Azərbaycan Liberal Partiyasının Milli Şurasında olan nümayəndələri də qurumdan istefa verib. İstefa verənlər bu barədə bəyanat yayıblar
Bəyanatda deyilir: "Biz 20 ildir birləşə bilməyən Azərbaycan müxalifətinin, demokratik düşüncəli ziyalıların, ictimai xadimlərin, inanclı insanların, KİV nümayəndələrinin və gənclərin prezident seçkisi ilində köklü demokratik islahatlar, dəyişikliklər naminə bir araya gəlməsi zərurətini dərk edərək, bu qüvvələrin səmimi əməkdaşlığına ümid edərək, Demokratik Qüvvələrin Milli Şurasında birləşməsini alqışladıq və onun yaranması, daxili təşkilatlanması, güclənməsi, səmərəli fəaliyyəti üçün lazım olan bütün güzəştlərə getdik və əlimizdən gələni etdik. "Milli Şura" seçicilər təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikası prezidentliyinə Rüstəm İbrahimbəyovun vahid namizəd kimi irəli sürülməsində, təşkilati işlərin görülməsində, MSK-da və məhkəmələrdə onun namizədliyinin axıradək müdafiə edilməsində prinsipial və ardıcıl olduq. Süni maneələr yaradılaraq, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov seçkilərə buraxılmadıqda ALP öz namizədi ilə seçkilərdə iştirak etməyəcəyini və iddialı partiya rəhbərlərinin öz aralarında ümumi razılığı ilə onlardan birinin vahid namizədlyinin irəli sürülməsi təkilifini verdik və o namizədi dəstəkləyəcəyimizi bəyan etdik. Təəssüf ki, Müsavat başqanı İsa Qəmbər bu təklifin müzakirəsindən imtina etdi".
Bəyanatda qeyd edilir ki, daha sonra vahid namizədin siyasi liderlər və ya ziyalılar arasından Milli Şurada reytinq səsverməsi ilə müəyyənləşməsini və ona da axıra kimi dəstək verəcəyimizi bəyan etdik. "Lakin, yenə də İsa Qəmbər bununla razılaşmadı. Biz Milli Şurada yaranmış bu böhran vəziyyətində professor Cəmil Həsənlinin prezidentliyə vahid namizədliyini məqbul saydıq, onu dəstəklədik və təbliğ etdik. Bütün bunlarla bərabər Milli Şuranın yarandığı gündən bir siyasi partiya daxilindəki qrup Milli Şurada ayrı-seçkilik, təfriqə, mənasız və məntiqsiz çəkişmələr, düşmənçilik yaratdığını qeyd etməliyik. Bu qrup fürsət düşdükdə hətta Milli Şuranın sədri Rüstəm İbrahimbəyova qarşı "qara təbliğat" aparmış və bu əməlini indi də davam etdirməkdədir. Məhz bu qrupun dağıdıcı mövqeyi Milli Şuranın daxili təşkilatlanmasına əhəmiyyətli dərəcədə mane olmuş, onun yerli şöbələrinin və operativ kollegial idarəetmə orqanının yaranmasına imkan verməmişdir. Bunların öz texniki bazasından sui-istifadə etməsi, Milli Şuranın fəaliyyətini inhisara almaq cəhdləri, bəzi hallarda hətta şantaja keçməsi Milli Şuranın qərarlarına xeyli mənfi təsir etmiş, az qala onu öz girovuna çevirmişdir"-deyə bəyanatda vurğulanır.
Bildirilir ki, bu əməllər Milli Şuranın bir çox üzvlərinin prezidentliyə namizəd Cəmil Həsənlinin seçki kampaniyasından təcridinə gətirmiş və onun daha uğurlu aparılmasına mane olub: "Biz bütün bunların Milli Şuranın "vahid komanda" fəlsəfəsinə zidd olduğunu nəzərə alaraq, bu dağıdıcı qrupun yaratdığı, Milli Şuranın nüfuzuna xələl gətirən daxili didişmələrin və düşmənçiliyin iştirakçısı olmağımızı yolverilməz sayaraq, onun sıralarını tərk etdiyimizi bəyan edirik. Bununla bərabər Milli Şura tərkibindəki sağlam mövqeli qüvvələrə səmimi əməkdaşlığa görə təşəkkürümüzü bildirir, Azərbaycan maraqları naminə onların mübarizəsini dəstəkləyəcəyimizi bəyan edir və onlara uğurlar diləyirik".
Bəyanatı Eldar Muradov, Elman Məmmədzadə, Hacıağa Dadaşov, İlham Murtuzayev, İsmayıl Əliəsgərli, Tofik Kərimov, Vaqif Mustafazadə, Xurşud Abasova imzalayıb. /Publika.Az/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM