"Trend"in xəbərinə görə, bu barədə "Amnesty İnternational"ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusenin məlumatında deyilir.
Məsələ ilə bağlı təşkilatın bəyanatında deyilir: "Amnesty İnternational"ın "Guilty of Defending Rights: Azerbaijan's human rights defenders and activists behind bars" sərlövhəli məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayıldı. Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə oyunları boykot etməyə çağırıb".