Elman Nəsirov
Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr
Komissiyasının katibi, siyasi elmlər doktoru, professor
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkəmizdə I Avropa oyunları ərəfəsində bəzi yerli qruplar və xarici dairələrin təxribat xarakterli hərəkətlərinin intensivləşməsi, onların motiv və səbəbləri, o cümlədən belə cəhdlərin perspektivsizliyi ilə bağlı dolğun və analitik məzmunlu açıqlaması ölkə daxilində və onun hüdudlarından kənarda ciddi rezonansa səbəb olmuşdur. Bu reallığı nəzərə alıb, həmin açıqlamada əks olunan mühüm məsələləri “səbəb”, “məqsəd”, “təsir mexanizmləri” və “nəticə” parametrləri üzrə təhlil edib, bu kontekstdə bəzi fikir və mülahizələrimizi qədirbilən oxucularımızla paylaşmağı məqsədəuygun hesab edirik.
Açıqlamasında “bəzi dairələr I Avropa Oyunlarını Azərbaycana qarşı aparılan “qara piar”ın baş mövzusuna çevirməyə çalışırlar”,-deyən Əli Həsənov ilk növbədə bu qərəzli davranış tərzinin həm ümumi, həm də xüsusi səbəblərinə aydınlıq gətirmişdir. Açıqlamada ümumi səbəblər qismində Azərbaycanın davamlı şəkildə iqtisadi, sosial, siyasi və humanitar sahələrdə əldə etdiyi uğurların bəzi yerli və xarici qüvvələri olduqca narahat etməsi ilə bağlı məsələlər göstərilmişdir. Xüsusi səbəblər olaraq isə yeni idman qurğularının tikintisi, artıq mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünyada mövcud olan qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlərin uğurlu həlli və bu prosesin artıq başa çatmaq üzrə olması kimi amillərə diqqət cəlb olunmuşdur. Bu reallıqlar fonunda Avropa Olimpiya Təşkilatının öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirməsi Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələrin yuxusuna haram qatmışdır. Azərbaycan tərəqqi etdikcə “permanent yuxusuzluq” sindromundan əziyyət çəkən bu qaragüruhçu qüvvələr əvvəcə “siyasi apatiya” vəziyyətinə düşür, sonra isə “psixi sayıqlamalar” fonunda qərəzli məqsədlərini reallaşdırmaq istəyirlər. Prezidentin köməkçisinin açıqlamasında reallaşma əmsalı sıfra bərabər olan həmin məqsədlərin mahiyyətinə də aydınlıq gətirilmişdir. Burada qeyd olunur ki, həmin qüvvələrin məqsədi ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq göstərmək və beləliklə də, mühüm beynəlxalq idman tədbirinə qarşı təxribat törətməklə onun baykot edilməsinə nail olmaqdan ibarətdir.
Professor Əli Həsənovun açıqlamasında anti-Azərbaycan qüvvələrin “xəstə təfəkkür”dən qaynaqlanan məqsədlərini həyata keçirmək üçün tətbiq etdikləri təsir mexanizmləri ilə bağlı məsələlər ətrafında da ciddi arqumentlərə söykənən fikir və mülahizələr yer almışdır. Çox hörmətli Əli müəllimin əsaslandırılmış mövqeyinə görə, “Amnesty İnternational” təşkilatının l Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir. Göründüyü kimi, bu tip təzyiq üsulları Azərbaycana münasibətdə yeni deyildir. Biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də rastlaşmışıq. Obyektiv naminə onu da qeyd edək ki, Azərbaycanın qazandığı uğurlardan psixoloji sarsıntı və vahimə keçirən “Azadlıq radiosu” başda olmaqla bəzi maraqlı dairələrin son dövrlərdə qeyri-ənənəvi, “kreativ” və “innovativ” qarayaxma kampaniyasına start vermələri diqqətdən yayınmır. Bu məsələyə diqqəti cəlb edən professor Əli Həsənov haqlı olaraq qeyd edir ki, bu qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yayır və paylaşırlar. Halbuki həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar. Zənnimizcə, bu yerdə əlavə şərhə ehtiyac yoxdur.
Dərin məzmunlu açıqlamasının sonunda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizə qarşı pozuculuq kampaniyasını həyata keçirən yerli qrup və xarici dairələrə kifayət qədər ibrətamiz və olduqca faydalı tövsiyəsini də ünvanlamışdır: “Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər gec deyil, həmin qüvvələri məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik”.
Bu yerdə həmin qüvvələrə Azərbaycan xalqının müdrik bir kəlamını xatırlatmaq yerinə düşər: “Ziyanın yarısından qayıtmağın özü də bir xeyirdir”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM