Zaqatalada əxlaqsızlıq edən qadının dəhşətli qətli – TƏFƏRRÜAT

21:24 / 10.03.2015

“Mütəmadi olaraq öz razılığı ilə cinsi əlaqədə olmuşam”.

Zaqatala rayon sakini, 1968-ci il təvəllüdlü Eldar Osmanov Elmira Abdullayevanı döyərək öldürüb.

Strategiya.Az Publika.az-a istinadən xəbər verir ki, Eldar Osmanov Elmira Abdullayevayla təxminən 2013-cü ilin fevral ayından onun Zaqatala rayonunun Kebeloba kəndində yerləşən evində, son zamanlar isə həmin evin yaxınlığında yerləşən fındıq bağındakı yarıtikilidə mütəmadi olaraq görüşüb.
 
Onlar görüş zamanı əvvəlcə spirtli içki qəbul ediblər və daha sonra isə intim əlaqədə olublar. Ötən il fevralın 11-də saat 21:00 radələrində fındıq bağındakı yаrıtikilidə görüşdükdə o, Elmira Abdullayevanın sərxoş olduğunu görüb və qadından gündüz harada olduğunu soruşub. Elmira Abdullаyevа isə cavabında ona bu sualı verməyə haqqı olmadığını bildirib.
 
Qısqanclıq
 
Eldar Osmanov Elmiranın cavabından bərk  əsəbiləşib və onun başqa kişilərlə görüşdüyü qənaətinə gəlib. Eldar sərxoş vəziyyətdə aralarında baş vermiş mübahisə zamanı Elmira Abdullayevanın qarın nahiyəsinə təpiklə vurub. Daha sonra qadını yerə yıxan Eldar Osmanov onun bədəninin müxtəlif nahiyələrinə təpiklə çoxsaylı zərbələr vurub.
 
Xəstəxanaya yerləşdirilən Elmira Abdullayevaya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həmin ilin martın 16-da Elmira Abdullayeva xəstəxanada ölüb.
 
Eldar Osmanov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
“Mütəmadi olaraq öz razılığı ilə cinsi əlaqədə olmuşam”
 
Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Eldar Osmanov elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Elmira Abdullayeva ilə 2013-ci ilin fevral-mart aylarında Zaqatala şəhər bazarında tanış olub:
 
 “Onunla mütəmadi olaraq öz razılığı ilə cinsi əlaqədə olmuşam. İmkanım olduqca Elmira Abdullayevanın evinə bazarlıq etmişəm. Fevralın 11-də günorta saatlarında Elmira Abdullayevanı аxtаrdım, amma tаpа bilmədim. Axşаm həmişə görüşdüyümüz fındıq bаğındаkı yаrıtikilidə onu döyülmüş, üstü-bаşı qаn içində tаpdım. Onu evlərinin yаnınа gətirib, orаdаn uzаqlаşıb getdim. Sonrаdаn Elmira Abdullаyevаnın sаğаlmаsı üçün mаddi köməklik göstərmişəm”.
 
Qətli etiraf edən ifadə
 
Eldar Osmanovun özünü müdafiə xarakterli ifadəsindən sonra hakimlər onun ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmədə müzakirə ediblər. O, istintaqa verdiyi ifadəsində bildirib ki, fevralın 11-də günorta saatlarında Elmira Abdullayevanı аxtаrıb:
 
“Amma onu tapa bilmədim. Sonra 0,5 litrlik araq almışam və Elmira ilə tez-tez onun yaşadığı evin yaxınlığında yerləşən fındıq bağında görüşdüyümüz yerə getdim. Hər ikimiz araq şüşəsini yarıya qədər içmişik. Elmiranın içkili olduğunu görərək hаrаdа içməsini soruşdum. Elmira mənimlə kobud danışaraq, “sənə nə var” dedi. Elmiranın mənimlə bu formada danışmasından əsəbiləşdim. Bu səbəbdən əl və təpiklə onu vurdum. Onu nə qədər vursam da, harada olduğunu demədi. Elmiranın başına, qarnına, ayağına və müxtəlif nahiyələrinə vurdum. Elmiranı vuran zaman yalnız özünü müdafiə edib, mənə heç bir müqavimət göstərməyib. Elmira yerə yıxıldıqdan sonra onu döyməyi dayandırdım. Elmira üşüdüyünə görə öz dəri gödəkçəmi ona geyindirdim və ayağa qaldıraraq evinə apardım. Səhəri gün qohumu Sevda zəng edərək Elmiranın xəstəxanada olduğunu və təcili cərrahi əməliyyat ediləcəyini deyib. Mən xəstəxanaya gedərək Elmiranın həkimi ilə görüşdüm. Əlixanov soyadlı həkim Elmiranın təcili əməliyyat edilməli olduğunu deyib. Həmin vaxt qan lazım olduğuna görə donor qan tapmışam”.
 
“Onu öldürmək məqsədim olmayıb”
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 13-də onu polis şöbəsinə gətiriblər: “Elmira ona baxacağımı bildiyi üçün məndən şikayət etməyib və meşədə odun yığanda yıxıldığını deyib. Ona görə də polis məni azad etdi. Bundan sonra yenə xəstəxanaya gedərək Elmiranın ehtiyacları ilə maraqlandım, ona lazım olan dərmanları aldım. Elmiranı təxminən 10 gündən sonra Bakı şəhərindəki xəstəxanaların birinə gətirdim. Orada da Elmiraya lazım olan dərmanları aldım və onun qayğısına qaldım. Bunа bаxmаyаrаq, Elmira öz evində ölüb. Onu öldürmək məqsədim olmayıb”.
 
“Anamdan narahat deyildik”
 
Elmiranın qızı Minəxanım Abdullayeva bildirib ki, Eldar anası ilə qeyri-rəsmi yaşayıb: “Fevralın 11-də bacım Röya ilə birlikdə Zaqatala rayonu Axaxdərə kəndinə xalam Ruqiyyəgilə getmişdik. Həmin gün saat 18:30-da evə gəldik. O biri bacım Könül evdə olub. Könüldən anamı soruşdum. Bacım anamın Eldarın yanına getdiyini dedi. Anam axşamlar Eldarla görüşdüyünə görə narahat olmamışıq. Gecə saat 3 radələrində bacım Röya məni oyatdı ki, çöldən anamızın qışqırıq səsi gəlir. Çöldən  Eldarın “sakit dur, sakit dur” dediyini eşitdik. Lakin çölə çıxdıqda Eldarı görmədik. Çölə çıxanda anamın dodağından qan axırdı, üstü-başı qanlı idi, ayaq üstə dura bilmirdi, hasardan tuta-tuta gəlirdi. Anаmın pаltаrını dəyişəndə belində sıyrıq izləri, bədəninin hər yerində göy ləkələr gördük”.
 
Minəxanım Abdullayeva deyib ki, anasının istəyi ilə Eldar Osmanovdan şikayətçi olublar. Məhkəmənin hökmü ilə Eldar Osmanov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM