir dəfə zərbə vurdum. Öldürmək niyyətim olmayıb. Əgər bilsəydim ki zərbənin təsirindən ölər, dərhal həkimə aparardım, köməklik edərdim”.

Dövlət ittihamçısının “deyirsən ki, dindaram, namaz qılanam, əgər söhbətə gedirdinsə, niyə üstündə bıçaq götürürdün” sualına Yasin Hüseynov bıçağın təsadüfən üstündə olduğunu, Rahibi öldürmək məqsədilə götürmədiyini dedi.

Hakim təqsirləndirilən şəxsə “Dindar insan səbrli olmalıdır. Sən hansı  təriqətə qulluq edirsən? İŞİD tərəfdarlarından deyilsən ki?” sualına Y.Hüseynov “yox, əhli-sünnəyəm” deyə cavab verdi.

Zərərçəkmiş Mətanət Mikayılova ifadəsində oğlu Rahibin qətlə yetirilməsi barədə məlumatı ona zəng vurub xəbər verdiklərini  göstərdi: “Oğlumla hər gün bir neçə dəfə telefonla əlaqə saxlayır, danışırdıq. Hadisədən əvvəl Rahiblə telefonla danışanda dedi ki, bir nəfər tanışı var, əslən Ağdaşdandır, Mingəçevirdə yaşayırlar. Çox kasıbdırlar, acından ölürlər.  Oğlumdan onu işə düzəltməsini xahiş edib. Heç onun Bakıya gəlməyə yolpulu da olmayıb. Kimdənsə borc tapıb gəlib. Bir gecə oğlumun yanında qalıb. Mənim balam ona nə pislik etmişdi axı? Yanında yer vermişdi, işə düzəlməyinə kömək etmişdi...”

Zərərçəkmişin sözlərinə görə, hadisə baş verən gün oğlu işdən çıxandan sonra onunla telefonla əlaqə saxlayıb, evə çatan kimi zəng vuracağını deyib: “Amma balam zəng vurmadı. Sonradan mənə zəng vurub oğlumun öldürüldüyünü dedilər. Yasin bu cinayəti qəsdən, bilərəkdən törədib. Oğlumu bıçaqla öldürəndən sonra kafedə əllərinin qanını yuyub”.

Məhkəmə prosesi martın 10-da davam edəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM