“Azərbaycan enerji siyasətində özünün milli maraqlarını üstün tutur"

11:30 / 06.03.2015

Elman Nəsirov: “Enerji siyasətimiz heç bir ölkənin əleyhinə yönəlməyib”

 Ötən günlərində Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedov Türkiyəyə rəsmi səfərə gedib. Səfər çərçivəsində iki ölkə arasında bır sıra sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. İmzalanma mərasimindən sonra Ankarada mətbuat qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan cari ildə Türkiyə, Azərbaycan və Türkmənistan dövlət başçılarının üçtərəfli görüşünün keçiriləcəyini bildirib. O, ötən il Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatın təşkil olunduğunu, nazirlərin bir sıra məsələləri, o cümlədən əməkdaşlıq layihələrini müzakirə etdiklərini xatırladıb. Qeyd edib ki, mövcud olan üçtərəfli mexanizm liderlər səviyyəsinə çıxarılacaq və bu il Türkmənistanda ilk toplantı keçiriləcək. Prezidentlərin üçtərəfli görüşləri, bunun ölkələrə və regiona faydası, Xəzərin statusunun müəyyənləşdirilməsinə təsiri, ABŞ-Azərbaycan münasibətləri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Elman Nəsirov cavablandırır.

 

- Elman müəllim, Türkiyə, Azərbaycan və Türkmənistan əlaqələrinin inkişafı, prezidentlər səviyyəsində görüşlərin keçirilməsi həmin ölkələr üçün nə dərəcədə əhəmiyyətlidir?


- Azərbaycanın xarici siyasətində ikitərəfli münasibətlər formatı prioritet təşkil edir. Əsasən, biz ikitərəfli münasibətlərə üstünlük veririk. Amma, kifayət qədər effektli yeni formatlar da özünü göstərməkdədir. Buna misal olaraq Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan formatlarını göstərmək olar. Artıq Azərbaycan-Türkiyə-Qazaxıstan formatında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində də razılıq var. Bu onu göstərir ki, Azərbaycan dövləti Türkiyə, İran, Türkmənistan və Qazaxıstan arasında da bir həlqə funksiyasını yerinə yetirir. Sözügedən formatların hər birində Azərbaycan və Türkiyə tərəfdaş ölkələr kimi çıxış edir. Bu baxımdan yaxın gələcəkdə Türkmənistanda prezidentlər səviyyəsində üçtərəfli formatda görüşlərin keçirilməsi hər üç ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək. Nəzərə alınmalıdır ki, Azərbaycan və Türkmənistan nəhəng enerji potensialına malik, Türkiyə isə daha çox enerjini istehlak edən ölkələrdir. Son zamanlar Türkiyə həm də regionun ən böyük tranzit ölkəsi rolunu oynamağa başlayıb. Xüsusən də Rusiya “Cənub axını” layihəsindən imtina etdikdən sonra 63 milyard kubmetr qazın “Türk axını” layihəsi ilə reallaşdırılmasının əhəmiyyətini daha da artırıb. Belə olan halda həm nəhəng istehsalçı, hasilatçı, həm də tranzit ölkənin birgə fəaliyyəti bütövlükdə regionun təhlükəsizliyinə xidmətdir. Eyni zamanda bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də mühüm faktordur. Hər üç dövlətin üçtərəfli çərçivədə əməkdaşlığını genişləndirməsi enerjinin alıcısı Avropa üçün böyük siyasi və geoiqtisadi aktuallıq daşıyır. Fikrimcə, Türkmənistan prezidentinin Türkiyə səfəri və orada səsləndirilən bəyanatlar, həmçinin yaxın gələcəkdə Türkmənistanda üç dövlət başçısının iştirakı ilə görüşün keçirilməsi olduqca mühüm, regional səviyyəni aşan hadisədir. Bu əməkdaşlıqdan həm region, həm də regiondan kənar oyunçular qazanacaq. Sözügedən məsələ Azərbaycan üçün başqa bir anlamda da böyük əhəmiyyət kəsb edir. Azərbaycan çox mürəkkəb problemlə üz-üzədir. 20 ildən artıqdır ki, ölkəmiz Ermənistanın hərbi təcavüzündən, separatçılıqdan əziyyət çəkir. Üçtərəfli əməkdaşlığın nəticəsi olaraq, neytral dövlət kimi tanınan Türkmənistan bu məsələdə beynəlxalq hüququn yanında olmaqla bərabər, Azərbaycanın haqq səsinə daha möhkəm dəstək olmağa da gətirib çıxaracaq. Bütün hallarda, Azərbaycan-Türkiyə strateji əməkdaşlığına Türkmənistanın da əlavə edilməsi yeni imkanlar açır və bundan maksimum faydalanmaq lazımdır.

 

- Türkiyə-Azərbaycan-Türkmənistan formatı “Cənub” qaz dəhlizinə necə təsir göstərəcək?


- Hesab edirəm ki, bu formatda əməkdaşlıq “Cənub” qaz dəhlizi layihəsinin reallaşmasına çox müsbət təsir göstərəcək. Türkmənistan nəhəng qaz potensialına malikdir. Son məlumatlara görə, Türkmənistanın təxminən 22 trilyon kubmetrdən artıq qaz ehtiyatı var. Avropa İttifaqı ölkələrinin Türkmənistanı “NABUCCO” layihəsinə qoşmaq istiqamətində apardığı işlər bir nəticə vermədi. Ona görə də “Cənub axını” layihəsində Türkmənistanın iştirakı Avropa İttifaqı üçün mühüm məsələdir. Belə olan halda, prezidentlər səviyyəsində görüşlərin keçirilməsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi, “Cənub” qaz dəhlizində təmsil olunanların siyahısına Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistanın da əlavə edilməsini aktuallaşdırır. Fikrimcə, Türkmənistanın bu layihəyə qoşulması enerji təhlükəsizliyi baxımından geniş imkanlar yaradacaq. 2018-ci ilin sonunda TANAP, 2020-ci ilin sonunda isə TAP layihəsinin reallaşdırılması gözlənilir. Burada, ilkin olaraq 16 milyard kubmetr qazın ötürülməsindən söhbət gedir. Gələcəkdə bu göstəricinin 20 milyard kubmetri ötməsi planlaşdırılır. Ona görə də Aşqabadda Azərbaycan-Türkiyə-Türkmənistan prezidentlərinin görüşməsi “Cənub” qaz dəhlizinin reallaşdırılmasına da əlavə imkanlar yaradacaq.

 

- Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün dünən və bu gün Bakıda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası keçirilib. Sizcə, prezidentlərin Aşqabad görüşü, yaxın gələcəkdə Xəzərin hüquqi statusunun müəyyənləşməsinə də təsir edə bilərmi?


- İkitərəfli münasibətlər yüksək səviyyəyə qalxanda, bu, həllini tapmayan bir sıra problemlərin həlli üçün əlavə imkanlar yaradır. Hazırda Türkmənistanla Azərbaycan arasında Xəzərin statusunun müəyyən edilməsi məsələsində bəzi anlaşılmazlıqlar var. Xüsusən də “Kəpəz” yatağının işlədilməsi məsələsində hər iki dövlətin üst-üstə düşməyən yanaşmaları var. Faktiki olaraq, hər iki ölkə Xəzərin orta xətti prinsipi ilə bölgüsünü qəbul etsələr də, bəzi yataqlarla bağlı fərqli iddialar var. Nəzərə almaq lazımdır ki, Xəzərin statusu ilə bağlı yekun Konvensiyanın 2016-cı ildə Astanada qəbulu gözlənilir. Hesab edirəm ki, Azərbaycan və Türkmənistan əlaqələrinin inkişaf etdirilməsi Xəzərin hüquqi statusunun müəyyənləşməsində, o cümlədən bəzi yataqların işlədilməsi ilə bağlı məsələlərin aydınlaşmasında, Türkmənistanın iddialarının aradan qalxması üçün yaxşı imkanlar yaradacaq. Amma reallıq ondan ibarətdir ki, İranla da bu məsələ ilə bağlı yaranan problem hələlik həllini tapmayıb. Əgər Türkmənistanla Xəzərin statusu məsələsində ortaq məxrəc tapılarsa, perspektivdə İranın da mövqeyində dəyişiklik gözləmək olar.

 

- Qərb-Rusiya qarşıdurmasının getdikcə artdığı, Ukraynada böhranın yarandığı, Ermənistanda siyasi vəziyyətin gərginləşdiyi bir zamanda rəsmi Moskvanın qonşuluğundakı digər ölkələrin Avropa ilə əməkdaşlığına hər hansı təhlükə varmı?


- Heç şübhəsiz, Azərbaycanın da təmsil olunduğu region dünyanın bir parçasıdır. Təəssüf ki, hazırda dünyada bir etimadsızlıq mühiti hökm sürməkdədir. Xüsusən də Qərb, ABŞ və müttəfiqləri ilə Rusiya arasında Ukrayna böhranı fonunda ziddiyyətlər dərinləşməkdədir. Bu proseslərdə Avropa İttifaqı da Rusiya ilə qarşıdurma səviyyəsində olan bir tərəfdir. Avropa ölkələri ildə təxminən 30 faizdən çox qazı Rusiyadan alırlar. Təkcə ötən il Avropa İttifaqı ölkələri 480 milyard kubmetr qaz istehlak ediblər. Belə vəziyyətdə Avropa İttifaqı çox maraqlıdır ki, öz enerji təhlükəsizliklərini daha etibarlı şəkildə təmin etsinlər. Burada Azərbaycan üçün enerji təhlükəsizliyi bir məna, Avropa üçün isə digər məna kəsb edir. Azərbaycan üçün enerji təhlükəsizliyi enerjini daşıma marşrutlarının müxtəlifliyidir, şaxələndirilməsidir. Avropa İttifaqı üçün enerji təhlükəsizliyi mənbələrin şaxələndirilməsidir. Belə olan halda Azərbaycan Avropa üçün yeni, alternativ enerji mənbəyidir. Bu amil nəzərə alındıqda, hesab edirəm ki, Qərblə Rusiyanın Ukrayna hadisələri fonunda müəyyən ziddiyyətlər yaşaması Azərbaycanın enerji mənbəyi olaraq dəyərini daha da artırır. Avropa fərqindədir ki, Azərbaycan və Türkmənistan onların Rusiyadan qaz asılılığını tamamilə ləğv edəcək potensiala malik deyil. Sadəcə, bu potensialın azaldılmasında hər iki dövlət mühüm rol oynaya bilərlər. Bu da Avropa üçün həyati əhəmiyyətli bir məsələdir. Ona görə də məlum ziddiyyətlərə baxmayaraq, Azərbaycan müstəqil şəkildə öz enerji siyasətini həyata keçirir. Azərbaycan enerji siyasətində özünün milli maraqlarını üstün tutur, tərəfdaş və tranzit ölkələrin maraqlarına da hörmətlə yanaşır. Bizim enerji siyasətimiz heç bir ölkənin əleyhinə yönəlməyib. Bütün bunlara baxmayaraq, Qərb ilə Rusiya arasında münasibətlərin gərginləşməsi regiondakı təhlükəsizlik mühitinə ciddi təsir edir. ATƏT-in Minsk Qrupunda təmsil olunan ABŞ və Fransa bir cəbhədə, Rusiya isə qarşı cəbhədədir. Bu da ümumilikdə Cənubi Qafqaz regionuna, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesinə təsir edir, problemin həllini yubadır. Bir cəbhədə özünü düşmən kimi aparan tərəflər, Cənubi Qafqazda, Qarabağ cəbhəsində özlərini obyektiv, etibarlı moderator kimi apara bilmirlər. Nə qədər ki, Qərblə Rusiya arasında kəskin ziddiyyətlər yaşanır, bu, regiondakı təhlükəsizlik məsələlərini də təsirini göstərəcək.

Rufik İSMAYILOV 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM