"Qüsurlu insanlar üzərində şou xarakterli verlişlər" - Narahatçılıq

14:47 / 01.02.2014

Strategiya.az Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin “Qafqazinfo”ya  müsahibəsini təqdim edir

 
- Nuşirəvan bəy, ümumiyyətlə ötən il teleradio sahəsində hansı mənfi və müsbət tendensiyalarla yadda qaldı?
 
- Televiziya və Radio Şurası öz fəaliyyətini Teleradio haqqında qanunların icrasına nəzarət üzərində qurur. Bizim fəaliyyətimiz əsasən bundan ibarətdir. Bundan başqa, biz həm də teleradio yayımı ilə bağlı ictimaiyyətin maraqlarının qorunması, eyni zamanda yayımçıların özlərinin müstəqilliyinin qorunması üzərində fəaliyyətimizi qururuq. Bir sözlə, fəaliyyət istiqamətimiz çoxşaxəlidir. Amma televiziya kanallarında yaradıcılıq baxımından bizim onların işinə hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Yəni, o verilişin keyfiyyətli olub-olmaması artıq televiziya kanalının öz daxili işidir. Sadəcə əsas məsələ baş verən bütün hadisələrin teleradio yayımı haqqında qanuna uyğun olub-olmamasıdır. 
 
2013-cü ildə teleradio kanallarında ümumi ab-hava əvvəlki illərdən xüsusilə fərqlənmir. Texniki cəhətdən dəyişikliklər baş verib. Rəqəmsal yayıma keçmək üçün işlər görülüb. Artıq bütün telekanallar rəqəmsal yayıma keçmək üçün hazırdır. Ancaq keyfiyyətli verilişlər baxımından deyim ki, xüsusi dəyişikliklər olub, bunu deyə bilmərəm. Tək bizim Azərbaycanda yox, bütün dünyada teleradio sahəsində baş verən dəyərsizləşmə, şou-biznes tendensiyasına uyğun verilişlərin hazırlanması davam edir. Amma Radio və Televiziya Şurasl daim bunları nəzarətdə saxlamağa çalışır ki, bu balans pozulmasın. Bilirsiniz ki, teleradio yayımı haqqında qanunun maddələrindən biri də efirdə balansın qorunub saxlanmasıdır. Yəni efir eyni tipli verilişlərlə yüklənməməlidir. Əgər əyləncə verilişlərinin həcmi həddindən artıq böyükdürsə, o zaman Milli Teleradio Şurası həmin kanal üçün müəyyən tədbir görə bilər. Bu baxımdan biz çalışırıq ki, bu balansı qoruyub-saxlayaq və qorunur. Əvvəlki 3-4 illə müqayisədə şou-biznes xarakterli verilişlərin sayının artma tendensiyası artıq dayandırılıb. Sadəcə bu tip verilişlər qalır. Bizi narahat edən verilişlər daha çox sosial, fiziki cəhətdən qüsurlu insanlar üzərində şou xarakterli verilişlərin olmasıdır. Çox təəssüf ki, bir sıra televiziya kanalları cəmiyyətdə problemli insanları efirə gətirərək onların problemləri əsasında, xarici görünüşü ilə bağlı problemləri ilə bağlı şou yaradır və bununla da reytinq toplamağa çalışırlar. Bəzən də bu cür insanlar doğru etmədiklərini bildikləri halda buna yol verirlər. 
 
Yəqin ki, mənimlə razılaşarsınız ki, gördüyümüz tərbiyə elədir ki, insanlar qüsurlu insanlara müəyyən bir söz demək, onları incitmək, onların qəlbinə toxunmağı ayıb bir şey kimi görüblər. Təəssüf ki, televiziya kanalları bunu özlərinin işi kimi göstərərək bunun üzərində şou yaradırlar. Xoşagələn tendensiya deyil. Bəzən televiziya kanalları özlərinə bununla bəraət qazandırmağa çalışırlar ki, bəs nə verək? Bu, özünəbəraətin ən ucuz variantıdır. Lakin bu televiziya kanallarının öz seçimidir. Tv kanallarındakı keyfiyyət baxımından olan bu cür ucuz  verilişlər onların reytinqinə aşağı səviyyəli insanların baxması baxımından təsir edə bilər. Cəmiyyətin intellektual təbəqəsi o cür verilişləri birmənalı olaraq qəbul etmir. 
 
Cəmiyyətin aşağı təbəqəsi çox təəssüf ki, “çörək və tamaşa” prinsipini əsas götürür. Tv kanallarının əsas işi o insanların arxasınca getmək yox, o insanları yüksək amallar, ideallar uğrunda aparmaqdır. Təəssüf ki, televiziya kanalları bu işi tərsinə yerinə yetirərək həmin psixologiyanın arxasınca gedirlər. Bu, bizi çox narahat edən məqamlardan biridir. Televiziya kanallarında ən böyük nöqsan, xüsusən də söhbət özəl kanallardan gedir, keyfiyyətli kadrların olmamasıdır. Profesionallığın həddindən artıq aşağı olmasındadır. Bütün bəlalar da profesionallığın aşağı olmasındadır.
 
- Bəs Teleradio Şurası kadr məsələsini heç cür tənzimləyə bilməz? 
 
- Kommersiya kanalları bunu özləri bazar iqtisadiyyatına uyğun həll etməlidirlər. Yəni hər bir şəxs öz televiziya kanalında daha professional insanların olmasına çalışmalıdır. Çünki professional insanlar olduqda verilişlər daha baxımlı olur. Təəssüf ki, bizim kanallarda bu məsələyə fikir verilmir. Daha çox şou-bizneslə bağlı sahəyə üstünlük verirlər. İntellektual savadı olmayan insanlara aparıcılıq vəzifəsini həvalə edirlər. Gündəlik efirə gedən verilişlər bildiyiniz kimi çox böyük məsuliyyət tələb edən işdir. Hər bir aparıcı gündəlik verilişləri aparırsa, ondan yüksək dünyagörüşü tələb olunur. Çünki o, hər gün bir mövzunu müzakirə edir. Bu baxımdan mən televiziya kanallarındakı verilişləri qətiyyən bəyənmirəm. Yəni dünyagörüşləri çox aşağı səviyyədədir. 
 
- Yəni, qismən də olsa bəyəndiyiniz televiziya verilişi yaxud teleparıcı yoxdur?
 
- Bu o demək deyil ki, mən televiziya kanallarında olan bütün verilişlərin hamısını qəbul etmirəm. Sadəcə bizi indi ən çox narahat edən məsələ həmin o mənfi tendensiyadır ki, biz onu aradan qaldırmağa çalışırıq. 
 
- Bu il telekanallara edilən xəbərdarlıqlarla başladı. Son olaraq ANS kanalı üçün 1000 manat cərimə təyin olundu. Sizcə efirdə reytinq toplayan bilən bir proqram üçün bu məbləğ hansısa qüsuru aradan qaldırmaq və ya bir telekanalı cəzalandırmaq üçün az məbləğ deyil?
 
- Biz hüquqi dövlətdə yaşayırıq, qanunlar əsasında fəaliyyət göstərməliyik. Əgər qanun bizə bu gün bu imkanları verirsə, biz həmin imkandan yararlanmalıyıq. Bizdə qanunvericilikdə 1000 deyil, 100 min olsaydı, biz o qədər cərimələyərdik. Lakin bu gün qanunvericilikdə 1000 manatdan 2000 manata qədər cərimə etmək hüququ verilib. Biz də təbii ki, ilk dəfə min manat cərimə etməyi qərar aldıq. Növbəti mərhələdə qanun pozuntuları olarsa, bu, davam edəcək. Tək cərimələrlə iş bitmir ki. Bunun daha ciddi inzibati tənbeh tədbirləri var. Hər bir televiziya kanalına əgər 3 dəfə xəbərdarlıq edilirsə, cərimə olunursa Televiziya və Radio Şurasının hüququ var ki, məhkəməyə müraciət edib həmin telekanalın lisenziyasını geri alsın. 
 
- Teleradio Şurasının məhdud səlahiyyətlərinin olmasını özünüz dəfələrlə bildirmisiz və bununla bağlı müraciətlər də etmisiz. Sizcə Şuraya hansı əlavə saləhiyyətlə verilməlidir?
 
- Radio və Televiziya Şurasının dəfələrlə müraciəti əsasında bu məsələyə baxılması gündəmdə olub. Çox təəssüf ki, bu hələ həllini tapmayıb. Avropa ölkələrinin çoxunda da, hətta qonşu Türkiyədə belə, həm verilişlərin dayandırılma səlahiyyəti , həm də ciddi qanun pozuntularına görə telekanalların lisenziyalarının geri alınması Teleradio Şuralarına həvalə olunur. Bu doğrudur, çünki teleradio şuraları sırf televiziziya və radio siyasətinə nəzarət edən, o işə cavabdeh qurumdur və onun tərkibindəki bütün işçilər teleradio yayımı sahəsində çalışırlar, ixtisaslaşırlar. Onların arasında hüquqşünaslar da, texniki işçilər də, monitorinq aparan işçilər də var. Bu baxımdan Şura kollegial orqan olaraq bu sahə üzrə həm qanunvericiliyi, həm praktik sahəni bilən qurumdur. Lakin Azərbaycanda hər  hansı məhkəmə vasitəsilə lisenziyanın geri alınması hüququ zaman baxımından bir az doğru deyil. Çünki hər hansı bir televiziya kanalının dayandırılması üçün məhkəməyə müraciət olunarsa bu məhkəmə aylarla sürə bilər. Televiziya elə bir sahədir ki, hər bir hadisə zamanla ölçülür. 
 
Dövlət üçün çox xüsusi hallarda televiziya kanalının yayımının dayandırılması teleradio şuralarına verilməlidir. Teleradio Şurasının qərarının özü qarşı tərəfdən məhkəməyə verilə bilər. Yəni bizim məhkəməyə müraciət etməyimiz yox, əksinə bizim qərarımızdan digər kanalların məhkəməyə müraciət etməsi daha doğru olardı. 
 
- Bəs nədən bu səlahiyyətlər Şuraya verilmir ? Bəlkə bu televiziyaların işinə əlavə müdaxilə kimi qiymətləndirilir?
 
- Dünyada artıq elə bir tendensiya var ki, bu sahəyə daha az nəzarət altında olmalıdır. Lakin Avropa ölkələrinin özündə daha ciddi nəzarət var, nəinki bizdə. Qanunvericilik baxımından Azərbaycanın teleradio yayımı haqqında qanunu qabaqcıl Avropanın ölkələrinin qanunundan daha liberaldır.
 
- İldən-ilə yerli seriallarımızda keyfiyyət baxımından müsbət irəliləyişlər olduğunu qeyd edirsiz.  Bəs serialların son durumu ilə bağlı vəziyyəti necə qiymətləndirirsiz?

- Bu fakt var. İki-üç il bundan əvvəlki serialların çəkilişi ilə indiki seriallar arasında böyük fərq var. Bunu adi gözlə görmək olur. Amma indi çəkilən serialların da bizim zövqümüzə, təlabatımıza tam uyğun olduğunu söyləmək olmaz. Yəni bu elə sahədir ki, daim inkişaf etməlidir. Biz bu seriallarla bağlı məsələyə başlarkən qarşıya iki əsas məsələ qoymuşduq. Biri kəmiyyət, digəri isə keyfiyyət. Kəmiyyət məsələsini demək olar ki, həll etmişik. Yəni xarici kanalların yayımını dayandıranda efir boş qaldı. O zaman efirin doldurulması üçün biz belə bir addım atdıq. İndi bu saat Azərbaycanda bütün özəl televiziya kanallarında milli seriallarımız kifayət qədərdir. Kəmiyyət baxımından heç bir problem yoxdur. Keyfiyyət baxımından da müəyyən irəliləyişlər var. Həm ssenarilər baxımından, həm aktyorların seçilməsi baxımından, həm səsləndirmə ilə bağlı irəliləyiş var. Amma biz istədiyimiz səviyyəyə təəssüf ki, gəlib çatmayıb. Çünki bizim önümüzdə Türkiyə modeli var, Rusiyadan, xarici ölkələrdən seriallar gəlir. O seriallar bizim seriallardan yüksək olduğu üçün biz mövcud seriallarımızdan razı deyilik. Zövqümüz həmin Türkiyə serialları üzərində formalaşdığından biz öz seriallarımızı o səviyyədə görə bilmirik. Ona çatmasını istəyirik.
 
Bəzi Azərbaycan kanallarını Türkiyədəki, Rusiyadakı, qabaqcıl Avropa ölkələrindəki vəziyyətlə müqayisə edirlər. Müqayisə olunan tərəflərə baxaq: Əgər bu gün Azərbaycan həm Türkiyə, həm Rusiya, həm də digər Avropa ölkələrindən həm ərazisinə, həm əhalisinə görə qat-qat kiçikdirsə və auditoriyası, reklam bazarı görünməmiş dərəcədə fərqlidirsə hansı ciddi müqayisəni apara bilərik. Məsələn, bu gün Azərbaycanda telekanalların reklam dəqiqələri 1000-2000 arasında dəyişirsə, amma Türkiyədə, Rusiyada 40-50 min arasındadırsa biz eyni keyfiyyəti hər ikisində axtara bilmərik. Əgər bizim televiziya kanalları  həmin seriallar üçün 100 min yox, 2-3 milyon ayırsa necə ki pulun qiyməti 10 dəfə artır, keyfiyyət də elə artacaq. Belə münasibətləri çox normal qarşılayıram. Hətta televiziya tənqidinin çox olmasını istəyirəm. Çox təəssüf ki, bu sahədə də böyük problemlər var. Bu sahəyə meyl edənlər azdır, yaxud televiziya kanallarını tənqid etməkdən qorxanlar var. Bunu deməkdə məqsədim o deyil ki, hər kəs televiziya kanallarını tənqid etsin. Sadəcə bu sahə peşəkarlıq tələb edən sahədir. Normal televiziya kanalı da haqlı tənqdiddən nəticə çıxarmalıdır. Tənqidçilər fikirlərini ortaya qoymalı, tənqid etdikləri sahənin necə düzəltmək üçün təkliflərini də ortaya qoymalıdırlar. Yoxsa istənilən zövq müxtəlifliyi hər cür tənqidə əsas verə bilər. 
 
- Bəs kəmiyyəti azaldaraq həmin lazımi keyfiyyəti əldə etmək olardı? Məsələn, bir neçə kanal üçün ayrılan vəsait bir kanala həvalə edilsəydi...
 
- Bilirsiniz, dövlət bu sahəyə cavabdeh bir qurum deyil. Dövlət bu sahədəki boşluğu görüb, bu sahəyə dəstək vermək üçün bu addımı atdı. Bu dövlət tərəfindən atılan müvəqqəti addımdır. Yəni bu sahə bazar iqtisadiyyatı əsasında formalaşmalıdır. Televiziya kanalları, prodakşnlar birgə bu problemi həll etməlidirlər. Dövlət buradakı bazar üçün mövcud şəraiti yaratdı. Yəni xarici serialların Azərbaycana gəlişinin qarşısını aldıq. Mövcud daxili bazar milli istehsal üçün tam boşdur.
 
- Dövlət bu vəsaiti dayandırarsa nə baş verəcək? 
   Təbii dayandıracaq. 
 
- Bəs boşluq yaranmayacaq?
 
- Boşluq niyə yaranmalıdır? Televiziya kanalları çalışacaq ki, özləri bu boşluğu doldursun. Ya özü çəkəcək, ya da prodakşnlara sifariş edəcək. Bu onun vəzifəsidir. Fikirləşin 10 il bundan əvvəl seriallar yox idi, televiziya kanalları heç nə göstərmirdi? Burda elə bir ciddi problem yoxdur. Sadəcə televiziya kanalları əvvəl ayrı-ayrı verilişlərə daha çox pul xərcləyirdilərsə, indi serial çəkilişlərinə həmin pulu xərcləyəcəklər. Serail çəkilişləri uzunmüddətli olduğu üçün eyni dekorasiya, eyni zaman, eyni aktyor təbəqəsi, eyni ssenaridən böyük gəlir əldə edirlər. Əgər bir bədii film çəkilirsə və ona böyük miqdarda vəsait sərf olunurdusa indi bir bədii filmə sərf olunan vəsaitlə bir deyil, 50 seriya çəkilir. Görün burada nə qədər əlavə qazanc əldə olunur. Amma seriallarda yüksək keyfiyyət, yüksək bədii sənət nümunəsi axtarmaq çətindir, çünki o, daha çox bədii filmlərə aiddir. Bu işlə bilirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyi məşğul olur. Dövlət büdcəsindən nazirliyə müəyyən qədər vəsait ayrılır ki, ondan sırf bədii filmlərin, cizgi filmlərin çəkilməsinə sərf olunsunlar. 
 
- Amma milli cizgi filmlərin indiki durumu o qədər də ürəkaçan deyil...
Bu bizim ağrılı yerimizdir. Dəfələrlə bununla bağlı fikrimizi də bildirmişik. Cənab prezidentə də bununla bağlı müraciət etmişik. Biz hər hansı qurum tərəfindən, istər Mədəniyyət və Turizm Nazirliyi, istərsə də digər qurumlar tərəfindən cizgi filmlərin çəkilişinə vəsait ayrılmasının tərəfdarıyıq. Yəni bu sahə narahedici sahədir. Çünki uşaqlar cizgi filmlərinə baxarkən ancaq xarici cizgi filmlərini izləyirlər. Yerli cizgi filmlərinə demək olar ki, nadir hallarda baxılır və yaxud yoxdur. Ona görə də bu məsələ ciddi həll olunmalıdır. Məsələnin həlli üçün iki əsas yol var. Birinci, Azərbaycanın özünün milli cizgi filmini çəkmək üçün mütəxəssislər hazırlanmalı, ikincisi isə bunun üçün vəsait ayrılmalıdır. 
Yanvar ayının 22-dən fevralın 22-nə qədər müsabiqıənin ilkin, sənəd qəbulu dövrüdür. Sənəd qəbulu başa çatdıqdan sonra biz məlumat verəcəyik ki, neçə nəfər sənəd verib və kimlərdir. Ondan sonrakı bir ay müddətində Şura iclas keçirib qərarını bildirəcək. 
 
- Nuşirəvan bəy, yeni telekanalla bağlı elan edilən müsabiqəyə sənəd qəbulu davam edir. İndiyə qədər nə qədər şəxs müraciət edib?
- Son zamanlar bir neçə ümumölkə televiziya kanalları açdıq. Həm mədəniyyət, idman kanalları var, Azərbaycanda 5 əlavə özəl kanalımız var və bir ictimai telekanal. Bunlardan əlavə istəyirik ki, regionlarımızda gedən bütün bu iqtisadi prosesləri özündə əks etdirən, problemləri üzə çıxaran, öz fəaliyyətini regionlara tuşlayan televiziya kanalı olsun. Daha çox kənd insanından, rayon həyatından bəhs edən tv kanalın açılmasını çox istəyirik. Əgər yeni bir televiziya kanalı açacağıqsa, onlar da yenə Bakıdan oturub digər kanallar kimi eyni şeyi verəcəklərsə yox. 
 
Azərbaycan tək şəhərlərdən ibarət deyil, öz fəaliyyətimizi tək Bakı şəhərinə tuşlaya bilmərik. Bilirsiniz, Azərbaycanın kənd təsərrüfatının böyük perspektivi var. Kənd təsərrüfatımız indiki inkişafından qat-qat yüksək sürətlə inkişaf edə bilər və bu sahə gəlirli bir sahəyə çevrilə bilər. 
 
Bu sahədə bütün işləri qanuna uyğunlaşdırmağa çalışırıq. Təbii ki, asan deyil, çətindir. Hər şeyi kəsməklə, vurmaqla olmaz. Başa salmaq, inandırmaqla etmək daha düzgün olar. Birini kəsərsənsə, onun acığı, hirsi, həmişə qalacaq. Fərq etməz uşaqdır, ya böyükdür. Əgər başa salaraq edəriksə problem ikitərəfli şəkildə həll edilər. 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM